Rusiyanın imperiya siyasəti açıq formaya keçir

Rusiyanın Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən azərbaycanlı ailələrə basqın,heç bir müqavimət göstərməyən insanların işgəncələrə məruz qalması və vəhşicəsinə qətlə yetirilməsi şıvinizmdən qaynaqlanan və azərbaycanlılara qarşı qəsdən törədilmiş terror hadisəsidir.
Rusiya Xarici İşlər Nazirliyinin ötən ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı verilən açıqlamalara bənzər absurd açıqlaması bir daha sübut edir ki, Yekaterinburqda törədilən insanlığa sığmayan bu vəhşilik Rusiya tərəfindən Azərbaycana qarşı yeridilən şovinist və ikiüzlü siyasətin tərkib
hissəsidir.
Əvvəlcədən planlaşdırlmış bu cür anti-Azərbaycan tədbiləri Rusiyada azərbaycanlılara və digər türk, müsəlman xalqların nümayəndələrinə,qeyri-rus xalqlara qarşı aparılan şovinist, ayrı-seçkilik siyasəti əslində əsrlər boyu onun müxtəlif xalqlara qarşı həyata keçirilən və zəmanəmizin reallıq prizmasından baxdıqda bumeranq effekti verən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır.
Rusiyada miqrantlara,xüsusilə də azərbaycanlılara qarşı artan təzyiqlər insan haqlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də artıq sistematik xarakter almış etnik ayrı-seçkilik siyasətin qətlamlarla müşayət olunmağa başlaması, onun çox təhlükəli həddə çatdığını göstərir.Bütün bunlar ötən ilin dekabrında təyyarə qəzasından sonra Rusiyanın nümayiş etdirdiyi saymazlıq və Azərbaycan tərəfinə göstərilən təzyiqlər nəticəsində onsuz da korlanmış Rusiya-Azərbaycan münasibərlərini daha da pisləşdirir.
Azərbacan Xarici İşlər Nazirliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlılara qarşı törətdiyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib.Biz də törədilən bu işgəncə faktlarını, 5 nəfərin vəhşicəsinə qətlə yetirilməsini nifrət və şiddətlə pisləyirik.Azərbaycan cəmiyyətində dərin hiddət və ciddi narahatçılıq doğuran bu hadisələr əslində insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir.Əgər Rusiya tərəfi azərbaycanlılara qarşı qanlı OMON hucumunu və qətlamı rəsmi siyasətinin tərkib hissəsi kimi sifariş əsasında həyata keçirildiyini qəbul etmirsə, onda dərhal üzr istəməli və iki ölkə arasında bağlanmış müqavilələrin və beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edilərək hərtərəfli və obyektiv araşdırılmalı,qətlamın sifarışçiləri,icraçıları,bütün iştirakılıarı cinayət məsuliyyətinə cəlb olunmalı, cazalandırılmalı və açıq-aydın etnik xarakterli bu cür hadisələrin digər soydaşlarımıza münasibətdə belə dəhşətli hadisələrinn təkrarlanmasının qarşısının alınmasına nail olmaqdan ötrü təxirəsalınmaz sistemli tədbirlər görülməlidir.
Bu vəhşi qətl nəticəsində dünyasını dəyişmiş soydaşlarımızın böyük faciə yaşayan ailələrinə,yaxınlarına dərin hüznlə baş sağlığı verir,Tanrıdan rəhmət diləyirik.
Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Əli Məsimli
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 2025 23:18
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 2025 23:39
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Rusiyada azərbaycanlı bloqer axtarışa verildi
28 iyul 2025 11:32
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
27 iyul 2025 12:35
- Ukrayna və Rusiya, demək olar ki, Zelenski-Putin görüşü haqda razılığa gəldi...
26 iyul 2025 18:19
- Ruslar çərkəzləri yox etdilər, indi də yollarını kəsirlər – Tanınmış araşdırmaçı Rusiya ilə bağlı tarixi faktları açıqladı
26 iyul 2025 00:07
- Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
24 iyul 2025 12:29
- Tofiq Zülfüqarovdan xəbərdarlıq: Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…
23 iyul 2025 10:09
- Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı
23 iyul 2025 01:24
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
02 avqust 02:28
- Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu
02 avqust 00:25
- 36 ZƏLİ tutdular, 3000 CƏRİMƏ ödəyəcəklər
01 avqust 22:56
- Prezident nekroloq imzaladı
01 avqust 15:18
- İki dövlətin SƏRHƏD-inin EVLƏRİN içindən keçdiyi şəhər
01 avqust 10:03
- 31 yaşlı KÖRPƏ - 31 İI ƏVVƏL DONDURULMUŞ SPERMA-dan UŞAQ doğuldu
01 avqust 09:15
- SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi
01 avqust 08:52
- Mən Bakıda olanda ÖZÜMÜ...
01 avqust 08:06
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
01 avqust 01:23
- Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü
31 iyul 23:29
- Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
31 iyul 22:00
- Azərbaycanlı idmançı faciəli şəkildə həlak oldu (FOTO)
31 iyul 21:52
- Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir - Pezeşkian
31 iyul 20:44
- Xıdırlıya növbəti köç karvanı yola salındı - FOTOLAR
31 iyul 08:23
- Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
31 iyul 02:25
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 00:07
- Vəzir kötücəsinin Afrikada qətli – 7 il öncə bu gün VAQNER jurnalist Orxan Camalı öldürüb
30 iyul 23:18
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 23:08
- katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
30 iyul 22:46
- ABŞ Rusiyadan bu adanı 15 MİLYARDA almaq istəyir : MƏQSƏD NƏDİR ?
30 iyul 22:39
- Narinin anasının həbsxanadakı son halı - tanınmaz halda - FOTO
30 iyul 22:05
- Prezident Mərakeş Kralını təbrik etdi
30 iyul 12:42
- Xuliqanlıq edən Azərbaycan idmançısına CƏZA- ELEKTRON QOLBAQ
30 iyul 12:26
- Van Dammın azərbaycanlı gəlini Bakıda - FOTOLAR
30 iyul 10:55
- Doğma yurdlarına qayıdırlar - Fotolar
30 iyul 10:24
- Sərdar Cəlaloğlu məhkəməyə verildi
30 iyul 09:57
- Yeni səfir Bakıya gəldi
30 iyul 09:39
- Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
30 iyul 01:39
- Rusiya Dövlət Dumasının deputatı BURYATLARI təhqir etdi
29 iyul 23:39
- Ermənistan PREZİDENTİ Zəngəzur dəhlizindən DANIŞDI
29 iyul 23:31