Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB

Putinin anası təkgöz olub...- Çünki...- Diktatorun valideynləri haqda dəhşətli faktlar...
Rusiya diktatoru Putinin atası aqressiyadan əziyyət çəkib və gəncliyində gələcək həyat yoldaşının gözünü yaba ilə çıxarıb. Bundan sonra Vladimir(böyük) qurbanı ilə evlənmək məcburiyyətində qalıb, əks halda həbsxanaya düşəcəkdi.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu tarixçi-publisist Konstantin Skorkin və rusiyalı jurnalist Dmitri Nizovtsev “Facebook”da jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çarın özü” kitabından bir fraqmentə istinadla yazıblar.
Skorkin diktator Putinin lovğalanaraq guya atasını sərxoş halda görmədiyini və ondan bircə dəfə də olsun söyüş eşitmədiyini söylədiyini xatırladıb.
"Ola bilsin ki, gənc Volodya həqiqətən ailədə zorakılıqdan və nalayiq sözlərdən qorunub. Lakin oxucular Putinin anasının gəncliyindən təkgözlü olmasını da xatırlamalıdırlar, çünki gələcək Rusiya liderinin atası qəzəb içində onun digər gözünü yaba ilə çıxarıb", - Skorkin yazır.
Belə ki, 2002-ci ildə “Moskovski Komsomolets” qəzetindəkibir məqalədə təxminən 1928-ci ildə Tver vilayətinin kəndlərindən birində Vladimirin(ata) dostları ilə qonşu kənddən bir qızın yanına gəldiyi faciəli axşam haqqında məlumat verir.

"Amma Volodka (Putinin atası) tək deyil, dostları ilə gəlmişdi. Marusya (Putinin anası) onları içəri buraxmaq istəməyib və onlar hasarın yanındakı yabaları götürərək darvazanı sındırmağa başlayıblar. O, qorxub, evdən qaçıb və hasara sığınıb. Bu zaman Volodka (Putinin atası) yaba ilə hasarın həmin yerinə zərbə vurub və yabanın ucu düz Marusyanın gözünə batıb. Qısası Volodka təsadüfən qızın gözünü kor edib. Dərhal onu xəstəxanaya aparıb. Orada Marusyanın gözünü çıxarmağa məcbur olublar”, - deyə 2002-ci ildə Putinin həmkəndlisi, kənd sovetinin keçmiş sədri Anfisa Kormilitsına xatırlayıb.
Onun sözlərinə görə, bu hadisədən sonra qızın qohumları Putinin atasını onunla evlənməyə məcbur ediblər.
"O vaxtlar bir qız üçün biabırçılıq idi: qüsurlu qadınla kim evlənəcəkdi! Ona görə də Marusyanın anası Volodkanı hədələyib: ərə getməsən, səni məhkəməyə verəcəm. Odur ki, evləniblər! Marusya o zaman şüşə gözündən çox utanırdı, danışanda heç kəsin birbaşa üzünə baxmırdı, başını yana əyirdi. Sonra Volodka Leninqradda zavodda işə düzəlib və Marusya ilə oraya köçüblər”, - Putinlərin həmkəndlisi diktatorun valideynləri haqqında bunları danışıb..
Ailənin tarixçəsi gözəldir: evə hücum, darvazanın sökülməsi, çıxarılmış göz, məcburi evlilik (Marusyadan soruşan olubmu?). Daha bunlara nə əlavə edəsən?", -deyə jurnalist Nizovtsev qeyd edib.
Oxşar xəbərlər
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
- 51 yaşında tələbə oldu
3 sentyabr 2025 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
3 sentyabr 2025 02:18
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
2 sentyabr 2025 12:22
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
Xəbər lenti
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin CAVABI
03 sentyabr 11:13
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
- Ukraynadakı müharibədə 2000-ə yaxın Şimali koreyalı əsgər ölüb
02 sentyabr 12:22
- Tramp bu gün vacib açıqlama verəcək - Ağ Ev
02 sentyabr 11:57
Video & Fotoqalereya
Video
Fotoqalereya