İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
Mədəniyyət3 may 2024 11:51
Lavrovla çox danışırıq...
Hazırda mənim üçün ən yaxşı "ölkə" Şüvəlandır...
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az saytına geniş müsahibə verib.
O, xarici siyasət, nazir postundan gedəndən sonrakı fəaliyyəti, ailəsi ilə bağlı suallarımızı cavablanıdırb.
- Elmar müəllim, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Uzun müddətdir ki, nazir postunu tərk etmisiniz. Hazırda nələr edirsiniz, səhhətiniz necədir?
- Hər şey əladır, idmanla məşğulam. Deyə bilərəm ki, can rahatlığıdır. Hazırda Şüvəlanda qalıram, özüm üçün gəzirəm. Kitabım üzərində çalışıram, gələn həftə çap etmək üçün danışıqlara başlayacam.
- Bəs yenidən aktiv siyasətə qayıtmağı düşünürsünüzmü?
- Əgər təklif olarsa, baxmaq olar. Olunmasa, yəqin ki, yox, düşünmərəm. Mənə hazırda nəsə təklif edilməyib. Ona görə də mən özümdən nəsə deyə bilmərəm. Pis nazir olsaydım, yəqin ki, 16 il işləməzdim. Amma indi mənə ehtiyac olarsa, peşəkarlığımdan istifadə etmək istərlərsə, təklif versinlər. Mən öz-özümə təklif verən deyiləm ki?
- Yaxın zamanda ölkədə parlament seçkiləri gözlənilir. Elmar Məmmədyarov özünü növbəti parlamentdə görürmü?
- İnanmıram ki, bu mənim üçün yaxşı fikir olar. Yəqin ki, bu, mənə görə deyil.
- Uzun zaman XİN rəhbəri olaraq çalışmısınız. Xarici işlər naziri olmaq sizin üçün necə keçdi?
- Bir gün kimi... Mən nazir təyin olunanda, düzünü deyim, gözləmirdim. Çünki mən o vaxtı İtaliyada səfir idim, ondan öncə də Amerikada yaşayırdım. Çox ölçüb, biçdim. Mənə dedilər ki, sən lazımsan. Çətin dövrdə nazir olmuşam, vaxtımın çox hissəsi Qarabağ məsələsinə gedirdi. Beynəlxalq təşkilatlarda, ölkələrdə görüşlər keçirirdim. Amma sonradan gördüm ki, bu, mənim üçün çox asandır, çünki ilk gündən bu işlə məşğul olmuşam. Bir danışıqlar ağır keçirdi. Bəzi həmkarlarla Qarabağla bağlı danışıqlar aparanda deyirdilər ki, "bizimlə niyə danışırsınız? Gücün varsa, get, götür”. Biz də getdik, götürdük.
- Bəs hazırda məsləhətləşmələr üçün Xarici İşlər Nazirliyinə dəvət olunursunuzmu?
- Getməyinə, getmirəm. Amma nazirlikdən zəng vururlar, söhbətləşirik. Bəzi səfirlər fikrimi öyrənmək istəyir, mən də deyirəm. İndi çox sevinirəm ki, Ermənistanla sülh danışıqları vasitəçisiz aparılır. Sərhəd delimitasiyası üzrə Komissiya sərhəddə görüşürsə, nazirlər də görüşə bilər. Üçüncü tərəf lazım deyil, inanıram ki, belə də olacaq. Onlar gec-tez Qarabağın müstəqilliyini tanımalı, ya da Ermənistanın bir hissəi kimi qəbul etməli idilər. Ancaq yalandan danışıqlar aparırdılar. Fransada erməni həmkarımla danışıqlar aparanda mənə dedi ki, "sən bilmirsən, bizə nə qədər təyziqlər var”. Mən də dedim ki, "Sən nahaq işini mənə deyirsən, bunu həmsədrlərə de”. Amerika, Fransa, Rusiya kimi ölkələri çətin vəziyyətə salırdılar, ortada məntiq yox idi, nəyi müzakirə edirdilər, bilmirdilər.
- XİN rəhbəri olduğunuz dövrdə sizin üçün ən çətin danışıqlar hansılar olub?
- Mənim üçün ən çətin danışıqlar həmsədrlə olub. Onlar "Madrid prinsipləri”ni ortaya atırdılar. Mətndə qeyd olunurdu ki, 7 rayon qaytarılmalıdır, məsələsəs vermə yolu ilə olacaqdı. Ermənilər deyirdilər ki, səsvermədə erməni əhali iştirak edəcək, biz də deyirdik ki, orada azərbaycanlılar da yaşayıb, onlar necə olacaq? Mənim dövrümdə çalışırdım ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanısın. Bir dəfə Uruqvayın XİN başçısı müsahibə verəndə demişdi ki, Qarabağın ilk müstəqilliyini tanıyan ölkə olacaqlar. Mən səhəri gün oturdum təyyarəyə, uçdum Uruqvaya. Üç-dörd saata yaxın mən Uruqvayın prezidenti ilə danışqlar apardım. Axırda sübut etdim ki, bu, yanlışdır. Həmin görüşə Xarici işlər nazirini çağırmadı, tək söhbət etdik.
- Sizcə, Azərbaycanın xarici siyasətində dəyişiklik etməyə ehtiyac varmı? Hazırki siyasət sizin dövrdən nə ilə fərqlənir?
- İndiki dövrdə xarici siyasətdə dəyişiklik etməyə ehtiyac yoxdur. Mən bilən, hər şey qaydasında gedir. Elə mənim dövrümdə də balanslı siyasət həyata keçirirdik. Xarici siyasəti cənab Prezident müəyyənləşdirir, XİN yerinə yetirir.
- Adətən nazirlərin çoxu hakim partiyanın - YAP-ın üzvü olur. Siz isə birtərəf idiniz, bunun hər hansı səbəbi vardı?
- Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin birtərəf olması lazımdır. Çünki bunlar güclü blokdur.
- XİN rəhbərləri ilə münasibətiniz necədir?
- Yavaş-yavaş aşağıya doğru getdi. Amma yazışdığım nazirlər var. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
- Lavrovla axırıncı dəfə nə haqda danışmısınız?
- Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, mesaj göndərim, ən azı bir çay içək. Amma dörd ildə hələ Moskvaya getməmişəm, bu yaxınlarda bir tədbirlə bağlı getməyi planlaşdırıram.

- Bəzi mülahizələr dolaşırdı ki, siz nazir postundan gedəndən sonra ölkəni tərk etməyi planlaşdırırsınız, bəs indi necə, başqa ölkədə yaşamağı düşünürsünüzmü?
- Xeyr, düşünmürəm. Hazırda mənim üçün ən yaxşı "ölkə" Şüvəlandır (gülür...). İndi nəyə görə başqa ölkədə, şəhərdə yaşayım? İndiyə qədər 13 il Amerikada, az müddət İtaliyada, eyni zamanda nazir olanda çox ölkədə olmuşam. Ona görə də indi deyirəm ki, mənim üçün ən yaxşı yer Şüvəlandır.
- Elmar müəllim, dediyiniz kimi, qısa müddət İtaliyada səfir olaraq fəaliyyət göstərmisiniz. O illəri necə xatırlayırsınız, italyanlarla işləmək asan idi?
- İtaliyaya turist kimi getsəniz, çox gözəl ölkədir. Amma mən işləməyə getmişdim, işləmək bir az çətindir, çünki italyanlar bir az çətin xarakterlidirlər. Adamlar çox yaxşıdır və maraqlıdır. Amma onlarla işləmək çətindir. Mən orada ilk səfir idim, sonradan əlaqələri sahmana sala bildik.
- Nazir postundan gedəndən sonra dostlarınızın sayı azalıb?
- Mən uşaqlıqdan necə dostluq edirdimsə, elə də davam edirəm. Vəzifədə olan dostlarım da var. Amma indi yeni komanda yığılıb, yeni nazirlər var. Çoxların da adını heç bilmirəm. Amma əvvəldən kiminlə dostluq etmişəm, indi də davam edir.
- Diplomat üçün diplomatiya təhsili vacibdirmi?
- Xeyr, diplomat üçün diplomatiya təhsili o qədər vacib nüans deyil. Hüquqşünas, müəllim peşədir. Amma riyazatçı da diplomat ola bilər. Diplomatiyada əsas vacib olan xarizmanın olmasıdır. Çünki diplomat çox vaxt danışıqlara gedir, orada güclü xarizma nümayiş etdirməlidir. Məsələn, pandemiya zamanı mən internet üzərindən həmkarlarla danışırdım, həmin vaxt insanın necə reaksiya verdiyini bilmirdim. Ona görə də diplomatın bədən dilini bilmək lazımdır.
- Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi postu uğurlu yer olaraq görünür. Belə ki, XİN-in sözçüsü postundan çoxu səfir və ya yüksək vəzifəyə təyin olunub. Siz bu postu necə görürsünüz?
- Mətbuat sözçüsü çox önəmli postdur. Bütün dünya sənə rəsmi istinad etmiş olur. Bizim XİN-də də Xəzər, Tahir, Leyla, hamısı yaxşı idi. İndi Ayxan Hacızadə də yüksək diplomatdır. Onların hər bir sözünün əhəmiyyəti var, əgər sözçü səfir gedirsə, deməli onun vaxtı çatıb.
- Bildiyiniz kimi, Qarabağ Universiteti yaradılıb. Siz orda öz təcrübələrinizi bölüşmək istərdiniz?
- Təklif gələrsə, ona baxmaq lazımdır. Dərs nə barədə olacaq, məni istəyirlərmi, bunları müzakirə etmək lazımdır.
- İranda səfirliyimizə hücumdan sonra səfir geri çağırılmışdı. İndi isə iki ölkə arasında aparılan danışıqlar nəticəsində səfirin geri qayıtması planlaşdırılır. Siz İranla diplomatik demarşı necə dəyərləndirirsiniz?
- İranda baş verən hadisə xoşagəlməz idi. İranda çox soydaşımız yaşayır. Bizim səfirimizi geri çağırmağımız da siyasi demarş idi. Amma düşünürəm ki, yaxın zamanda açılacaq. Mən isə səfirin geri çağırılmasına razı deyildim. Çünki səfiri gec-tez geri göndərirsən. Bir-iki diplomatı saxlamaq olardı.
- Fransa ilə münasibətlərə gəlincə, te-tez xəbər yayılır ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva geri çağırıla bilər. Siz necə düşünürsünüz, belə addım atılmalıdırmı?
- Mən tərəfdarı deyiləm. Xəbər göndərdim ki, lazım deyil. Nazir olanda fikirlərimi belə açıq səsləndirmirdim, indi daha sərbəstəm.
- Elmar müəllim, ailənizlə bağlı suallara keçək. Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Biz uşaqlıqdan tanış olmuşuq. Qohumlarımız yaxın idi. Sonradan bizim aramızda məhəbbət yarandı.
- Övladlarınızın illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbər yayılmışdı. Siz bu məsələnin şəxsi olduğunu bildirmişdiniz, əslində məsələ necə olmuşdu?
- Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı beş kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerkandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?
Oxşar xəbərlər
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
