Təranə Muradova yubileyinə hazırlaşır

Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti, dosent Təranə Muradova 6 avqustda 60 illik yubileyini qeyd edəcək.
Bakı Xoreoqrafiya Məktəbinin (hazırda - Bakı Xoreoqrafiya Akademiyası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rusiya Dövlət Sosial Universitetinin məzunu olan Təranə Muradova həyatının 40 ildən çoxunu xoreoqrafiya sənətinə həsr etmişdir.
17 yaşında Azərbaycan Dövlət Rəqs Ansamblında çıxış etməyə başlamış və qısa zamanda ansamblın aparıcı solistlərindən birinə çevrilmişdir. 30 yaşında isə ansamblın baletmeysteri təyin olunmuşdur. Dövlət tədbirləri, mədəniyyət günləri, müxtəlif layihə və festivallar, UNESCO və TÜRKSOY-un əhəmiyyətli layihələri çərçivəsində dünyanın bir çox mötəbər səhnələrində - La Skala, Aspendos, Kreml Sarayı, Böyük Teatr və s. - çıxış edərək milli sənətimizi böyük uğurla təmsil etmişdir. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan Təranə Muradova yalnız milli rəqsləri deyil, həm də dünya xalqlarının rəqslərini yüksək səviyyədə təqdim etmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində milli incəsənətimiz, mədəniyyətimiz və irsimiz bütün dünyada tanınıb və şöhrət qazanıb. Dövlət tərəfindən mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinin inkişafına və təbliğinə xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, yubileyim münasibətilə bir sıra tədbirlər keçiriləcək, yaradıcılıq proqramları və konsertlər təqdim olunacaq, sürprizlər hazırlanıb. Onlardan biri yaxın günlərdə - 30 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək "Azerbaijan Dance Festival 2025" çərçivəsində təqdim olunacaq. Bu, ənənələri, sənəti və ilhamı birləşdirən beynəlxalq miqyaslı bir hadisədir. Yubileyimə həsr olunmuş "Night of the Dancing Diamonds" adlı qala axşamında məşhur xarici xoreoqrafın iştirakı ilə ortaq çıxış - sürpriz təqdim olunacaq. Festivalda Azərbaycanın milli rəqsi müasir bal rəqsləri ilə bir araya gələcək və mədəniyyətlərin, üslubların sintezində möhtəşəm bir harmoniya nümayiş olunacaq", - deyə Təranə Muradova bildirib.
Pedaqoq və xoreoqraf kimi bir çox istedadlı rəqqasələrin yetişməsində böyük rolu olmuş, 15 il ərzində Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının xoreoqrafiya kafedrasına rəhbərlik etmiş, son 10 ildə isə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru kimi fəaliyyət göstərmişdir. Eyni zamanda "Səyyah" uşaq rəqs ansamblı və "Odlar Yurdu" rəqs ansamblı da daxil olmaqla bir sıra rəqs kollektivlərinin yaranması və fəaliyyətində fəal iştirak etmişdir. O, həmçinin Azərbaycan Rəqs İttifaqının prezidentidir, bir çox beynəlxalq tədbirlərin açılış mərasimlərinin quruluşçu xoreoqrafı, milli və beynəlxalq festivalların və müsabiqələrin münsiflər heyətinin üzvü olmuş, müxtəlif ölkələrdə rəqs tamaşaları qurmuş və ustad dərsləri keçmişdir.//Milli.az
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
22 avqust 2025 17:24
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 2025 14:41
- Atası partiyanı Günay Ağamalıya təhvil verir?
13 avqust 2025 21:13
- Musa xalası qızı ilə, Təranə isə hərbçi ilə evliymiş - Onlar necə ailə qurub?
10 avqust 2025 14:28
- Bakıda bağban evdən 100 minlik saatı oğurladı və evi yandırdı..
8 avqust 2025 01:45
- Türkiyə bu ölkədə kosmik baza qurur – 350 milyon dollarlıq layihə
6 avqust 2025 00:08
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 2025 20:35
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 2025 11:13
- ABŞ İrana qarşı müharibəyə qoşuldu! Tramp İranın NÜVƏsini vurdu! Fordo yer üzündən SİLİNDİ
22 iyun 2025 07:43
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
20 iyun 2025 11:16
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
- Prezident Powerchina group şirkətlər qrupunun icraçı vitse-prezidenti ilə görüşdü (FOTO)
02 sentyabr 11:49
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
02 sentyabr 10:51
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
02 sentyabr 10:27
- Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
02 sentyabr 00:37
- Azərbaycanlı qadın Finlandiyada öldürüldü
01 sentyabr 23:33
- Ərdoğan və Pezeşkian Çində görüşdü
01 sentyabr 23:17
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
01 sentyabr 22:08
- Külli miqdarda RÜŞVƏTƏ görə ... AZADLIĞA BURAXILDI ...
01 sentyabr 17:06
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
01 sentyabr 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
01 sentyabr 13:53
- Prezident Paşinyanla görüşdü - Video
01 sentyabr 13:10
- Bakıda Mərkəzi Park-da 2 yaşlı UŞAQ KANALİZASİYA QUYUSUNA DÜŞDÜ - Fotolar
01 sentyabr 13:03
- Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
01 sentyabr 12:41
- Prezident Əliyev Ərdoğanla görüşdü (YENİLƏNİB)
01 sentyabr 11:18
- Azərbaycanlı iş adamının ŞOK SƏRVƏTİ - Milyardlarla...
01 sentyabr 11:10
- Ərdoğanla Paşinyan görüşdü - Video
01 sentyabr 10:30
- Əfqanıstanda güclü zəlzələ - 622 nəfər öldü - Fotolar - Yenilənib
01 sentyabr 10:26