Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov

"Hamlet Qurbanov çox qəribə insan idi. Heç kimə bənzəmirdi. Öz dünyası vardı. O dünyasına da heç kəsi buraxmırdı. Qapalı adam idi." Sənət dostları onu belə xarakterizə edirlər. Böyük aktyorluq istedadı onun qəribə xarakteri ilə çulğaşmışdı. Bu xüsusiyyətlərin birliyində Azərbaycan teatrı, televiziyası və kinosu üçün əvəzolunmaz rollar yaranmışdı...
Oktyabrın 13-ü mərhum aktyor Hamlet Qurbanovun doğum günüdür.
NUH.az xəbər verir ki, sənət yoldaşları "Kaspi" qəzetinə onun haqqında həm böyük məhəbbət, həm də erkən itkisindən doğan dərin kədər hissi ilə danışıblar:
Milli Dram Teatrın qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: "Hamlet məndən bir il əvvəl teatra gəlmişdi. Hələ Teatr İnstitutunda oxuduğu illərdə onun diplom tamaşasına baxıb çox bəyənmişdim. Nazim Hikmətin "Şöhrət və unudulan adam" əsərində oynadığı doktor obrazı demək olar ki, gənclik illərində oynayan aktyorların içərisində ən yüksək səviyyədə yaradılan bir obraz idi. Teatrda işlədiyi dövrdə də çox istedadlı aktyor kimi tanınırdı. Təbiətində bir az qeyri-adilik olsa da istər teatrda, istərsə də kinoda yaratdığı bütün obrazlar bir-birindən fərqli və maraqlı idi. Rejissorlarla münasibətdə çox vaxt obrazı təqdim etmək üçün öz istədiyinə nail olurdu. Onun obrazlara öz baxışı vardı. İndi də Hamletin oynadığı rollara baxanda tamaşaçılar hər bir rolunda aktyor oyununun qüdrətini görürlər". R.Əzimov sənət dostunun oynadığı obrazlarla unudulmaz xarakterlər yaratdığını deyir: "Elə təkcə "Topal Teymur" televiziya tamaşasını xatırlamaq kifayətdir. İstər Əmir Teymuru oynayan Hamlet Xanızadə, istərsə də İldırım Bəyazidi oynayan Hamlet Qurbanovun sonda üz-üzə gələrkən dialoqları böyük sənəti nümayiş etdirirdi. Hamlet də atası Ağadadaş Qurbanov, anası Gülzar Həsənova kimi sənət aləminin incisi idi".
Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu "Hamletlə işləmək o qədər asan deyildi. Onun öz dünyası vardı, qapalı adam idi", - deyə xatırlayır: "Hamletin düşündüyü ilə sənin təklifin bəzən üst-üstə düşmürdü, ancaq işləməyə yol tapırdın. Mən Hamleti dörd televiziya filmində - "Topal Teymur", "Günahsız Abdulla", "Yollar görüşəndə" və "Evləri köndələn yar"da çəkmişəm. Yadımdadır ki, "Topal Teymur"a bir çox aktyorları, həmçinin Fuad Poladovu dəvət etmişdim. İstəyirdim Fuad tamaşada Orxan rolunu oynasın. Sonra nədənsə alınmadı, o rolu Rafael Dadaşov oynadı. Tamaşa efirə çıxandan sonra Fuad mənə zəng edib dedi: "Açığı deyim ki, sən o rolu mənə təklif edəndə ürəyimdən İldırım Bəyazid obrazı keçirdi. Amma nə yaxşı ki, sən o rolu Hamlet Qurbanova vermisən". Siz aktyorun böyüklüyünə baxın. Ürəyindən keçəni deməyib, üstəlik aktyor yoldaşının uğuruna da sevinib. Fuad hər aktyoru bəyənməzdi. Əgər o Hamletin rolunu bəyənmişdisə, indi görün, o necə oynayıb ki, oyunu Fuadı da valeh etmişdi". Rejissor deyir ki, H.Qurbanov istədiyi rolları oynaya bilib: "Hamletin özünəməxsus danışıq tərzi vardı. Hərdən sözlərin tələffüzünü özünəməxsus şəkildə deyirdi. Roluna o qədər daxil olurdu ki, hətta özünü unudurdu. Heyf ki belə bir sənət adamını tez itirdik. Mən heç vaxt onu unutmuram!".
"Hamletin özünəməxsusluğu, qəribəliyi, heç kəsə bənzəməyən oyun tərzi vardı", - deyə Xalq artisti Rasim Balayev xatırlayır: "Hamlet hətta ömrünün axırlarında "Əliqulu evlənir"də Əliqulu obrazın da oynadı. Baxmayaraq ki, Ağasadıq Gəraybəyli o rola möhür vurmuşdu, Hamlet də özünəməxsus oynadı. Onun rolu da tamaşaçı tərəfindən sevildi və qəbul olundu".
Xalq artisti Səidə Quliyeva mərhum aktyorla bir neçə tamaşada tərəf-müqabil olduğunu xatırlayır: "Mən 1978-ci ildə teatra işləməyə gələndə rejissor Əşrəf Quliyev Şekspirin "Heç nədən hay-küy" tamaşasını hazırlayırdı. Mənə baş rollardan biri verilmişdi. Hamlet Qurbanov tamaşada mənim atamı oynayırdı. Əlbəttə, gənc aktrisanın belə bir teatrda, bu cür böyük sənətkarlarla addımlaması böyük qürur idi. Hamlet çox istedadlı aktyor idi. Elə bil onun qanından istedad axırdı. Onun hər sözü, hər baxışı gənc aktrisa üçün bir məktəb idi.
Daha sonra "Yollar görüşəndə" televiziya tamaşasında həm Hamlet Qurbanovla, həm də anası Gülxar Həsənova ilə birlikdə çəkildim. Nə yaxşı ki, Ramiz Həsənoğlu o tamaşada Gülxar xanıma rol verdi. Gülxar xanım Opera Teatrının bir çox tamaşalarında unudulmaz rollar yaratmışdı, amma televiziya tamaşasında oynadığı bir obrazla yaddaşlara həkk olundu". S.Quliyeva Hamlet Qurbanovun qeyri-adi xarakterindən danışır: "Hamlet çoxdanışan adam deyildi. Əvvəllər elə bilirdim o biganə insandır. Amma bir dəfə İrəvan Teatrında qastrolda olanda onun nə qədər unikal bir insan olduğunun şahidi oldum. Hərdən yemək masasında oturub söhbət edirdik. Mən onda başa düşdüm ki, ondan öyrənməli çox şey var. Çox qürurlanıram ki, Azərbaycan səhnəsində belə bir möhtəşəm aktyor olub. O, Tofiq Kazımovun ən çox sevdiyi aktyorlardan idi". S.Quliyeva sənət dostunun səhhətinə biganə yanaşmasını da xatırlayır: "Hamlet çox məhsuldar aktyor idi, amma səhhətinə o qədər də fikir vermirdi. O, hətta xəstə olanda da məşqlərə, tamaşalara gəlirdi. Məndən yaşda böyük idi, ona nəsə deməyə çəkinirdim. Amma "Ay Hamlet, belə vəziyyətdə niyə gəlirsən?" deyəndə "Evdə otura bilmirəm, xəstəliyimi də teatrın səhnəsində unuduram", - deyə cavab verirdi. Təəssüf ki, Hamletin şəxsi həyatındakı problemləri onun əhvalına və yaradıcılığına da sirayət edirdi. Hamleti dərin fikirlərə aparan həyatı vardı. Atası faciəli şəkildə vəfat etmişdi. Özü onkoloji xəstə idi. Ona yardım olmadı. Bütün bunlar ona pis təsir edirdi. Hamlet ağır şəraitdə dünyasını dəyişdi. Hamlet Qurbanov bu gün yada düşmür. Bizdə talesiz aktyorlar olub. Onlardan biri də Hamlet Qurbanov idi. Amma onun oynadığı rollar, yaratdığı xarakterlər yaddaşlarda əbədi qaldı".
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 2025 12:58
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 2025 11:37
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 2025 14:28
- Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi: Söyüş söyməmişəm
11 iyul 2025 18:02
- Bir qətliamın izi – 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib
11 iyul 2025 01:44
- Bakıda nişana hazırlaşan oğlanı öldürdülər - Dedim ki, bura yaşayış yeridir, söyüş söyməyin
10 iyul 2025 01:18
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
6 iyul 2025 18:50
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
6 iyul 2025 12:58
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 23:09
- Tramp Putini hədələdi: Hamını aldadır, ona 50 gün vaxt verirəm...
14 iyul 22:43
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 11:53
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 11:37
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 10:16
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 09:58
- Putin: Rusiya MƏHV olacaq, ya da , ümumiyyətlə, OLMAYACAQ....
14 iyul 09:05
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 08:49
- ABŞ Dövlət Departamentində 1 300 nəfər ixtisar edildi — Zaxarovadan kinayəli reaksiya
14 iyul 01:27
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 01:10
- Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq
14 iyul 00:24
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 00:07
- FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?
13 iyul 22:45
- Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
13 iyul 20:51
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 19:53
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11