- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
150 il öncə İran şahı Rusiya və Qafqaza belə baxırmış
1874-cü ildə İran şahı Nasirəddin şah Qacarın Rusiya, Qərbi Avropa və Qafqaza bir il əvvəlki səyahətini əks etdirən səfər gündəliyi ilk dəfə ingilis dilində çap edilib. Bu, İran şahının bu qəbildən olan ilk səyahəti idi.
Əsasən, şahın öz dilindən yazılmış gündəlikdən İranın transformasiyasında müəyyən rolu olmuş bu səfərin detallarını dərc edib. Yazıya əlavə edilən fotolarsa həmin məkanlarda təxminən şahın səfəri ilə üst-üstə düşən zamanlarda çəkilib.
![]()
Rusiyanın cənubundakı Volqa çayı üzərində şəhər
"Allaha şükür olsun, biz açıq dənizdən çıxıb böyük cazibəsi olan Volqa adlı çaya daxil olduq. Bu çay çox genişdir. O qədər genişdir ki, adi muşket gülləsi bu sahildən o birinə keçə bilməz", - Nasirəddin şah 1873-cü ilin mayında İrandan çıxıb Xəzər dənizini keçərək Rusiya İmperiyasını ilk dəfə gördüyü zaman belə yazıb.
"Hər kənddə kilsə…"
"Hər kənddə bir kilsə tikilib. Çox gözəl və əzəmətli. Bu kəndlərin sakinləri peşəcə balıqçıdır", - şahın Rusiyada adi xalqla bağlı ilk təəssüratı belədir.
Şah yazır ki, bəzi kəndlərə yaxınlaşdıqları zaman "sakinlər çay sahilinə tökülüşüb "Ura!" deyə qışqırmağa başladılar".
Şah qeyd edir ki, Volqa çayı üzərindəki şəhərin meri ənənəvi hədiyyə olan duzla çörəyi gətirəndə məcməyinin üzərində onun gəlib çatdığı tarix oyulmuşdu.
![]()
Trans-Sibir magistralında buxar qatarı
Şah və onu müşayiət edənlər Rusiyanın cənubundan sonra səyahətini qatarla davam etdirib. Göründüyünə görə, bu, şah üçün yeni təcrübə imiş.
"Qatarın sürəti elə idi ki, biz uçan qağayıları ötüb keçdik", - Nasirəddin şah təəccüblə yazır.
Göründüyünə görə, şah dəmiryola aid terminləri ilk dəfə Rusiyada öyrənib.
""Stansiya" qatarların dayandığı, təkərlərinin yağlandığı və sərnişinlərin qəhvə və qəlyanaltı götürdüyü yerdir", - yenə şahın qeydidir.
Gündəliyin başqa bir yerində isə o, qatarla keçdikləri tuneli "dağın içində oyuq" adlandırır.
Qatar Moskvaya çatanda səfərin rəsmi hissəsi başlayıb. Burada öz rəsmi uniformalarını geyinən şah və onu müşayiət edənlərə Kremli göstəriblər, daha sonra isə, göründüyünə görə, onları Böyük Teatra dəvət ediblər. Burada onlar ilk dəfə baletlə tanış olublar.
![]()
Moskvada Böyük Teatr. 1883
"Bu rəqs tamaşasına balet deyirlər"
"Pərdə qalxdı və qəribə bir dünya peyda oldu. Çox sayda qadın rəqs etməyə başladı. Bu rəqs tamaşasına balet deyirlər, yəni danışıqsız tamaşa və rəqs".
O yazır ki, bu incəsənət növünün özəlliklərini "təsvir etmək mümkün deyil".
Sankt-Peterburqda şahın gündəliyi diplomatik şəkil alır. Burada o, çar II Aleksandr ilə görüşür. O, çarı "hündür qamətli və əzəmətli, danışığı ağır, yerişi isə əzəmətli" olan adam kimi təsvir edir.
Şah iki monarx arasındakı söhbət haqda çox detal vermir və onu sadəcə "uzun və xoş" adlandırır.
Belə görünür ki, Sankt-Peterburqda gördüyü teatr tamaşaları şaha Moskvada gördüyü baletdən daha ədəbsiz təsir bağışlayıb. O, bir aktrisanı "Tayt geyinmiş, arxası və ayaqları açıq gonbul qadın" adlandırır və onun səhnədə yerə düzülmüş yanan şərab şüşələri arasında velosiped sürdüyünü yazır.
"Axırda o, velosipeddən yerə yıxıldı və ətəyi alışdı", - şah belə yazır.
![]()
Sankt-Peterburqda Müqəddəs İsaak kafedralı
İran şahı Peterqofa bir ayrı heyran qalıb
Peterqof imperatorun Sankt-Peterburq ətrafındakı dəbdəbəli iqamətgahıdır.
"Bura cənnət kimi bir yer idi", - şah yazır. Gündəliyin bu hissəsində o, Fin körfəzi boyunca uzanan yaşıl xiyabanları və fontanları detallı təsvir edir.
Mayın 29-da şah Qərbə doğru yola çıxaraq, bugünkü Almaniya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Yunanıstan və Türkiyəni gəzib. İrana geri dönəndə isə Gürcüstandan keçib.
Şah gəmi ilə Gürcüstanın qərbində yerləşən Potiyə çatar-çatmaz, ildırım onun gəmisindən cəmi bir neçə metr aralıda "bir neçə min topun çıxara biləcəyi gurultu ilə" dənizi vurub.
Gürcüstanın sahilində şahı "müxtəlif tayfa və millətlər" salamlayıb. Onların arasında çərkəzlər, ləzgilər, ermənilər, gürcülər, Dağıstan müsəlmanları və şahın heyran qaldığı etnik qrup - minqrellər də olub.
![]()
Minqrel döyüşçülər
"Bu bölgə Açıqbaşlar ölkəsinin bir hissəsidir", - deyə şah minqrellər haqda yazır. "Açıqbaşlar ölkəsi sakinlərinin hamısı başıaçıq gəzir. Qadınlar, kişilər, yaxud uşaqlar heç vaxt başlarına papaq qoymazlar".
Ancaq az sonra mətnin bir başqa yerində şah bu iddiasına zidd olaraq, minqrel döyüşçülərin başlarına "çalma kimi" qırmızı parça doladıqlarını, qurşaqlarında tapança və iri bıçaq gəzdirdiklərini yazır: "Onların geyimi buna görə Fransadakı zuavların və Hindistan tayfalarının geyiminə bənzəyirdi, ancaq muşketləri Tula zavodunda düzəldilmiş iynə tüfəngi idi".
"Bu şəhər bərbad və çirkli idi"
Avqustun 29-da şah qatarla Tbilisiyə çatır. Göründüyünə görə, şəhərin görünüşü onun xoşuna gəlir.
"50 il əvvəl bu şəhər bərbad və çirkli idi", - o, belə yazır. Ancaq özünün doğulmasından da əvvəl şəhərin necə göründüyünü haradan bildiyini yazmır. "İndi isə tədricən xüsusi evlər və ictimai binalar, məktəblər…, daş döşənmiş geniş küçələr salınır".
![]()
Daşqından sonra Tbilisi
Potidə olduğu kimi, Tbilisinin də fars, gürcü, rus, dağıstanlı, çərkəz, alman və ermənilərdən ibarət etnik tərkibi şahı təəccübləndirib.
İndi olduğu kimi, o zaman da Gürcüstanın meyvəsi keyfiyyəti ilə seçilirmiş. Şah qarpız, üzüm və armudu ayrıca vurğulayıb, Tbilisinin xiyarını da unutmayıb.
"Tbilisidən çıxar-çıxmaz, yolun heç bir tərəfində insan işinin zərrəcə izi yox idi. Göz gördüyü qədər hər yer ürəksıxan düzlər və qonur dağlar idi", - şah yolun Tbilisidən Ağstafaya qədər olan hissəsini belə təsvir edir.
Şah "Şəmkür"ə qədər olan ərazilərdə türk Şəmşəddinli tayfasının yaşadığını, Şəmkirdə bu tayfanın yaşadığı ərazilərin bitdiyini qeyd edir.
"Gəncə şəhəri bağlarla əhatə olunub, ancaq şəhərin içindəki evlər yoxsul və miskindir", - o gileylənir.
Gəncənin ruslar və ermənilər yaşayan məhəlləsində şah Gəncə canişininin təşkil etdiyi "təpənin başında çox miskin bir kirayə ev" adlandırdığı mənzildə qalıb.
Şamaxıda şah din xadimləri, şəhərin zəngin və nüfuzlu şəxsləri ilə görüşür. O, cəmi bir neçə il öncə baş vermiş zəlzələdən söz açır və, ümumiyyətlə, bu ərazidə zəlzələlərin tez-tez baş verdiyini qeyd edir.
Nasirəddin şahın səfər gündəliyinin İngiltərədə çap olunan bu nəşrində Azərbaycandakı yer adları yetərincə dəqiq göstərilib.
![]()
Bakı
"Bu cür bölgə üçün yaxşı addır"
"Bakıya gedən yol başdan-ayağa quru və bərbad idi. Düz və dağlar bizim heç vaxt görmədiyimiz və eşitmədiyimiz qədər quru və bərbad idi. Bu gün yolumuz "Dəfn quyusu" adlanan yerdən (güman ki, söhbət Qobustandan gedir. Orijinal kitabda yerin dəqiq adı çəkilmir. – tərc.) keçib. Bu cür bölgə üçün yaxşı addır", - o yazır.
Şah gəmi ilə vətənə yola düşməzdən əvvəl çox qısa müddət Bakıda dayanıb. Şəhər rəsmiləri onu yaxşı qarşılayır, Bakı əhalisi isə şah və ətrafını görmək üçün toplanır.
AzadlıqRadiosunun müxbiri Amos Çapplın yazısında deyilir ki, bir neçə imperiyanı əhatə edən və Nasirəddin şahda böyük təəssürat oyadan bu səyahət diplomatik uğur kimi görülür. O, İrana dönməsindən az sonra Tehran yaxınlığında kiçik dəmiryolun tikintisinə başlayıb.//Mənbə: AzadlıqRadiosu
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
4 aprel 2026 19:53
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
3 aprel 2026 23:39
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
1 aprel 2026 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
