Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
Tramp-Putin, Zelenski-Tramp, Pezeşkian-Paşinyan, Avropa liderləri – NATO baş katibi və sair bu kimi zirvə görüşlərinin baş tutduğu, siyasi dinamikanın görünməmiş hal aldığı vaxtda, bəlkə də, 34 il öncə baş vermiş “QKÇP” (rusca: QKÇP – Qosudarsvennıy Komitet po Çrezvıçaynuyu Poloıeniyu - ana dilimizdə: Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi - FVDK) qiyamı haqqında yazan olmayacaqdı.
Bu qiyam hadisəsinin qısa məğzi belədir: 1917-ci ildə hakimiyyətə oktyabr qiyamı ilə gəlmiş bolşeviklərin deqradasiyaya uğramış varislərinin 1991-ci ilin 19 avqustunda həyata keçirmək istədiyi sonuncu, avqust qiyamı uğursuzluqla nəticələnib və hadisə çoxdan tarixin arxivinə qovuşub gedib. Qiyamın ali mənsəbli iştirakçılarının, demək olar ki, hamısı ölüb, sağ qalanlar isə üçüncü, beşinci dərəcəli şəxlərdir: əmrlərə itaət edənlər, sıravilər, müşahidəşilər. Daha illərin üzütüpürcəklisi Qorbaçov da həyatda yoxdur. Qiyamçılar məhz SSRİ rəhbəri Qorbaçovun istirahətdə olduğu zaman onu devirmək istəmişdilər.
Ancaq bu mövzuda yazmaq ona görə vacibdir ki, müasir gənclər “QKÇP” həqiqətlərindən ya tam xəbərsizdirlər, ya da o dövrün xiffətini çəkən qocalardan “gül kimi dövləti dağıtdılar, getdi” kimi olduqca yanlış və zərərli fikirlər eşidir, inanırlar.
![]()
Krım türklərinin sürgünü, 1944-cü il
SSRİ “gül kimi dövlət”-filan olmayıb. O dövlətin 70 illik tarixinə aid 700 cildlik kitab oxumuş, 700 seriyalıq filmlərə baxmış məlumatlı adamlar təsdiq edərlər: SSRİ-nin tarixi qanla yazılmışdı. O tarixin elə bir səhifəsi yox idi ki, orada kütləvi qırğınlar, aclıqlardan kütləvi ölümlər, kütləvi edamlar, kütləvi sürgünlər, kütləvi və amansız insan istismarı olmasın.
İlk illərdə bolşeviklər özlərini müasir İŞİD-çilər apadıqları kimi aparıblar, yüz minlərlə şəxsi məhkəməsiz-filansız, “revkom”un (“inqilab komitəsi”) qərarı ilə, ya da heç bir qərar olmadan, adi bir leytenantın yerindəcə verdiyi əmrlə güllələyiblər.
1930-40-50-ci illərdə bolşevik-kommunistlər öz partiyadaşlarını, ziyalıları güllələyib, ya da türmələrdə məhv ediblər.
1960-cı illərdə siyasi sistem bir az yumşalıb, əvəzində Kremlin avantürizmi aclığa, kasıblığa, qıtlığa səbəb olub.
1970-ci illərdə müəyyən inkişaf və sabitlik başlanıb, onda da korrupsiya və rüşvətxorluq çiçəklənib.
![]()
Ərzaq üçün böyük növbələr
1980-ci illərdə Moskvanın başı qonşu və dünya ölkələrini sosialistləşdirməyə və sürətlə silahlanmaya qarışıb, iqtisadiyyat girdaba yuvarlanıb, korrupsiya ərşə qalxıb, böyük qıtlıq əmələ gəlib, dövlətdə çöküş başlayıb.
Vəssalam. Ötən sərin 90-cı illərində artıq Kreml xalqları repressiya və gülləboranla itaətdə saxlamaq istəyirdi.
Bir sözlə, SSRİ tarixinin heç bir dönəmndə dövlət elmlə, iqtisadi, hüquqi qanunlarla idarə edilməyib. Kremldən həmişə düşünülməmiş və emosional qanunlar, təşəbbüslər çıxıb. Hətta bu dövlətin Stalindən sonra 38 il yaşaması fenomenal hadisədir. Əslində zorla qurulmuş qırmızı rus imperiyası daha tez dağılmalı idi.
“QKÇP” üzvləri isə yaranışdan qan bataqlığındakı süngü sütunlarda qurulmuş və heç cür normal idarə edilməyən qanunsuz dövlətin ömrünü zorla, repressiyalarla bir az da uzatmaq istəyirdilər. Ancaq özləri qocalmışdılar, ideyaları çürümüşdü, 60-70 il əvvəl verdikləri vədlər puç olmuşdu, müasir gənclər normal dövlətdə yaşamaq istəyirdilər, ona görə də onlar uduzdular. (Elə normal dövlətdə yaşamaq istəyən rus gənclər də uduzdu, daha betər dövlətin vətəndaşları oldular).
![]()
Hazırda sosial şəbəkələrdə həmin o “gül kimi dövlət”dən yana hayıfsılananlar var. Bəziləri hətta Belovejsk meşəsindəki sanatoriyada SSRİ-nin buraxılması haqqında qərar vermiş RF başçısı Boris Yeltsini, Ukrayna rəhbəri Leonid Kravçuku, Belarusun lideri Stanislav Şuşkeviçi qınayır, onları xain adlandırır, lənət oxuyur.
Niyə? Bu adamlar konkret olaraq SSRİ-ni dağıtmaqla bizə, xalqımıza nə pislik ediblər ki? Rus müstəmləkəsi olmaqdan qurtulmuşuq.
“QKÇP” qalib gəlsəydi, onun soldafon rəhbərləri ölkəni daha pis günə qoyacaq, xalqımıza divan tutacaqdı, 20 Yanvar qırğını onun yanında faciə olmaqdan çıxacaqdı. Fakt bu idi ki, bu adamlar dövləti idarə edə bilmək üçün bir ağıla, savada, proqrama malik deyildilər.
![]()
Qiyamçı generalların başqa yolu yox idi. Onlar ölkəni məhz bildikləri kimi idarə edəcəkdilər. SSRİ müdafiə naziri Dmitri Yazov dinc xalqı necə qırmağı Tiflisdə, Bakıda, Vilnüsdə təcrübədən keçirmişdi. DTK sədri Vladimir Kryuçkovun əli dirsəyindən də yuxarı qanın içindəydi. Brifinqdə danışarkən əlləri əsən vitse-prezident (“QKÇP”-nin formal lideri) Gennadi Yanayev qısa müddətdən sonra xuntadan kənarlaşdırılacqdı və dövləti bu qanlı generallar idarə edəcəkdi.
“QKÇP”-nin ilk günlərində xalqda belə bir məmnunluq yaranmışdı ki, nəhayət, Qorbaçovun ölkəyə gətirdiyi özbaşınalıq sona çatacaq, qanunçuluq bərpa olunacaq. Hətta çoxları düşünürdü ki, artıq ermənilər Xankəndidə separatçılıq edə biıməyəcəklər, Kreml onları yerində oturdacaq. Ancaq 2 gündən sonra məlum oldu ki, qiyamçı generallar heç öz yerlərində otura bilmirlər, onların kimisə yerində oturtması absurd gözləntidir.
Ona görə də 3 günün içində devrildilər. İkisi (DİN rəhbəri Puqo və ordunun baş qərargah rəisi Axromeyev) intihar etdi, qalanları həbs olundu.
“QKÇP”-nin uğursuzluğu bir neçə aydan sonra dövlət müstəqilliyimiz bərpa etməyimizə vəsilə oldu.
Düzdür, müstəqil dövlətçilik xalqımıza daha böyük töhfələr gətirə bilərdi, əfsus ki, bu yolda böyük çətinliklərlə üzləşdik. İndinin özündə də ürəyimiz istəyən dincliyə, rifaha yetməyimiz üçün maneələr, əngəllər çoxdur.
Ancaq yaşadığımız problemlər başqa bir dövlətin, hansısa dominant xalqın əsarətində olmağımıza haqq qazandıra bilməz. Baş verənləri görürük. Böyük xalqların içində yaşayan azsaylı xalqların taleyi istənilən zaman bağlı qapılar arxasında müəyyən oluna bilər. SSRİ tarixində sügün olunmuş və genosidə məruz qalmış, qul yerinə qoulmuş xalqlar da olub.
Müstəqil olmaq yaxşıdır. Haqq-ədaləti, yüksək rifahı, hərtərəfli inkişafı müstəqil dövlət olaraq bərqərar etmək daha asandır.
Araz Altaylı, Musavat.com
- Hər axşam qatıq yeməyin FAYDALARI
5 aprel 2026 22:16
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
3 aprel 2026 00:02
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Bu gündən onlar 30 manat cərimə ediləcək
1 aprel 2026 00:27
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
