Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
Cəmiyyət23 mart 2025 20:25

1-ci yazı
15 il ərzində Mixail Qorbaçov gənc mütəxəssisdən Stavropol diyarında birinci şəxsə çevrildi. Sonralar SSRİ Ali Sovetinin deputatı, partiya qurultaylarının nümayəndəsi oldu. 1978-ci ildə Sov.İKP MK-nın Kənd Təsərrüfatı üzrə katibi, bir il sonra Siyasi Büro üzvlüyünə namizəd, sonra isə üzv oldu. Tarixçi Mixail Geller yazırdı: "Kollektivləşmədən bəri belə zəif məhsul olmamışdı, ancaq kənd təsərrüfatından məsul olan rəhbər də heç vaxt belə sürətli karyera qura bilməmişdi." Qorbaçovun uğurunun sirri nədə idi?
Qorbaçov artıq ölüb, amma onunla bağlı mübahisələr hələ uzun müddət səngiməyəcək. Odur ki insanların diqqətini Qorbaçovun fəaliyyətinin rəsmi tərəfinə (onun tərcümeyi-halı hamıya məlumdur) deyil, pərdəarxası tərəflərinə çəkmək qərarına gəldim. Onun karyera yüksəlişinin arxasında nə dayandığını çox az adam bilir. Pərdə arxasında baş verən hadisələri az adam müzakirə edir və ya təhlil edir. Niyə? Çünki Qorbaçova nəzarət edən qüvvələr heç yerə getməyib, onlar hələ də dünyanı idarə edir, özlərinə lazım olan istiqamətə yönəldir, bütün ölkələrdəki bütün proseslərə müdaxilə edirlər. Məsələn, Ukraynadakı müharibə, bu müharibə fonunda birdən-birə Ukraynadan taxıl ixracı ilə bağlı problem yaranması, dünyada aclıq ola biləcəyi bağlı ajiotaj və s.. Qlobal taxıl satışı əvvəlki kimi yenə də bir neçə nüfuzlu klanın əlindədir və onlar arasında ən güclüsü ABŞ-dan olan Rokfeller klanı hesab olunur.
Bunu niyə xatırlatdım? Məsələ burasındadır ki, Qorbaçov (yeri gəlmişkən, onun anası Mariya Qapkalo ukraynalıdır) həm də “taxılçı” olub. Uzun illər əvvəl Sov.İKP Mərkəzi Komitəsinin katibi, sonra isə Siyasi Büronun üzvü kimi taxıl sahəsinə rəhbərlik edib. Elə o zaman da Qərb tərəfdaşlarının diqqətini cəlb edib. Ancaq bu barədə bir az sonra danışacağıq və hələlik SSRİ-nin dağılmasının pərdə arxası səbəblərinə qayıdaq.
Məsələ burasındadır ki, Qorbaçov qlobal səhnəyə subyekt yox, obyekt kimi qəbul edilib. Yəni onun həm insan, həm də siyasətçi kimi zəif cəhətlərindən istifadə edərək manipulyasiya ediblər. Məsələn, Lenin və Stalin dünya siyasətinin subyektləri idilər, onlar manipulyasiya edilməsi çətin olan müstəqil oyunçular idilər.
Lenin Almaniya ərazisində olmuşdu. Alman elitası da, Qərbi Avropa və İngilislər kimi, Rusiyadakı inqilabi prosesə təsir göstərməyə çalışırdı. Bu faktdır. Ancaq sonra baş verənlər bizə başqa şeylər deyir. Subyektiv zehniyyətə malik insanlar kiminsə təsiri altına düşəndə onun altından çıxıb müstəqil siyasət yürüdə bilirlər. Onlar kiminsə pəncəsinə düşsələr də, xarakterinə, savadına və mental xüsusiyyətinə görə tələdən qurtula bilməyən obyektlərdən fərqlənirlər. Ona görə də Lenin və Stalin müəyyən vəziyyətlərə, müəyyən qüvvələrin təsiri altına düşsələr də, sonradan çıxıb müstəqil siyasət yürütdülər. Elə bu səbəbdən həmin qüvvələr onları bəyənmədi və bu, məsələn, 1953-cü ildə Stalinin aradan qaldırılmasına səbəb oldu. Qorbaçov isə az qala 92 il yaşadı və bu da çox şeydən xəbər verir. Manipulyasiya edən qüvvələr belələrinin mümkün qədər uzun yaşamasında maraqlıdır ki, başqaları da nümunə götürsün. Odur ki, onlara qocalığa qədər dəbdəbəli həyat təmin edilir. Daha Lenin kimi 54 yaşında ölmür, guya insult keçirmiş Stalin kimi hamı tərəfindən tərk edilmirlər.
Qorbaçov asan manipulyasiya obyekti idi. Onun ölümü ilə bağlı başsağlığı verənlər də 1980-ci illərdə Qorbaçovla manipulyasiya edən ölkələrin (ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa) başçıları oldular. Yeri gəlmişkən, 1980-ci illərin əvvəllərində ölkəsini rifaha deyil deyil, süquta aparanda da ona eyni mədhiyyələri oxuyurdular. Onlar Qorbaçovu məhz zəifliyinə görə qiymətləndirirdilər, çünki bu, onların ölkələrinin daha da güclənməsinə və 1980-ci illərin sonundakı böhranların öhdəsindən gəlmələrinə kömək edirdi. Bu güclənmə isə SSRİ-nin və bütün Şərq blokunun dağılmasına bağlı idi. Bu çöküşü haqlı olaraq 20-ci əsrin geosiyasi fəlakəti adlandırırlar.
Bu gün Türkiyədə baş verən hadisələrə də bu kontekstdə baxmaq lazımdır. Qardaş ölkədəki olaylarda da hökmən Rokfellerlər və Rotşildlər kimi dünya maliyyə bosslarının barmaq izləri vardır. Ancaq bu barədə də sonra.
(Ardı var)
NАDİR QOCАBƏYLİ
Oxşar xəbərlər
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Oqtay Şirəliyev VƏFAT ETDİ
3 oktyabr 2025 21:06
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
2 oktyabr 2025 10:19
- Nazirlər hansı universitetləri BİTİRİB?
1 oktyabr 2025 14:06
- Süleyman Dəmirəl 1967-ci ildə Sumqayıta niyə gəlmişdi? -VİDEO- NADİR GÖRÜNTÜLƏR
30 sentyabr 2025 12:35
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Prezident Forum iştirakçılarına müraciət ünvanladı
24 sentyabr 2025 11:03
Xəbər lenti
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
Video & Fotoqalereya
Video
Fotoqalereya