Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
Cəmiyyət23 aprel 2026 18:32
Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çırçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitətərfli və çoxtərəfli görüşləri,eləcə də Azərbaycan-Latviya biznes-forumu keçirilib.İki ölkənin prezidentləri müzakirə olunan məsələlər barədə mətbuata bəyanatla çıxış ediblər.
Hər iki dövlətin başçılarının bəyanatları göstərir ki,Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Latviya əlaqələrinin daha da genişlənməsinə, dərinləşməsinə,möhkəmləndirilməsinə və strateji xarakterinə dolğun məzmun verilməsinə xidmət edir.Azərbaycan Latviya münasibətləri qarşılıqlı hörmət və qarşılılı faydalı əməkdaşlıq prinsiplərinə söykənməklə, həmişə müsbət məcrada inkişaf edib.Hələ ötən əsrin əvvəllərində Azərbaycan-Latviya arasında siyasi, iqtisadi və mədəni təmaslar qurulub.Sovetlər Birliyinin tərkibində olanda da Azərbaycan Latviya münasibətləri xoşməramlı münasibətlər müstəvisində həmişə seçilib.SSRİ dağıldıqdan və dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni məzmunlu bir mərhələ başlayıb,siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz yeni müstəqil dövlətlər olaraq uğurlu inkişaf yoluna qədəm qoyub.
Latviya istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü və suverenliyinə,habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib.
Hazırda iki ölkənin dövlət başçıları, parlament, hökumət,nazirliklər və digər dövlət qurumları arasında sıx əməkdaşlıq mövcuddur. Həmçinin, ölkələrimiz arasında Avropa strukturları və digər beynəlxalq platformalarda da əməkdaşlıq həyata keçirilir.
2017-ci ildə Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edilib.Birgə Bəyannamədə tərəflər ikitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün Strateji Dialoq; ticarət mübadiləsi və sərmayələrin inkişafı üçün yeni imkanlar araşdırmaq,habelə digər prioritet sahələrdə ilkin əsaslandırma araşdırmaları aparmaq; təhlükəsizlik məsələləri üzrə mütəmadi məsləhətləşmələr keçirmək; təhsil, mədəniyyət, mədəni irs, elm və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.Tərəflər mədəniyyət, təhsil, elm, kütləvi informasiya vasitələri,səhiyyə, sosial xidmət, gənclər və idman sahələrində vətəndaşlar, xüsusilə də gənclər və onların birlikləri arasında əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirməyə niyyət ediblər.Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bu cür əhatəli Birgə Bəyannamənin qəbul edilməsindən sonra iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə adlayıb.
Azərbaycanla Latviya arasındakı münasibətlər çox yaxşı siyasi təməl üzərində,yüksək səviyyəli dialoq,dostluq, bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulduğundan,Latviya Prezidentinin aprelin 22-də Azərbaycana səfəri həm müzakirə edilən məsələlər mahiyyət baxımından hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir,həm də əhatə dairəsi baxımından çox perspektivli xarakter daşıyır. Latviya Prezidentinin bu səfəri Latviya ilə Azərbaycan arasında mövcud olan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə,bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq etdi.Səfər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi,Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra yaranan əlavə imkanlar kontekstində yeni istiqamətlərlə zənginləşdirilməsi,qlobal və regional təhlükəsizlik,eləcə də Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət,sülh gündəliyi,həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Pinkeviçs ilə görüşdən sonra mətbuata bəyanatında bildirib ki,Latviya prezidentinin bu səfəri “ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək,müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.”
Azərbaycan Latviya əməkdaşlığının inkişafında aparıcı rol oynayan yüksək səviyyəli siyasi dialoq və iqtisadi əməkdaşlığın hərtərəfli genişləndirilməsinə qarşılıqlı istəklər Azərbaycanla Latviya arasında daha sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradənin çox yüksək səviyyədə olduğunu göstərir.
Latviya həm Avropa İttifaqının,həm də NATO-nun üzvüdür. Azərbaycanın Latviya ilə əməkdaşlığının artan xətt alması ikitərəfli əlaqələrin genişləndirlməsinin qarşılıqlı faydaları ilə yanaşı,həm də o deməkdir ki,Azərbaycanın Avropa İttifaqı üçün,eləcə də təhlükəsizlik sahəsindəki əməkdaşlıq üçün əhəmiyyəti artır.
Azərbaycan bütün mümkün sahələr və istiqamtlərdə Latviya ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır.Eyni zamnda Latviya Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar və əldə olunun razılaşmalar göstərir ki,Azərbaycanla Latviya arasınadakı münasibətlərin strateji tərəfdaşlıq prinsipləri səviyyəsində inkişaf etdirilməsindən ötrü geniş imkanlar var.Onların arasında münasibətlərin 5 müstəvidə daha geniş planda inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və daha perspektivli xarakter daşıyır:
Birincisi, Azərbaycanla Latviya arasında çox yüksək səviyyədə förmalaşmış siyasi dialoqun davamlı olaraq dərinləşdirilməsi və bu sahədəki üstünlüklərin digər sahələrdə əməkdaşlığının genişləndirilməsinə təkanın gücləndirilməsi və təsirinin artırılması.
İkincisi,Azərbaycanın Latviya ilə 2016-2024-cü illər arasında ticarət dövriyyəsi 3 dəfədən çox, 2020-2024-cü illər arasında isə 2 dəfədən çox artsa da, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha böyük miqyaslarda genişləndirməkdən və müsbət dinamikaya davamlı və dayanıqlı xarakter verməkdən ötrü tərəflərin mövcud imkanlardan yetərincə faydalanma sahəsindəki səylərinin artırılması.Həmin imkanları yaxın illərdə yüksək səviyyədə gerçəkləşdirməkdən ötrü perspektivdə qarşılıqlı ticarətin potensial imkanlar səviyyəsinə qaldırılmasının konkret zaman kəsiyində məsələn,2026-2030-cu illərdə və sonrakı dövrdə mümkün hədəflərin müəyyənləşdirilməsi.
Üçüncüsü,iki ölkə arasındakı münasibətlərin ticarət əlaqələri ilə yanaşı investisiya, energetika,xüsusən də yaşıl enerji,kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişafına qarşılıqlı səylərin artırılması.
Dördüncüsü,Orta dəhliz Azərbaycanın Avropa İttifaqı və ora daxil olan ölkələr,o cümlədən Latviya üçün önəmini artırır.Bu kontekstdə Azərbaycanla Latviya arasınada birbaşa loqistika və birbaşa təchizat zəncirinin qurulması istiqamətində görülən işlərin sürətləndirilməsi.
Beşincisi, rəqəmsal idarəetmə sahəsində həm mülki,həm də hərbi,birgə müəssisələr,sərhəd mühafizəsi və sair sahələrdə çox faydalı əməkdaşlıq qurmaq imkanlarının gerçəkləşdirilməsi.
Latviya ilə əməkdşalıq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında lazımlı bir platformadır.Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı Baltikyanı ölkələr,o cümlədən Latviya ilə Strateji Tərəfdaşlıq üzrə Bəyannaməyə uyğun olaraq əlaqələrimizin genişlənməsi və dərinləşməsinə əlavə impuls verir.Azərbaycanla Latviya arasınadkı münasibətlərin həm ikitərəfli formatda,həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində inkişafı münsibətlərimizin qlobal,beynəlxalq səviyyədə də daha miqyaslı şəkildə genişlənməsinə hərtərəfli şərait yaradacaq.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsun Bakıya səfərinin çox diqqətçəkən və önəmli məqamlarından biri də budur ki,Latviya Prezidenti mətbuata bəyanatlarla çıxışında Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə və bu məsələdə Azərbaycanın mövqeyinə öz dəstəyini ifadə etməklə, həm də dövlətlərin ərazi bütövlüyünü beynəlxalq hüququn təməl prinsipi kimi dəstəkləyib,bu sazişin təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olduğunu bildirməklə, Azərbaycanın öz ərazi bütövlüyü və süverenliyini təmin etməsinin dünyada sülh və təhlükəsizlik üçün nə qədər önəmli olduğunu önə çəkib.Latviya prezidentinin həmin fikirləri bizim Azərbaycan Parlamenti xətti ilə Baltikyanı ölkələrlə əməkdaşlıq sahəsində fəaliyyətimizin bir nüanslarını xatırlatdı:Uzun illər GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Baltik Assambleyasının tədbirlərində iştirak etmişik. Baltik Assambleyasının tədbirlərində bizim çox saylı çıxışlarımızın xeyli hissəsi Qarabağa,işğal altında olan torpaqlarmızda törədilən vəhşiliklərə həsr olunurdu və Baltikyanı ölkələrdən əlavə Benilüks ölkələri (Belçikanı, Niderlandı, Lüksemburq),Şimal ölkələri(İsveç, Norveç, Finlandiya, Danimarka, İslandiya), eləcə də Vişeqrad qrupu ölkələrinin(Macarıstan, Polşa, Çexiya, Slovakiya) parlament rəhbərlərinin, nazirlərin və digər dövlət adamlarının,görkmli elm adamlarının və mütəxəssislərinin və və digər nümayəndələrinin iştirak etdiyi çox geniş auditoriya kimi istifadə edirdik.Hətta İkinci Qarabağ müharibsindən bir neçə il əvvəl Baltik Assambleyasının Qarabağ münaqişəsi ilə baglı daha çox Azərbaycanı dəstəkləyən bəyanatın verilməsinə belə nail ola bildik.Ona görə də bizdə belə bir inam var ki,Latviya,eləcə də Baltikyanı ölkələrlə əməkdaşlığı sistemli şəkildə genişləndirib dərinləşdirməklə həm ikitərəfli,həm Avropa İttifaqı və NATO,həm də qlobal beynəlxalq səviyyədə Azərbaycanın maraqlarana cavab verən çoxşaxəli nəticə və effektlərə nail olmaq olar.Bununla yanşı Latviya ilə əməkdşalıq Azərbaycanın Beneluks və Şimal ölkələri ilə də əlaqələrimizin bir sıra məqamlarının Azərbaycanın mənafelərinə uyğun surətdə cılalanmasınada və inkişafında çox fəal rol oynaya bilər.
Oxşar xəbərlər
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 2026 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 2026 12:07
Xəbər lenti
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
