Qadın əsgərlər: hansı ölkələrdə xidmət məcburidir, hansı ölkələrdə könüllü?

Qadınları məcburi hərbi xidmətə çağıran ölkələrin sayı artır – yeni qlobal mənzərə
Dünya dəyişdikcə ordular da dəyişir.
Musavat.com bildirir ki, əgər əvvəllər qadınlar üçün hərbi xidmət əsasən könüllü xarakter daşıyırdısa, indi getdikcə daha çox ölkə qadınları da kişilərlə bərabər məcburi xidmətə cəlb etməyə başlayır.
Son illərin prosesləri göstərir ki, qadınların çağırışla xidmət etdiyi ölkələrin sayı artmaqdadır.
Danimarka: qadınlar üçün çağırışın ən yeni ünvanı
Bunun ən son və diqqət çəkən nümunəsi Danimarkadır. 25 mart 2025-ci ildə Danimarka parlamenti yeni qanun qəbul edib və artıq bu ilin 1 iyulundan etibarən 18 yaşı tamam olan bütün qadınlara hərbi çağırışla bağlı bildiriş göndərilə bilər. Rəsmi plana görə, 2026-cı ilin yanvarından etibarən Danimarka qadınları da kişilərlə bərabər məcburi xidmətə başlayacaqlar. Hazırda Danimarka ordusunun könüllü yeni əsgərlərinin 25 faizi qadınlardan ibarətdir. Ölkədə xidmət müddəti dörd aydan on iki aya qədər davam edir və əsasən üç aylıq ilkin hazırlıq kursundan sonra gənclər öz gələcək istiqamətlərinə uyğun xidmət dövrünü seçirlər.
Skandinaviya – qadın çağırışında öncül region
Qadınlar üçün məcburi xidmət sahəsində dünya üzrə ən qabaqcıl region isə Skandinaviya sayılır.
Norveçdə hələ 2015-ci ildən gender neytral ümumi hərbi xidmət qanunu qüvvəyə minib. Yəni qadın və kişi fərqi olmadan bütün gənclər çağırışa tabedir.
İsveçdə isə vəziyyət bir qədər fərqlidir. Burada 2010-cu ildə hərbi çağırış ləğv edilmişdi, lakin 2018-ci ilin yanvarında yenidən bərpa olundu və həm qadınları, həm kişiləri əhatə edir. Hazırda İsveç ordusunda xidmət edən hərbçilərin təxminən 20 faizi qadındır. Xidmətin müddəti altı aydan on beş aya qədər davam edir.
İsrail: qadın çağırışının ən qədim modeli
Dünyada qadınların məcburi şəkildə hərbi xidmət keçdiyi ən köklü ölkə isə İsraildir.
Burada hələ 1949-cu ildən qadınlar da kişilər kimi orduya çağırılırlar. İsraildə qadınlar üçün xidmət müddəti iki il, kişilər üçün isə üç ildir. Qeyd edək ki, İsrail Ali Məhkəməsinin son qərarına əsasən, bundan sonra ultra-ortodoks yəhudilər də hərbi xidmətdən azad olunmayacaq və çağırışa cəlb ediləcəklər.
Afrika: gözlənilməz liderlik
İlk baxışdan təəccüblü görünsə də, qadınlar üçün məcburi hərbi xidmət tətbiq edilən ölkələrin əksəriyyəti əslində Afrikada yerləşir. Eritreya bu siyahıda xüsusilə seçilir: burada həm qadınlar, həm kişilər üçün hərbi xidmət 16 ay davam edir. Eyni qaydalar Çad, Qvineya-Bisau, Mali, Mozambik, Kaboverde və Nigerdə də mövcuddur. Məsələn, Mozambikdə 2024-cü ildə hakimiyyət belə qərara gəlib ki, çağırış xidmətinin müddəti iki ildən beş ilə qədər uzadıla bilər. Kotedivuar qanunvericiliyində də qadınlar üçün hərbi çağırış nəzərdə tutulub, lakin bu faktiki olaraq tətbiq edilmir.
Asiya: Şimali Koreya, Çin və digər nümunələr
Asiyada da bəzi ölkələr qadınları məcburi xidmətə cəlb edir. Şimali Koreyada 2015-ci ildən qadınlar da 17 yaşından orduya çağırılır. Xidmətin müddəti isə onların təhsil səviyyəsindən asılı olaraq bir neçə il çəkə bilər.
Çində hərbi xidmət de-jure ümumi məcburidir və qanunla 18-19 yaşlı qadın məzunlar müəyyən hərbi ixtisaslar üzrə çağırışa tabedir, faktiki isə bu daha çox kvotalarla tənzimlənir.
Şərqi Timorda isə 2020-ci ildə qəbul edilən qərarla həm kişilər, həm qadınlar 18-30 yaş aralığında hərbi xidmətə çağırılırlar. Xidmət müddəti 18 ay müəyyən edilib, lakin bu ölkədə qərarın praktik icrası ilə bağlı hələ də aydın mexanizmlər formalaşmayıb.
ABŞ və Avropa: əsasən könüllü xidmət
Dünyanın böyük əksəriyyətində isə qadınlar üçün hərbi xidmət könüllü xarakter daşıyır. ABŞ-da hazırda təxminən 200 min qadın hərbçi xidmət edir ki, bu da ordu heyətinin təxminən 14 faizidir. ABŞ-da qadınlar 1993-cü ildən döyüş bölmələrində də xidmət edə bilirlər və Pentaqon artıq bütün qoşun növlərini — quru qoşunları, Hərbi Hava Qüvvələri, hətta sualtı qayıqları qadınlara açıb.
Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Polşa, Türkiyə, Kanada, Avstraliya, Yunanıstan, Çexiya, Portuqaliya, Belçika, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə də qadınlar könüllü əsasda orduda karyera qura bilirlər.
Müharibədə olan ölkələrdə vəziyyət: Rusiya və Ukrayna
Ən maraqlı məqamlardan biri də budur ki, hazırda müharibə şəraitində olan iki ölkə — Rusiya və Ukraynada qadınlar üçün məcburi xidmət yoxdur. Lakin könüllü olaraq xidmət edən qadınların sayı hər iki ölkədə xeyli artıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Ukrayna Silahlı Qüvvələrində 68 min qadın xidmət edir. Bu göstərici 2021-ci illə müqayisədə 40 faiz artım deməkdir. Buna baxmayaraq, Ukrayna ordusunun ümumi şəxsi heyəti çox böyükdür və kişilərin sayı 900 min nəfərə yaxındır.
Rusiyada isə 2024-cü ilin martına olan məlumata görə, Müdafiə naziri Sergey Şoyqu qadın hərbçilərin sayının 37 500 olduğunu açıqlamışdı. Elə həmin il oktyabr ayında Rusiyada ilk dəfə qadın könüllülərdən ibarət PUA bölməsi yaradılıb və ona simvolik olaraq “Gecə cadugərləri 2.0” adı verilib. Bu ad İkinci Dünya müharibəsi dövründə SSRİ-nin məşhur qadın aviapolkuna istinad edir.
Azərbaycanda isə hələ ki, zərif cinsin nümayəndələri məcburi hərbi xidmətə cəlb olunmurlar. Lakin Müdafiə Nazirliyinin və digər hərbləşmiş sturukturların tərkibində qadın zabitlər və personal var.
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
4 iyul 2025 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
2 iyul 2025 09:58
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
1 iyul 2025 10:48
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 2025 16:49
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28