Orta Əsrlərdə Türk Xanədanlarının saray intriqaları və zəhər savaşları
Türk dünyasının siyasi tarixində ailədaxili qarşıdurmalar və hakimiyyət uğrunda gedən mübarizələr zaman-zaman bütöv dövlətləri sarsıdan faciələrlə nəticələnmişdir. Xüsusilə də Səlcuqlulardan Osmanlılara, Qızıl Ordalardan Ağqoyunlu və Qaraqoyunlulara qədər uzanan xətt boyunca saray daxilində baş verən ziddiyyətlər və qəsdlər Türk imperiya idarəetməsinin zəif nöqtələrindən biri olmuşdur. Bu hadisələr təkcə ailə dramı kimi deyil, bütöv dövlət mexanizminin və Türk siyasi mədəniyyətinin çökmə nöqtələrini anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Qarabağ torpağında baş vermiş və Ağqoyunlu xanədanlığının süqutuna aparan zəhərli sui-qəsd hadisəsi də məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Bu faciə təkcə bir ailənin yox, bütün bir Türk dövlətinin siyasi xəritədən silinməsinə səbəb olmuş, orta əsrlərdə zəhər vasitəsilə aparılan gizli savaşın və güc oyunlarının real təzahürü kimi tarixə düşmüşdür. Həmçinin, bu hadisə Türk dünyasının güc strukturlarında qadınların oynadığı aktiv rolları və saray intriqalarının hansı geosiyasi nəticələrə yol aça biləcəyini anlamağa imkan verir.
Aşağıdakı yazı Qarabağda baş vermiş bu hadisəni geniş tarixi, siyasi və mədəni kontekstlərdə araşdırmaqla yanaşı, Türk dünyasının ortaq keçmişində nadir rast gəlinən sui-qəsd və zəhər ticarəti kimi təhlükəli bir aspekti də gün üzünə çıxarır.
Orta əsrlərin qışlaq məkanı olan Aran Qarabağı xanədanların şəxsi mülkü sayılırdı. Xüsusilə də Xaçın çayı ətrafında uzanan geniş Sultanbud meşələri xanədan çadırlarının salındığı, ov və yarışların keçirildiyi ərazilər idi.
1490-cı ilin payızında burada meydana gələn bir hadisə bir dövlətin süqutuna gətirib çıxardı. Bir sui-qəsd planı ilə əlaqədar, orta əsrlərdə Çindən Avropaya qədər uzanan geniş coğrafiyada aparılan gizli bir ticarətin də üzə çıxmasına yol açdı. Adına “zəhər” deyilən bu ticarətin qurbanları arasında Bayandurlu xanədanının üç üzvü də vardı.
İqtidar arzusu
![]()
Dövrün müvərrixləri Ağqoyunlu dövlətinin böyük hökmdarı Sultan Həsən Padişahın hakimiyyətinin son illərini böyük kədər və qüssə içində keçirdiyini, xüsusilə də oğlu Uğurlu Məhəmmədin sui-qəsd nəticəsində öldürülməsinin yaratdığı psixoloji sarsıntı ilə xəstələnib yatağa düşdüyünü yazır. Yaşananların arxasında padişahın ən sevdiyi xanımı Səlcuqşah bəyim yer alırdı.
Səlcuqşah bəyim Bayandurlu sarayının iqtidar tutqusu ən güclü olan qadını idi. O, Uzun Həsəndən sonra taxta oğlunun – Sultan Xəlilin – keçməsi üçün əlindəki bütün imkanlarını səfərbər etmişdi. Səlcuqşah bəyimin əsas hədəfi Uğurlu Məhəmmədi ortadan qaldırmaq idi. Bayandur nəslindən olması Səlcuqşaha Ağqoyunlu bürokratiyasına təsir etmək imkanı verirdi. Sarayın ən güclü ismi oydu. Xanımları arasında Həsən Padişah üzərində ən təsirlisi də Səlcuqşah bəyim idi.
Bəzi mənbələr onu Həsən bəyin ilk xanımı olaraq təqdim etsələr də, bu məlumat mübahisəlidir. Ağqoyunlu müvərrixi Əbu Bəkr Tihraninin yazdıqlarından Səlcuqşah bəyimin sultanın ikinci xanımı olduğu ortaya çıxır. Səlcuqşah bəyim Həsən Padişahın əmisi Məhəmməd bəyin qızıdır. Həsən bəy lətafətli bir xanım olan Səlcuqşahı 15 yaşında olarkən almışdır. Mənbələr bu xanımdan Mehdi-ulya, Bəgüm xatun, Sırtlan, Gəzəndə xatun kimi adlarla da bəhs edirlər.
Bu xanımın Ağqoyunlu sultanı üzərindəki təsirini Osmanlı müvərrixi Xoca Sadəddin Əfəndi belə təsvir edir:
“Uzun Həsənin ən sevdiyi və ən bəyəndiyi xanımı Sultan Xəlilin anası (Səlcuqşah bəyim)dir”.
Ağıllı olduğu qədər intiqamçı zehniyyətli bu xanım sultanın digər qadınlardan doğulan övladlarını gözü götürmürdü. Həsən bəylə Səlcuqşah bəyimin icdivacından Xəlil, Yusif, Yaqub və Məsih adlı dörd oğlu dünyaya gəlmişdi. Səlcuqşah kartlarını ərindən sonra formalaşacaq Ağqoyunlu iqtidarı adına oynayırdı. O, gizli şəkildə ya Xəlil Sultanı, ya da Yaqubu Uzun Həsənin taxtına hazırlayırdı.
Belə olan halda, ögey övladı və taxtın real namizədi Uğurlu Məhəmmədin ordu arasındakı böyük nüfuzu Səlcuqşah bəyimi çox narahat edirdi. Uğurlu Məhəmmədin yüksəlişi qadının iqtidar ehtirasını daha da gücləndirirdi.
Xanımları və cariyələri arasında Həsən bəyə ən çox nüfuz edib təsir etmək gücünə sahib bu qadın zamanında həccə getmək sevdasına tutulan ərini bu istəyindən vaz keçirmişdi. Elə Otlukbelində Osmanlılarla aparılan döyüşün gedişatını bu qadının hirsi və iqtidar tutqusu dəyişdirdi.
Uğurlu Məhəmməd tərəfindən əldə edilən qələbə Həsən Padişahı sərxoş etmişdi. Hətta padişah ordugahına gətirilən Osmanlı əsirlərindən Turhan oğlu Ömərə baxıb belə demişdi:
“Hey hey Ömər bəy! Osmanoğlunun qol qanadını sındırdım. Zira, onların dayanağı və gücü Rumeli əsgərindən ibarətdir”.
Gecə olub şəxsi çadırına çəkilən padişahın xəlvət zamanında Səlcuqşah bəyim ərinin ağlını çəldi. Səlcuqşah bəyimin ərinə söylədiyi “Uğurlu Məhəmməd ordu içində etibar qazanmaq üçün Osmanlı ordusunun məğlubiyyətini öz əliylə olmasını istəyir” sözləri hökmdarın zehnini qarışdırdı.
Həsən Padişah oğlanlarının ürəyində taxt arzusunun nə qədər şirin olduğunu bilirdi. Lakin övladları arasında müvazinəti itirmək istəmir və balansın pozulmasından qorxurdu. Digər tərəfdən Uğurlu Məhəmmədin ordu üzərindəki ağırlığının da fərqində idi.
Xanımı Səlcuqşah bəyimin sözlərini Həsən Padişah öz adına yozdu. Osmanlı ordusu qarşısında bir başqası deyil, mütləq özünün qalib görünməsini istəyirdi.
Beləcə, Qaraqoyunluların böyük hökmdarı Cahanşahı, Teymurluların sultanı Əbu Səidi ortadan qaldırdıqdan sonra Osmanlıların fateh hökmdarı Sultan Məhəmmədi də məğlub etmək şərəfini əldən buraxmaq niyyətində deyildi.
Həsən Padişah üç böyük dövlətin üç böyük hökmdarını məğlub edən tək hökmdar olmaq xəyalını qurmuş olmalıdır ki, arvadının sözlərindən sonra oğlunu qısqandı.
Ancaq səhv strategiya və Uzun Həsənin təkbaşına aldığı qərarlar Otlukbelində məğlubiyyətə, arxasından Uğurlu Məhəmməd ilə arasının pozulmasına, oğlunun üsyanı və sui-qəsd nəticəsində öldürülməsinə gətirib çıxardı.
Ağqoyunlu dövlətinin ulduzunun sönməsinə səbəb olan bu qəhrə çox yaşamayıb öldü. Bəzilərinə görə də öldürülmüşdür. Nəticədə hakimiyyət Səlcuqşah bəyimin nəzarətinə keçdi.
Qarabağ sui-qəsdi
![]()
Lakin Səlcuqşah bəyimin hakimiyyət istəyi arzuladığı kimi gerçəkləşmədi. Taxt uğrunda iki böyük oğlu arasında baş verən mübarizədə, Səlcuqşahın ən sevdiyi oğlu Xəlil öldürüldü və Bayandurlu səltənətini digər oğlu Yaqub ələ keçirdi.
O vaxtlar gənc yaşda olan Yaqub həddi-buluğa çatana qədər anasının bitməyən istəklərinə göz yumdu. Ancaq yavaş-yavaş hakimiyyət cilovunu ələ almağa başlayınca ana ilə oğulun arası pozuldu. İşə Sultan Yaqubun xanımları da qarışınca, Səlcuqşah bəyim oğlunu öldürmək qərarına verəcək qədər zalımlaşdı.
Qadının məqsədi oğlu Yaqubu öldürmək, digər oğlu Yusifi taxta keçirmək idi. Bu məqsədlə Səlcuqşah bəyim mükəmməl bir plan hazırlamışdı. Cinayət Ağqoyunlu hökmdarının qışı Qarabağda keçirdiyi vaxtda gerçəkləşdiriləcək və sultanın ov ətindən zəhərləndiyi təsəvvürü yaradılacaqdı.
Lakin bu dəfə işlər Səlcuqşahın istədiyi kimi olmadı. Sultan Yaqub üçün hazırladığı zəhərli şərbəti taxta çıxartmaq istədiyi kiçik oğlu Yusif içərək öldü. Qadının ağlına gəlməyən bu hadisə onun şok keçirməsinə səbəb oldu. Yaşadığı şokla eyni şərbəti içərək intihar etdi.
Hadisələrdən bir müddət sonra da Sultan Yaqub eyni aqibətə uğradı. Beləliklə, 1490-cı ilin payız və qışı bir xanədanın üç üzvünün ölümü ilə nəticələndi.
Ağqoyunlu sarayında baş verən bu dramatik hadisə təkcə bir ailədaxili faciə deyil, həm də Türk dünyası tarixində saray içi mübarizələrin nə qədər dağıdıcı ola biləcəyinin real nümunəsidir.
Qarabağda baş verən bu sui-qəsd hadisəsi Türk dövlətçilik tarixində gücün ailədaxili bölüşdürülməsində hansı faciələrə yol aça biləcəyini göstərməklə yanaşı, orta əsr Avrasiya coğrafiyasında – Çin, Hindistan, İberiya və İslam dünyası daxil olmaqla – zəhərin həm gizli ticarət vasitəsi, həm də siyasi silah kimi istifadə olunduğunu aydın şəkildə ortaya qoyur.
Bu hadisələr həm də Türk siyasi mədəniyyətində qadınların saray siyasətinə birbaşa təsir gücünü, onların bəzən imperiyanın taleyini dəyişdirəcək qədər mühüm rollar oynadığını sübut edir.
Səlcuqşah bəyimin şəxsi ehtirası nəticəsində Bayandurlu dövlətinin üç üzvünün qısa müddətdə aradan çıxarılması və dövlətin süquta doğru getməsi, Türk tarixində sülalədaxili intriqaların nə qədər dərin nəticələr doğura biləcəyini bir daha nümayiş etdirir.
Eyni zamanda bu hadisə göstərir ki, zəhər və zəhərlənmə faktoru sadəcə fərdi cinayət vasitəsi olmayıb, bütöv sülalələrin, hətta dövlətlərin taleyini dəyişdirə biləcək qədər təhlükəli və təsirli bir alət olmuşdur.
Bu baxımdan, Türk dünyasının tarixi yalnız qılınc və qələbələrlə deyil, eyni zamanda görünməyən savaş vasitələri – xəyanət, zəhər, saray planları ilə də yazılmışdır.
Tarixi öyrənmək təkcə keçmişi bilmək deyil, həm də gələcək dövlətçilik modelləri üçün dərs çıxarmaq deməkdir. Ağqoyunlu örnəyi bu mənada Türk dünyasının gələcək siyasi iradəsi üçün həm xəbərdarlıq, həm də ciddi bir tarix dərsidir.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Demokratiya və Qadın Təşəbbüsləri" İctimai Birliyi tərəfindən icra olunan “Keçmişin kölgələri – Türk dünyası tarixinin müqayisəli təhlili” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Tarixçi : Əkbər Nəcəf
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Şagird dəm qazından boğulub öldü
7 yanvar 2026 21:06
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
5 yanvar 2026 12:16
- 2025-ci ildə Azərbaycana 50.000 ( ƏLLİ MİN ) TON PALMA YAĞI gətirilib
2 yanvar 2026 11:38
- Polad Həşimovun doğum günüdür
2 yanvar 2026 11:07
- QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı
29 dekabr 2025 17:38
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 2025 10:26
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...
08 yanvar 13:38
- Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
08 yanvar 13:32
- 162 min manatlıq ziyan ödəndi, cinayət işinə xitam verildi
08 yanvar 12:44
- Nazir onu agentlik sədri təyin etdi
08 yanvar 12:34
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
07 yanvar 21:33
- Şagird dəm qazından boğulub öldü
07 yanvar 21:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
07 yanvar 20:57
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
