Ramanada Ramiz Mehdiyevin 32 hektar bağı əlindən alındı
Şabranda bağların ələ keçirilməsi cinayətləri araşdırılacaqmı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə bağlı növbəti diqqətçəkən iddia gündəmə gəlib. Məlumata görə, onun Ramanı qəsəbəsində yerləşən geniş əraziyə malik bağı artıq əlindən alınıb. İddialara əsasən, ümumi sahəsi 32 hektar olan bu ərazi uzun illər ərzində Mehdiyev, oğlu və həyat yoldaşı tərəfindən kənd təsərrüfatı məqsədilə icarəyə götürülüb. Bildirilir ki, həmin torpaq sahəsinə görə ailə üzvləri uzun müddət dövlət büdcəsindən subsidiya da alıblar.

Musavat.com "tribuna.info" mənbələrinə istinadla yazır ki, sözügedən ərazidə bir neçə villa, eləcə də Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva tərəfindən salınmış ekzotik gül sahələri, zeytun və badam bağları mövcud olub. Bundan əlavə, ərazidə heyvandarlıq təsərrüfatı – inək və keçi fermalarının da fəaliyyət göstərdiyi bildirilir. Əsas diqqətçəkən məqam isə odur ki, bələdiyyə ilə bağlanmış 99 illik icarə müqaviləsinə bu həftənin əvvəlində xitam verildiyi iddia olunur. Məlumata görə, torpağın bir hissəsində yeni badam bağlarının salınması və mövcud sahələrlə birləşdirilməsi planlaşdırılır. Digər hissədə isə Ramanı sakinləri üçün ictimai parkın yaradılması nəzərdə tutulur. Ramiz Mehdiyev ilə bağlı iddialar təkcə Ramanıdakı bağla məhdudlaşmır. Şimal bölgəsində – xüsusilə Şabran rayonunda baş verən hadisələr bu ailə ətrafında illərlə formalaşmış daha geniş təsir və mülkiyyət mübahisələrini üzə çıxarır. Məsələ ondadır ki, Ramiz Mehdiyevin kürəkəni – sabiq deputat İlham Əliyev Şabran sakini, sahibkar Mansur İbrahimovun illərdir ki, torpaq və biznesini zəbt edib. Mansur İbrahimova məxsus meyvə bağları müxtəlif yollarla əlindən alınıb və başqa təsərrüfatlara qatılıb. Onun sözlərinə görə, 2011-ci ildən başlayan “şəriklik” münasibəti qısa müddətdə faktiki olaraq mülkiyyətin itirilməsi ilə nəticələnib. Sahibkar bildirir ki, ilkin razılaşmaya görə sərmayə qoyulmalı olsa da, əksinə, o, idarəetmədən kənarlaşdırılıb və “sıfırdan qurduğu şirkət” əlindən çıxıb.

Mübahisənin mərkəzində onlarla hektar torpaq dayanır. Mansur İbrahimova məxsus 52 hektar bağ sahəsi başqa təsərrüfatın – “TurAZ” MMC-nin ümumi torpaq fonduna qatılaraq faktiki şəkildə zəbt olunub. Bu məsələ ilə bağlı məhkəmə çəkişmələri illərlə davam edib. Nəhayət, məhkəmələrdən birində sahibkarın xeyrinə qərar çıxarılaraq həmin torpaq sahəsinin geri qaytarılması tələb olunub. Digər epizodda isə daha konkret nəticə qeydə alınıb. Ali Məhkəmə instansiyasında baxılan iş üzrə 26,67 hektar bağ sahəsinin sahibkara qaytarılması barədə qərar qüvvədə saxlanılıb. Bu qərar, mediada “illərlə davam edən torpaq qalmaqalına son” kimi təqdim edilsə də, məsələ bununla bitmir. Mansur İbrahimov bildirir ki, ümumilikdə daha böyük – 80 hektara yaxın ərazi üzrə hüquqları pozulub və mübarizə hələ də davam edir. Sahibkarın deyir ki, torpaqların ələ keçirilməsi prosesində İlham Əliyev həm deputat statusundan, həm də qayınatası Ramiz Mehdiyevin yüksək vəzifəsindən yararlanıb.
Beləliklə, Ramanıdakı 32 hektarlıq bağın əlindən alınması ilə bağlı yayılan son məlumatlar fonunda Şabrandakı hadisələr bu ailənin torpaq və biznes aktivləri ətrafında daha geniş suallar doğurur. Bir tərəfdə dövlət subsidiyalarının vəzifədən sui-istifadə edilməklə mənimsənilməsi, digər tərəfdə isə sahibkarların əmlaklarını vəzifədən sui-istifadə etməklə ələ keçirilməsi halları ortadadır. Bu faktlar hələlik rəsmi qurumlar tərəfindən tam şəkildə təsdiqlənməsə də, məhkəmə qərarları və illərlə davam edən çəkişmələr göstərir ki, məsələ tək bir bağın taleyi deyil, sistemli və uzunmüddətli qanunsuz, əksər hallarda cinayətə bərbər hadisələrin nəticəsidir.
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Banklardan SOYĞUNÇULUQ - Faizlər görün NEÇƏ DƏFƏ ARTIB
18 aprel 2026 12:36
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
