Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barədə aparılan istintaq çərçivəsində yeni adların üzə çıxdığı iddia olunur. Etibarlı, lakin hələlik rəsmi təsdiqlənməmiş mənbələrin məlumatına görə, istintaq orqanları Mehdiyevin ətrafında formalaşdığı iddia edilən siyasi dairənin strukturu və üzvlərini araşdırır. Həmin dairədə ən diqqət çəkən şəxslərdən birinin də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov olduğu bildirilir. Bəzi iddialara görə o, Mehdiyevin xəyanət kadrosunun İKİNCİ SİMAsıdır.
Məlumatlara əsasən, Mehdiyevin barəsində irəli sürülən “dövlət çevrilişinə cəhd”, “dövlətə xəyanət”, habelə “külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılması” kimi ağır ittihamlar çərçivəsində aparılan araşdırmalar, təkcə onun şəxsi fəaliyyətini deyil, eyni zamanda mümkün təşkilatlanmış qrup modelini də araşdırmağa yönəlib. Hüquq mühafizə orqanlarının versiyasına görə, belə ittihamlar tək nəfərlə həyata keçirilə bilməz, bu isə ətrafda koordinasiyalı siyasi şəbəkənin mövcudluğu ehtimalını gücləndirir.
İddia edilən “Dövlət Şurası” modeli
İstintaq materiallarında yer alan və mətbuata sızan sənədlərdə, Ramiz Mehdiyevin ölkədə yeni idarəçilik modeli – Prezidentlik institutunun zəiflədilməsi və 7 il müddətinə fəaliyyət göstərəcək “Dövlət Şurası”nın yaradılması layihəsini hazırladığı göstərilir. Sənədlərdə bu şurada 50 nəfərlik tərkibin formalaşdırılması nəzərdə tutulurdu.
Mənbələrin Musavat.com-a bildirdiyinə görə, Oqtay Əsədovun adı həmin potensial siyahıda “ikinci ən önəmli fiqur” kimi keçir.
Bu məlumat rəsmi strukturlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.
Oqtay Əsədov – Moskva körpüsü
Azərbaycan informasiya məkanında artıq uzun müddətdir ki, Oqtay Əsədovun Rusiyada geniş biznes şəbəkəsinə malik olduğu ilə bağlı məlumatlar yayılır. Bu iddialara görə, keçmiş spikerin Rusiya inşaat sektoru, enerji və logistika dairələri ilə sıx əlaqələri mövcuddur və bu əlaqələr onun Moskva siyasi dairələrində tanınmasına səbəb olub.
Həmçinin mediada, Əsədovun ailə üzvlərinin də Moskva və Sankt-Peterburqda müxtəlif kommersiya layihələri idarə etdiyi qeyd edilir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, ictimai-siyasi diskursda geniş müzakirə mövzusu olaraq qalır. İddialar Əsədovlar ailəsi tərəfindən təkzib olunmayıb.

Əsabil Qasımov
Musavat.com-a daxil olan başqa məlumatlara görə, Mehdiyev şəbəkəsində adı çəkilən digər fiqurlardan biri də iş adamı və sabiq deputat Əsabil Qasımovdur. Onun da Rusiyada olduqca geniş maliyyə fəaliyyətinə malik olduğu bildirilir. Bu məsələ ilə bağlı növbəti yazılarda daha geniş məlumat təqdim olunacaq.
Hazırda rəsmi strukturlar nə Oqtay Əsədov, nə də sadalanan digər şəxslərlə bağlı istintaq tədbirlərinə dair açıqlama vermir. Lakin Mehdiyevin özünün və ailə üzvlərinin yayılmış məlumatları təkzib etməməsi, hüquqi müdafiə komandasının isə tam susqunluq mövqeyi tutması prosesin ciddiliyini təsdiqləyir. Müşahidəçilər bildirirlər ki, gələn həftədən – bayram tətili başa çatdıqdan sonra – istintaqın yeni mərhələyə keçməsi və sensasiyalı həbslərin baş verməsi ehtimalı yüksəkdir.

Sonda Musavat.com obyektivlik naminə bildirir ki, Oqtay Əsədovun siyasi yolu Ramiz Mehdiyevlə münasibətlərində müxtəlif mərhələlərdən keçib. 2005-ci ildə spiker seçildiyi ilk illərdə Əsədov, Prezident Administrasiyasının rəhbəri olmasına baxmayaraq, Ramiz Mehdiyevi “saymamış”, onun kabinetə çağırılma tələblərini qəbul etməmiş və siyasi davranışda müstəqil mövqe nümayiş etdirmişdi. Lakin sonrakı illərdə münasibətlər tədricən yaxınlaşmış, xüsusilə 2020-ci ildə spikerlikdən ayrıldıqdan sonra Əsədov Elmlər Akademiyasının prezidenti vəzifəsini daşıyan Mehdiyevlə tez-tez görüşməyə başlamış, Akademiyanın binasında dəfələrlə onun kabinetinə getmişdir. İddialara görə, məhz həmin dövr ərzində iki fiqur arasında siyasi koordinasiya xətti formalaşıb.
Oqtay Əsədov 1955-ci ildə anadan olub, su və sənaye-kommunal təsərrüfatı sektorunda fəaliyyət göstərib, uzun müddət “Azərsu” ASC-nin rəhbəri vəzifəsində çalışıb. 2005-ci ildən 2020-ci ilədək Milli Məclisin sədri olub. Onun siyasi karyerası boyunca “texnokrat” və “şəbəkə qurucusu olmayan fiqur” kimi təqdim edilməsi indi istintaq iddiaları fonunda yenidən qiymətləndirilir.
- Onun general pensiyası da kəsildi
31 mart 2026 20:57
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
