Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
Şahnaz ŞAHİN
Yayı əməlli-başlı problemlərlə başa vurdum. Dərd-bəla, ağrı acı onsuz da xəbərsiz gəlir həyatımıza, düzdür, xırda-xuruş mesajlar verir, di gəl ki, insan övladı buna ciddi yanaşmır. Öz-özünə keçəcəyini düşünməklə ilk yanlışa imzasını atır. O da gedib güc toplayır, topunu, tüfəngini də götürüb gecənin birində hücum çəkir üstünə...
Yayın qonaq-qarası da çox olur axı, o da ola ürək dayandıran istilərdə həyətində növbənöv ağacları, bol suyu, rəngbərəng gül-çiçəklərilə havaya sərinlik qatan kənd. Elə mən də yay girəndən bilgisayarımın qapağını bağlayıb qoydum bir kənara. Başım ev, məişət qayğıları, əziz qonaqlarımla elə qarışdı ki, bir də gördüm payız kəsdirib qapının ağzını. Üstəlik, qəfil başlayan ağrılar da qısnadı məni divara. Divardan o yana da ki, yol nə gəzir!..
Özümə gələndə isə bağımızda gülöyşə nar qızarmış, heyva saralmışdı. Günəşin al şəfəqləri ağadayı və keçiməməsi üzüm salxımlarının iri, kəhraba kimi sapsarı gilələrində bərq vururdu. Arılar, quşlar da bir-birinə aman vermədən hərə öz ruzi payının dalınca uçurdu...
Şahtut da çoxdan solub, atlas kimi par-par yanan o yaşıl yarpaqlardan nişanə də qalmayıb, xəzəl olub kağız pul kimi səpələnib hər tərəfə...
Can ağrılarından danışırdım axı, sayəsində canını dişinə tutmaq havasına kökləndim. Ağrılarla oynamağı da, birlikdə yaşamağı, ağlayıb gülməyi də, qalib gəlməyin yollarını da öyrəndim. Hətta gecələr şairlərin sevgidən yazdığı vaxtlar mən ağrılarıma dəm tutmağı vərdişə çevirdim...
İçəridən baxanda çöldəki azadlıq həmişə gözəl görünüb, halbuki elə dünən sən özün də o azadlığın qoynunda rahat və xoşbəxtcəsinə xumarlanırdın. İndisə sağlamlığın bir zərbəyə uçub dağılan divarları arasında vurnuxursan. İndi çox şey sənin iradənə və intizamının gücünə bağlıdı bir az da, afrikalılar demiş, hörümçək torları birləşsələr, hətta şiri də tutarlar!..
...Üstümə aldığım mənəvi və fiziki yorğunluğu, canımda yığılan neqativ gücü atmaqdan ötrü psixoloqların söylədiyi, özümün də oxuyub bildiyim bir neçə mantra və ritualları etsəm də, nəticəsi olmadı. Özümün ruh halımı yüksəltməkçün söylədiyim "mən enerjiliyəm, mən ruhlanmışam, güclüyəm..." və s. söz və ifadələr sanki daşa dəyib geri qayıdırdı. O zaman qısa müddətli də olsa məkan dəyişdirmək, bir neçə gün özümlə baş-başa qalmaq qərarına gəldim. İlk fikrimdən keçən yer Şabran İstirahət Mərkəzi oldu. Həm də "Heç olmasa ildə bir dəfə təkbaşına səyahətə çıx", deyiminə sadiq qalaraq səfərə hazırlaşdım...
Bakıdan təxminən saat yarımlıq bir məsafədə yerləşən bu istirahət mərkəzi Şabran rayonunun qədim Pirəbədil kəndi meşəlik ərazisində müasir üslübda tikilmiş kiçik şəhərcikdir. Havası şəhərdən bir neçə dərəcə aşağı, sərin və olduqca təmizdir. Nəfəs aldıqca ciyərlərimin sonuncu alveolalarına qədər açılıb, havanı acgözlüklə özünə çəkdiyini hiss edirəm. Ərazi hər tərəfdən iyirmi dörd saat ciddi qoruma altındadır. Otelin qarşısında xüsusi geyimli işçilər qonağı qarşılayıb ona qeydiyyatdan keçməkdə və rezerv edilmiş kotecə yerləşməyə yardım edir.
Otelə daxil olandan adamı xoş ətir və ona uyğun həzin musiqi müşayiət edir. Bunlar artıq çoxdan Şabran istirahət mərkəzinin atributuna çevrilib. Bir anda səliqə-sahman, rahatlıq və dinclik adamı öz sehrinə salır. Qeydiyyatdan keçib otel əməkdaşının müşayətilə qalacağım kotecə yollanıram. Otağa daxil olanda yenə sevimli qoxu burnuma dolur...
Payız burada da özünün qızıl vaxtını yaşayır, xəzəllər xalı kimi döşənib çəmənin üstə, ayağını basmağa heyfin gəlir, bir daha əmin olursan ki, təbiət ən böyük rəssamdır. Onun təbii fırçası ilə dağlara, bağlara yeni nəfəs gəlir, hər fəslin öz bənzərsiz tablolarını yaradır...
Bağın dərinliyində qoyulmuş dəmir yelləncək də xəyalların yelləncəyidi sanki, axı insan qəlbinin də fəsilləri var, orada günəş, ay, səma və möcüzələr yatır... Kim ki, kainatın möcüzələrini kəşf edir, bir gün öz möcüzələrini də tapacaq. Təbiətin də, dünyanın da özünə məxsus ritmi, ahəngi var, bu qızıl ortadan uzaqlaşmaq olmaz, insan bu ritmlə mütləq uzlaşmalıdır, ritmdən çıxmaq heç birinə fayda verməz...
Sabah artıq istirahət vaxtım bitir və mən geri dönməliyəm. Mirzə Cəlil yazırdı ki, sözdən böyük yadigar yoxdur. Zira mal-mülk tələf olub gedir, söz qalır. Söz isə iki hissədən ibarətdir, bir yarısı deyənin, bir yarısı da dinləyənin.
Yazıya son nöqtəni qoyub pəncərin açıram, hava soyuyub, düşünürəm: Bir də bu payızdan olmayacaq ta...
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
6 dekabr 2025 21:37
- EVDƏN İŞLƏMƏK rəsmiləşir: Maaşlar belə hesablanacaq
6 dekabr 2025 03:10
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
6 dekabr 2025 01:02
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Dünya Riyaziyyat Olimpiadasının azərbaycanlı qalibini siz də tanıyın (FOTO)
2 dekabr 2025 10:04
- Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR
1 dekabr 2025 11:47
- Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI
30 noyabr 2025 09:43
- Mingəçevirdə dəfn edilən ALMAN HƏRBİ ƏSİRLƏRİN məzarları – VİDEO
30 noyabr 2025 00:38
- Ramiz Mehdiyev daha bir vəzifədən getdi
29 noyabr 2025 13:05
- Şara protokolu kənara qoyub Fidanı qucaqladı
07 dekabr 17:34
- Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan qadın saxlanıldı
07 dekabr 17:17
- Prezident devrildi – Hərbçilər hakimiyyəti ələ keçirdilər
07 dekabr 16:18
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
07 dekabr 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
07 dekabr 13:35
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
07 dekabr 11:41
- 107 yaşlı Azərbaycan Parlamenti - müsəlman dünyasında ilk
07 dekabr 00:35
- Ağdamda Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edildi - Fotolar
06 dekabr 23:47
- Tramp İlham Əliyevə təşəkkür etdi
06 dekabr 21:47
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
06 dekabr 21:33
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
06 dekabr 14:03
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
06 dekabr 12:50
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
06 dekabr 12:32
- İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndərdi
06 dekabr 12:17
- EVDƏN İŞLƏMƏK rəsmiləşir: Maaşlar belə hesablanacaq
06 dekabr 03:10
- Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir - Nəriman Nərimanovun oğluna məktubu
06 dekabr 01:02
- Yanğında ölənlərdən ən kiçiyinin 6 yaşı olub... - Fotolar
06 dekabr 00:14
- DƏRİN DÖVLƏT - lə mübarizə aparacağını açıqladı
05 dekabr 21:59
- 1 tondan çox at ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - Video
05 dekabr 21:07
- 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq (SƏRƏNCAM)
05 dekabr 20:53
- Lökbatanda dəhşətli yanğın: 4 nəfər ölüb, 2-si uşaqdır (YENİLƏNİB)
05 dekabr 11:16
- İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
05 dekabr 11:08
- Fridrix Merz və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət etdi
05 dekabr 00:00
- Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə - QƏRAR VERİLDİ
04 dekabr 21:43
- AzerGold-un Müşahidə Şurasının tərkibi yeniləndi
04 dekabr 20:07
- Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu: Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
04 dekabr 19:59
- Yusif Məmmədəliyevin qızı Prezident İlham Əliyevə təşəkkür etdi
04 dekabr 14:11
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
04 dekabr 13:57
- Ramiz Mehdiyevin AKADEMİK adı ƏLİNDƏN ALINACAQ
04 dekabr 13:10
- Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi (FOTO)
04 dekabr 13:03
