
Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
SiyasətBu gün, 12:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.
Qaynarinfo xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.
Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.
"Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verdi. Bildirildi ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. "Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan "Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
"Bakı Karton və Qutu Fabriki" MMC-nin rəhbəri Kamran Salmanlı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən "Bakı Karton və Qutu Fabriki" MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunur.

Oxşar xəbərlər
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Prezident İsrailin xarici işlər nazirini qəbul etdi
26 yanvar 2026 10:40
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 2026 20:19
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 2026 16:11
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 2026 17:30
- Prezident və birinci xanım Sürixə getdi (FOTO)
19 yanvar 2026 16:53
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 2026 18:10
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
Xəbər lenti
- GƏRGİN DEBAT: Pənah Hüseynlə Nemət Pənahlının SÖZ DUELİ – Elçibəy, 20 yanvar, İran mövzusu....
27 yanvar 14:39
- Azərbaycan xaricdən BİRİ 8658 MANATA İNƏKLƏR ALIB
27 yanvar 12:29
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 12:16
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 11:44
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 11:36
- Bu gündən məktəblərin qış tətili başlayır
27 yanvar 11:22
- Elektron siqaretlərlə bağlı qadağa təsdiqləndi
26 yanvar 20:22
- İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib
26 yanvar 12:47
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 12:38
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 11:06
- İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib
26 yanvar 10:52
- Prezident İsrailin xarici işlər nazirini qəbul etdi
26 yanvar 10:40
- Fərəh Pəhləvi İranda ölənlərdən danışdı
25 yanvar 22:20
- Generalın yerinə gələn Arzu Yusifova işdən çıxarıldı
25 yanvar 21:48
- Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...
25 yanvar 20:18
- Bakıda məşhur restoran işçilərin maaşını vermir? (VİDEO)
25 yanvar 14:42
- 15 yaşadək uşaqlara sosial şəbəkələr qadağası
25 yanvar 13:52
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 13:12
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 12:11
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 11:56
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 16:15
- Tramp İlham Əliyevə təşəkkür etdi
24 yanvar 16:11
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 14:17
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 13:01
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 17:09
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 16:58
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 16:49
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 16:43
- Keçmiş vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi - Qadın 20 min manat əlavə ziyana düşdü
19 yanvar 17:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
