Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.
Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib.
“Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov onları ailə kimi qəbul edib, hətta Fidanı gəlini, Nil adlı qızcığazı isə nəvəsi kimi tanıdığını göstərən çoxsaylı foto və videogörüntülər mövcuddur.
Lakin Fidan Abbasovanın dediyinə görə, münasibətlər qısa müddət ərzində kəskin şəkildə pozulub. Səbəb isə daha bir övladın dünyaya gələcəyi xəbəri olub. Müraciətdə qeyd edilir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadənin təzyiqi altında ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu hadisədən sonra tərəflər arasında münasibət tam qırılıb.
Fidan Abbasova qızının hüquqlarını qorumaq üçün Sabunçu Rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi” tələbi ilə müraciət edib. Lakin aldadılıb: “Məni notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsini imzalatdırdılar. Mən heç vaxt məhkəmədən imtina etməmişdim”.
Bu epizodla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.
Məhkəmə prosesi yenidən başlanandan sonra Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edib. Hər dəfə Orxan İsmayılzadə və vəkilinə rəsmi bildiriş göndərilsə də, Orxan ekspertizadan yayınaraq iştirak etməyib. Nəticədə məhkəmə Fidan Abbasovanın iddiasını təmin edib, Nilin atasının Orxan İsmayılzadə olması məhkəmə qərarı əsasında tanınıb, müvafiq olaraq azyaşlının sənədlərində atası qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə sözləri yazılıb.
Orxan İsmayılzadə qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 5-ci ekspertizanın keçirilməsinə qərar verib. Lakin şikayətçi bildirir ki, bu dəfə də Orxan İsmayılzadə prosesə qatılmayıb və məhkəmə ikinci instansiyada da iddiaçı Fidan Abbasovanın xeyrinə qərar çıxarıb.

Fidan Abbasovanın müraciətində ən kəskin ittihamlardan biri Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyevə yönəlib. O iddia edir ki, vəkil əvvəlcə ona iddiadan imtina etməsi üçün pul təklif edib, daha sonra isə açıq hədə-qorxu gəlib: “Dedi ki, Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.
Fidan Abbasovanın sözlərinə görə, elə belə də olub. Orxan İsmayılzadənin kasasiya şikayəti əsasında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin onun xeyrinə olan qərarını ləğv edib. Səbəb kimi guya ekspertiza barədə bildirişin cavabdeh tərəfə çatdırılmaması göstərilib.
Fidan Abbasova isə bildirir ki, bütün bildirişlər iş materiallarında var, üstəlik, ekspertizanın birində onların iştirakı da olub: “5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır - bu da qaranlıqdır”.
Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır.
![]()
Şikayətçi qeyd edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə prosesin bilərəkdən uzadılacağını açıq şəkildə etiraf edirlər: “Deyirlər ki, məsuliyyətdən yayındırmaq üçün nə lazımdırsa edəcəklər”.
Fidan Abbasova bildirir ki, bütün bu proses bir ana və azyaşlı uşağın hüquqlarını tapdayır və artıq dözümlü olmaq mümkün deyil.
O, Prezident Administrasiyasına ünvanladığı müraciətdə işin əsassız uzadılmasının dayandırılması; atalığın müəyyən edilməsi barədə işin qanuni, ədalətli araşdırılması; qızının hüquqlarının təmin edilməsini istəyir.
Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Tramp: İranı bir gündə silərəm
12 aprel 2026 23:05
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 2026 19:53
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
9 aprel 2026 22:43
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
