Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?

Bu gün məşhur dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anım günüdür.
Kulis.az bu münasibətlə filosof Rahid Uluselin “Səməd Vurğun 76 yaşından sonra” essesini təqdim edir.
Bizim “şair xalqımızın” uydurduğu miflərdən biri də budur ki, guya Səməd Vurğun 1956-cı ildə 50 yaşında vəfat etmişdir. Doğru deyil. O, ağır xəstələnsə də, “ana südü, dağ çiçəyi” ilə sağala bilmişdi. Yusif və Vaqif Səmədoğlu qardaşları buna şahiddir.
Ölümdən dönən böyük şair əsl yaradıcılığa məhz bundan sonra başlamış, boş ideologiyadan üz döndərmiş, əvvəl yazdıqlarını qapatmış (İsa Muğanna kimi yox, yalnız Səməd Vurğun kimi), qazandığı orden və medallardan, ad və sanlardan imtina etmiş, indən belə o miflərə qarşı mübarizə aparmışdır.
Bir müddət xəlvətcə öz doğma kəndinə – Yuxarı Salahlıya çəkilərək, oradakı evində gözdən-qulaqdan uzaq yaşamış, əsərlərini özü bircə-bircə təhlil edərək oradakı boşluqlardan, patetikadan, mədhiyyəçilikdən dəhşətə gəlmiş, sənəti (yəni İnsanı) məhv edən səbəblərin kökünə varmış, Sözü (yəni İnsanı) danışdırmağın böyük sirlərinə yiyələndiyinə əmin olduqdan sonra üzə çıxmışdır.
76 yaşında, bir ulu Şeyx qüdrətində yenidən Bakıya qayıtmış, vaxtilə akademiki olduğu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində ömrünün sonunadək şərəf və ləyaqətlə çalışmış, ən sanballı əsərlərini də bu dövrdə qələmə almışdır.
Böyük mütəfəkkir İmam Mustafayev, Vəli Axundov, Şıxəli Qurbanovla dostluq etmiş, siyasətin, mədəniyyətin, ədəbiyyatın iliklərinə milli ruhu yeridən qaynaq olmuşdur.
Azərbaycan humanitar elmlərinin bütün potensialını səfərbər edərək, onların gələcək inkişafına əsas verən təməl prinsipləri müəyyən etmişdir. O prinsiplərin başlıca ideyası – dünya sivilizasiyasının üstün dəyərlərini özündə cəmləmiş seçkin bir mədəniyyətə, elmi, fəlsəfi, estetik və ədəbi dünyagörüşünə sahib olduğumuzu dərk edərək, yad nəzəriyyə və ideologiyaların dalınca sürünməmək, epiqonçuluğu tərgitmək və öz kökümüz üzərində özümüzü yaratmaq bahadırlığımızdır.
Dünya ilə nəfəs-nəfəsə dayanmağın, milli varlığından dünyaya saçılmağın necə coşqun bir həyat olduğunu Ustad proqram mahiyyətli monumental əsərlərində – poeziyasından fəlsəfi traktatlarınadək – bütün dərinliyi ilə göstərmişdir.
Qocaman yaşlarında Səməd Vurğun Məhəmməd Hadidən sonra qeyb olan sonuncu şairimizdir.
Ustadın yetmiş-səksəninci illərdəki bütün nikbin proqnozları doğru çıxmışdır:
Azərbaycan müstəqilləşmiş, dünya mədəniyyətinin məbədlərindən birinə çevrilmişdir.
1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində bir az dala getsə də, sonra özünü toparlamış, ildırım sürəti ilə irəli şığımışdır.
Ustadın dedikləri bir-bir həyata keçməkdədir: Neft kapitalı insan kapitalına çevrilir. Var-dövlətimiz başımızdan aşır.
Dünya zənginləri London, Paris, Nyu-Yorkdakı evlərini satıb Bakıda mülklər alırlar. Almaniyadan, Britaniyadan, Fransadan, İsveçrədən iş dalınca basa-basa Bakıya gəlirlər. Artıq qalanları fermer təsərrüfatları yaratmaq üçün kənd yerlərimizə üz tuturlar.
Burada bir eşşəyə dayəlik ən azı beş min avro, bir beçəni böyüdüb xoruz kimi banlatmaq yeddi min avro, bir hind toyuğunu dəvəquşu boyda etmək doqquz min avro, bir tutuquşuya “Mən kral XIV Lüdovikəm!”, yaxud “mollanı əmmamələməlimi, mollanı əmmamələməməlimi?!” dedirtmək on iki min avrodur.
Yaponiya, Koreya alimləri bizim avtomobil, kompüter zavodlarında qara fəhləliyə işə düzəlmək üçün əldən gedirlər.
Bir Azərbaycan milyonçusu xaricə bir manat da çıxarmır. Əksinə, əcnəbi yatırım Azərbaycana sel kimi axır. Banklardan daşan pulumuzu yığıb-yığışdıra bilmirik.
Hərdən bəşəriyyətə yazığımız gəlir. Vatikana-zada yardım edir, antik abidələrinə yamaq vururuq. Bizim vurduğumuz yamağın gözəlliyinə baxmaq üçün dünyanın hər yerindən axışıb gəlir, sirrindən agah olmaq istəyirlər.
Ölkəmizdə həyat olduqca maraqlı, çil-çıraqlıdır. Ağaclara da dənə-dənə işıq lampaları sarmaşdırmışıq ki, dünyanın başqa ağaclarından seçilsin.
Dünyadakı şadlıq saraylarının onda doqquzu bizdədir. Biz ayrı bir xəstəlikdən yox, atılıb-düşməkdən, gülməkdən ölürük. Yalnız bu səbəbdən yeni müəssisələr, iş yerləri kimi yasxanalarımız da çoxalır, mollalarımız, mürdəşirlərimiz yağ içində böyrək kimi üzür.
Darıxmamaq üçün ildə beş dəfə Aşura, dörd dəfə Qəhqəhə və Zəngulə müsabiqələri, iki dəfə Olimpiya, bir dəfə Formula-1, hər bazar Olum-Qalım yarışı keçiririk. Dünyanın ən nüfuzlu forumlarına, ən möhtəşəm poeziya festivallarına ev sahibliyi edirik.
Yunanıstanın Xalq şairi Homer, İtaliyanın Xalq şairi Dante, İranın Xalq şairləri Sədi və Hafiz Şirazi azərbaycanlı sənətkarlarla yanaşı bu festivallardakı birincilikdən böyük məbləğdə mükafatlar qazanıblar.
Azərbaycan öz sənət adamlarını dünyaya çıxarmaq üçün milyonlarla manat pul xərcləyir. Ona görə də onlarca böyük əcnəbi sənətkar əl boyda bircə şeir kitabı çıxmış sütül Azərbaycan şairinin əsərini tərcümə etmək üçün növbəyə dayanır.
Umberto Eko məşhur Azərbaycan postmodernisti Kamal Abdullanın yanına gəlmək, onunla kəlmə kəsmək, şəkil çəkdirməkdən ötrü bizim səfirliyin qabağında gecələyir.
Dünyanın ən zəngin şairləri, yazıçıları Azərbaycandadır. Azərbaycan Yazıçılar Birliyi onlara ev vermək üçün yalvarır, nüfuzlu məmurlardan elçi göndərir. Onlar isə istəmirlər. Çünki kitablarının nəşrindən, mediadan qazandıqları vəsaitlə şairanə malikanələr tikdiriblər, orada zürafə, kenquru, delfin saxlayırlar.
Bu ölkənin ən kasıb ədibi Çingiz Abdullayevdən sonra ən aciz yazarı mənəm ki, qəfəsdəki bülbülümə dən alıb yedirə bilmirəm. Gərək sabah səhər tezdən bağçamdakı güllərin üstünə şeh qonanda qəfəsi açıb bülbülü buraxam. Axı, mənim ölkəmdə bülbülün dəni qəfəsdə deyil, azadlıqdadır!
Fotoda: Səməd Vurğun, Nazim Hikmət. (Fotonu Nurlan Əhmədov rəngləyib)
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
2 iyun 2025 17:51
- Sabiq deputatın oğluna 55 min, mülki iddiaçıya 1 manat da ödəməyib, azadlığa çıxır
1 iyun 2025 19:29
- Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polisdən SENSASİON AÇIQLAMALAR
1 iyun 2025 18:46
- Səddam Hüseynin yunan məşuqəsi nə yazıb? –VİAQRA atan, ət yeməyini və Xaç atasını sevən Diktator
1 iyun 2025 15:18
- 37 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib? –İstefada olan Əliyev Kremlə nə üçün gəlib?
1 iyun 2025 14:14
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
1 iyun 2025 00:46
- Körpə ikən 300, böyüyəndə 206: Sümüklərimizin sayı böyüdükcə niyə və necə azalır?
31 may 2025 09:09
- AZAL ilə bаğlı şikаyətlər bitmək bilmir....
29 may 2025 14:12
- Təhsil sektorunda =böyük savaş =
27 may 2025 10:55
- Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir
26 may 2025 14:56
- Bu ölkələrdə bir dənə də olsun məscid yoxdur - SİYAHI
02 iyun 20:50
- Qurban Allaha yaxınlaşmaqdır…
02 iyun 20:01
- Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib – Video
02 iyun 18:12
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
02 iyun 17:51
- Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI
02 iyun 17:27
- Məhkəmə Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində QƏRAR VERDİ
02 iyun 16:41
- Azercell-ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
02 iyun 15:36
- ÖZSÜT-ün 3 milyon VERGİ borcu yaranıb
02 iyun 14:35
- Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
02 iyun 13:22
- Eldar Mahmudova pasport vermədilər, statusu bilindi – TƏFƏRRÜATLAR BU YAZIDA
02 iyun 12:56
- Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL - MÖCÜZƏDİR
02 iyun 12:20
- Bu həftə 4 gün iş OLMAYACAQ – TARİXLƏR
02 iyun 11:56
- 32 yaşlı müəllim vəfat etdi
02 iyun 11:31
- Azərbaycan vətəndaşları Gürcüstandan qovuldu
02 iyun 10:46
- İlham Əliyev Bakı Ekspo Mərkəzində açılışda iştirak edir
02 iyun 10:37
- Paşinyan 50 illik yubileyini GÖYÇƏ gölünün sahilində qeyd etdi...-FOTOLAR
02 iyun 09:52
- Sibiri türklərin tarixi vətəni adlandıran Rusiyalı deputata qarşı cinayət işi ŞOK
02 iyun 09:33
- Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar -VİDEO
02 iyun 09:08
- Polşadakı Prezident seçkilərində qalib oldu
02 iyun 08:53
- Salyanda 10 uşaqlı ailə: Ən böyüyünün 14, balacasının 1 yaşı var VIDEO
02 iyun 08:40
- Rusiyada 3 günlük MATƏM elan edildi
02 iyun 01:34
- Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
02 iyun 01:24
- Bakıda 1 sotu 700 min manata torpaq - Hansı ərazidədir?
02 iyun 01:12
- İki ildir itkin düşən qadını taksi sürücüsü öldürübmüş - FOTO
02 iyun 00:56
- Zədələnmiş pulları necə dəyişə bilərik?
01 iyun 23:53
- Dünyada ən çox məhbusun olduğu 10 ölkə – Siyahıda 4 qonşu ölkə də var
01 iyun 23:35
- Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü UÇDU - YARALANAN VAR
01 iyun 22:51
- Rusiya nümayəndə heyəti İstanbulda: Ukrayna bu güzəştlərə hazırdır
01 iyun 22:38
- Azərbaycan DÜNYA ÇEMPİONU oldu!
01 iyun 21:50
- 32 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü
01 iyun 21:32