Daşaltı əməliyyatından 34 il ötür
Cəmiyyət25 yanvar 2026 11:56
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 34 il ötür.
Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Qeyd edək ki, 30 ildən sonra 2023-cü ildə Şuşa rayonunun Daşaltı kəndində aşkarlanan kütləvi məzarlıqda aparılan araşdırmalar zamanı Milli Qəhrəman Riad Əhmədovun da nəşinin qalıqları tapılıb. Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vida və dəfn mərasimi keçirilib.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.
Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.
Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə Konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3 890 nəfər itkin düşüb. Onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1 480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1 102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.
Daşaltı kəndi ərazisində aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.
Oxşar xəbərlər
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 2025 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 2025 16:54
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
8 noyabr 2025 00:37
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
