Onlar bu cür vəhşiliklərlə xalqımızı qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdılar
“Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 33 il ötür. Baxmayaraq ki, bu faciənin üzərindən illər keçib, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Xocalı soyqırımı hər şeydən öncə öz miqyas və amansızlığına görə diqqət çəkir:
Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda, bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq.
Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz milli mənsubiyyətlərinə görə tamamilə məhv etmək niyyəti ilə törədilib.
Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmişdir. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.
Bu bir reallıqdır ki, bu millətin adlandırdığı bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.
Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır.
Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi, bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.
Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.
Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq.
Bu faciənin qurbanı olmuş günahsız insanları dərin hörmət və ehtiramla yad edir, Allahdan sonsuz rəhmət diləyirik”.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
