icra başçısı "Facebook"da: “Mənim buna ixtiyarım yoxdurmu?”
Mədəniyyət26 oktyabr 2018 14:26

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: "Eks-nazir həbs olunur”, "eks-başçının sonu yaxınlaşdı”, "sabiq başçının villaları üzə çıxdı” və s.
Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən...
Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayevkimi...
Maraqlıdır ki, əksər kreslo ilə vidalaşanlardan fərqli olaraq, V.Abdullayev mətbuatdan qaçmır. Hətta bu günlərdə "Facebook” sosial şəbəkəsində profil açaraq, "mən də sizlərdən biriyəm” mesajını verdi. Sabiq başçının postu ilə vidalaşdıqdan dərhal sonra sosial şəbəkələrdə görünməsi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və əksəriyyətin qınağına tuş gəldi.
"Bu dünyada heç nə əbədi deyil”
Modern.az sabiq icra başçısından açıqlama alıb. Hazırda Bakıda yaşayan Vaqif Abdullayev dünyadakı heç bir şeyin, o cümlədən vəzifənin daimi olmadığını bildirir:
"İstər siz olun, istər biz olaq, nədənsə vəzifə deyəndə hamı nazir, başçı və s. düşünür. Amma nəzərə alaq ki, hamı kimliyindən asılı olmayaraq bir vətəndaşlıq vəzifəsi daşıyır”.
Sabiq başçı hələlik dincəldiyini diqqətə çatdırıb: "Bundan sonra elmi işlərimlə məşğul olacam”.
Vəzifədən gedənlərin böyük əksəriyyətinin elmi işlə məşğul olmağa başlaması ənənənəsini xatırlatdıqda və bunun səbəbini soruşduqda, keçmiş məmurub cavabı belə olub:
"Digərləri özü bilər. Amma mən elmlər doktoru, professoram, kitablarım, məqalələrim başçı olana kimi var idi. Bundan sonra da olacaq”.
"Elə bilirlər, başçısansa...”
V.Abdullayev sosial şəbəkə istifadəçisi olmasını müasir dövrün tələblərilə bağlayır:
"Mənim keçmişim, yazılarım, elmi işlərim var. Bir şəkildə bunları ictimaiyyətə çatdırmalıyam. Mənim buna ixtiyarım yoxdurmu? İndiki gənclər mənim elmi fəaliyyətim barədə məlumatsızdırlar. Sosial şəbəkə vasitəsilə bunları insanlara çatdırmağa çalışacam. Bizdə belə bir tendensiya var, fikirləşirlər ki, əgər bu adam başçı olubsa, deməli elm adamı deyil. Əslində elə başçı elm adamı olmalıdır. Mən 1998-ci ildən 2007-ci ilədək, hətta Milli Məclisin deputatı olanda da həm Dövlət İdarəçilik Akademiyasında, həm də Xarici Dillər Universitetində dərs demişəm. Mənim əsərlərim, məqalələrim hansısa gəncə maraqlı ola bilər. Mənim sosial şəbəkəyə gəlməyimdə qeyri-adi nə isə axtarmaq lazım deyil. Yaşım o dərəcədə də çox deyil ki, bir kənara çəkilib oturam. Mən elm adamıyam, ona görə də bunu davam etdirməliyəm. Bildiyiniz kimi, elmlər doktoru, professora yaş məhdudiyyəti yoxdur. İstənilən kafedrada işləyə bilər. İnşallah, daha ətraflı müsahibədə danışarıq”.
Qeyd edək ki, Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.
1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alıb.
2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib.
1992-1994-cü illərdə Prezidentin İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. İkinci çağırış Milli Məclisinin deputatı olub.
2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinə başçılıq edib.
Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli "Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.
Ölkə başçısının sərəncamı ilə 5 oktyabr 2018-ci il trixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ailəlidir, 5 övladı, 10 nəvəsi var.
Oxşar xəbərlər
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- TƏBİB-in xanım işçisi bıçaqlandı
6 oktyabr 2025 23:12
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- 16 İLDİR Şuşanın icra başçısı işləyən Bayram Səfərov NƏHAYƏT GÖRÜNDÜ - Fotolar
5 oktyabr 2025 16:13
- Noutbukunuz PARTLAYA bilər: 90 faiz bu səhvi edir
5 oktyabr 2025 16:02
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
4 oktyabr 2025 18:13
- Elçin Şıxlının doğum günüdür - T Ə B R İ K
4 oktyabr 2025 12:37
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
2 oktyabr 2025 17:54
Xəbər lenti
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
Video & Fotoqalereya
Video
Fotoqalereya