4 MİLYАRD manat ölkədən NECƏ OĞURLANIB - Elə faktlar var ki...
Hacıyevlərin “qara günləri” hələ qabaqdadır; talanan vəsaitlərin necə çıxarılması gündəmə gəlib
London korrupsioner varlılar üçün sakit cənnət yeri olmağı imtina edəndən - 2018-ci ilin mayından Cahangir və Zamirə Hacıyevlərin adı gündəmdədir. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri olan Cahangir Hacıyev barəsində 2 məhkəmə hökmü var.

O, ilkin olaraq bir mənimsəmə epizoduna görə mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin bundan sonra digər cinayət işləri də məhkəməyə göndərilib. Məhkəmə işinin birinci mərhələsində Cahangir Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, sonrakı məhkəmədə söhbət milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedirdi. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Cahangir Hacıyev heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricə səpələnən kreditlər verməkdə ittiham olunurdu. Məlum olmuşdu ki, yarıdan çoxu dövlətə məxsus bankın vəsaitləri hesabına Cahangir Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”nun yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib. Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin, xadimələrin, bağbanların adına kreditlər rəsmiləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsmiləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması kimi faktlar vardı. Cahangir Hacıyev sədr olanda mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü ilə seçilirdi. Monetar payçıların qəpik-quruşunu ödəməkdən yayınır, bunun əvəzində mükafat və fəxri adlar almaq üçün hər il bir neçə milyon xərcləyirdi. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi. Adi vətəndaşın Beynəlxalq Bankdan bir neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit almaq şansının faktiki olaraq mümkünsüz olduğu halda Cahangir Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini öz cibi bilirdi.

Həbsindən sonra onunla bərabər talançılıqda iştirak edənlər də istintaqa cəlb olundular. Tutulanlardan biri də Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq idi. Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biri idi. Bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısı hesab olunurdu. O, Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanı mənimsəməkdə ittiham olunurdu. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Həbs olunanlardan biri də sabiq milli təhlükəsizlik naziri, Cahangir Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayev idi. O da Cahangir Hacıyevlə birgə mənimsəmələrə görə tutulmuşdu.
Beynəlxalq Bankda baş verən talamalar nəticə etibarı ilə Azərbaycan dövlətini 3 milyard dollarlıq borca saldı. Bu məbləğ Beynəlxalq Bankın xilası üçün ayrıldığı günlərdə Ermənistanın dövlət büdcəsinin xərclərindən çox idi. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri təxminən 3 milyard dollar idi. Cahangir Hacıyev başının dəstə ilə 4 milyarddan artıq vəsaiti Beynəlxalq Bankdan “xortumlayıb” ofşorlara daşımışdlar.
Cahangir Hacıyev Azərbaycanda məhkəmə önündə dayandığı günlərdə London Ali Məhkəməsi onun keçmiş dövlət bankiri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya sorğu göndərdi. Zamirə Hacıyevadan 10 il ərzində Londonun məşhur dükanı Harrods-da xərclədiyi 21 milyon dollar pulu haradan aldığını açıqlaması tələb olundu.
Məlum oldu ki, Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib. Bundan əlavə, məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb. Artıq Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu satışa çıxarılıb. Mal-mülkə ilkin olaraq 19 milyon 500 min funt sterlinq qiymət qoyulub. Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 illik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb. Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib. Zamirə Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək. 70 faizdən isə Milli Cinayət Agentliyinin xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq.
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 2026 21:07
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 2026 12:09
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 2026 22:08
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 2026 13:03
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
