Əbilixoz Qarayevin Rusiyada balıq biznesi - 103 MİLYON ...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 103 milyon 671 min rubl (1 milyon 382 min dollar) gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev 2023-cü ilin may ayında Rusiyada "Korporasiya ÇE” (ООО "Корпорация ЧЕ” – ИНН: 7725322819) adlı şirkətin 50 faizlik payını satın alaraq, iki təsisçidən biri olub.
"Korporasiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı, Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Qeyd edək ki, "Korporasiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra hüquqi ünvan Moskva şəhəri, Dnepropetrovskaya, ev 3, korpus 5, mənzil 3/1 ünvanına dəyişdirilib.
Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla, digər ərzaq məhsullarının topdan satışı daxildir.
Məlumat üçün bildirək ki, "Korporasiya ÇE” şirkətinin 2024-cü ildəki ümumi gəlirləri 146 milyon 636 min rubl (1 milyon 585 min dollar) olub. Bir il əvvəl – 2023-ci ildə şirkətin gəlirləri 106 milyon 521 min rubl, 2022-ci ildə isə cəmi 554 min rubl təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra gəlirlər 192 dəfə artıb.
Onu da bildirək ki, 2024-cü illə müqayisədə şirkətin gəlirlərində azalma olub.

Xatırladaq ki, 1994-cü ildən 2020-ci ilə qədər – 26 il nazir vəzifəsində çalışan Əbülfəs Qarayevin qızı Suad Maleki (Qarayeva) də uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.
Suad Malekinin yeganə təsisçisi olduğu "GALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatar küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.
Mətbuatda yayılan məlumatda bildirilir ki, "GALS” – sabiq nazirin özünün və ailə üzvlərinin adlarının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. "GALS” şirkətinin ötənilki gəlirləri 8,01 milyon rubl (106,8 min dollar), xalis mənfəəti isə 7 milyon 474 min rubl (99,6 min dollar) olub.
Oxşar xəbərlər
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 2026 19:59
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 2026 13:03
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
Xəbər lenti
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
