Larisa Məmmədova - Bir az Ukrayna, bir az Azərbaycan...- 20 YАNVАR
Qızımın 9 yaşı var. Avtobusa minəndə sürücülər ona görə ödəniş götürmür. Deyirlər, körpə uşaqdı, gedin...
Kaş götürələr, götürməyəndə hər dəfə 13 yaşlı şəhidimiz Larisa ağlıma gəlir, əvvəl ağlıma gəlir, sonra ürəyimə...
O da 35 il əvvəl elə bu axşam, 19 yanvarda atası ilə avtobuslarını həyətə gətirməyə getmişdilər.
***
Larisa anasına demişdi ki, adımı sevmirəm, pasport alanda dəyişib Leyla edəcəm....
Həmin axşam isə şəhərin qarışdığını görən atası Fərman anası Qalinaya deyir ki, avtobusu yaxşı yerdə saxlamamışam, gedim, həyətə gətirim...
Sarı avtobusuna doğru gedəndə sarı qızı Larisa da ondan əl çəkmir. O qədər şirin olur ki, yox deyə bilmirlər. Fərman yaraşıqlı Qafqaz kişisi, Qalina ukrayna gözəli - Larisanın şirin olmamağa zərrə şansı yox idi. Anası da, atası da bir-birinə baxıb yenə də qızlarının istədiyini edirlər. Bu da azmış kimi ən təzə paltarını geyinir və atası ilə avtobuslarını gətirməyə gedirlər.

Qalina səhərə qədər onların yolunu gözləyir. Səhər sarı avtobusları yox, qara xəbərləri gəlir... Atası ayağından yaralanıb, 13 yaşlı Larisa isə ürəyindən vurularaq şəhid olub.
Yəqin ki, ürəyi də elə bir pulemyot gülləsi boyda idi - 7.62
Sərçə Larisa...
20 yanvar avtobusumuzun körpə balası...
***
Təəssüf, bu gün Larisanın anasının vətənində - Ukraynada, elə hər gün "20 yanvar"dır...
Bitməyən bir cümə gecəsi. Qara cümə...
35 il əvvəl şəhid olan 13 yaşlı Larisanı unuda bilmirik, ancaq Ukraynada hər gün sarısaç körpələr topların "layla"sında əbədi yatırlar.
Eynən 1990-cı ildə Bakıda olduğu kimi indi hər gün Ukrayna şəhərlərində rus dilində danışan əsgərlər, zabitlər və rus dilində atəş açan tanklar "tarix yazır" - "20 yanvar".
Yüzlərlə sarısaç larisalar, qarasaç leylalar, vladimirlər, fərmanlar NATO-nu, Dostoyevskini tanımadan ölürlər...
O qədər tez ölürlər ki, haqlarında çox danışmaq da olmur - bütün söhbətlər özləri boyda olur - 13 yaşlı, sarı saçlı...
Bəxtiyar Vahabzadənin Larisaya yazdığı şeir də belə bitirdi:
Övladıydın iki xalqın.
Bu dostluğa mən də uydum, sən də uydun.
Sən dostluğun simvoluydun.
Bunudamı bu gün bizə çox gördülər?
Elə bil ki, səninlə bir
Bu dostluğu öldürdülər...
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
