Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
Bu gün Bakı Apellyasiya Məhkəməsində qaçaq səfir Elmira Axundovanın yaxın adamı, 3 il Moskvada qaçaq həyatı yaşamış, sonda dələduzluğa görə məhkum olunmuş Elnur İbrahimovun həbsdən qanunsuz azad edilməsindən şikayətə baxılacaq.
Musavat.com xəbər verir ki, Elnur İbrahimovun işi üzrə zərərçəkmişlər Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək onun azadlığına yol açan qərardan şikayət ediblər.
İşə hakim Zəfər Əhmədovun sədrliyi ilə baxılacaq. Həmin qanunsuz qərarı Nizami Rayon Məhkəməsinin hakimi olmuş Ngar Qədirli verib. Sonradan Nigar Qədirli ümumiyyətlə məhkəmə sistemindən qovulub.
Elnur İbrahimov 31 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkəmədə zərərçəkmişlər bildiriblər ki, 8 milyon manat vəsait dələduzluq yolu ilə ələ keçirilib və pulları o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundova verdiklərini təsdiqləyiblər. Məhkəməyə Həbib Axundovla bağlanan müqavilələr, həmçinin Elmira Axundovanın səs yazıları təqdim olunub.
Məhkəmə zərərçəkmiş Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını da təmin edib. Çıxarılan hökmlə Elnur İbrahimov həbsə göndərilib. Lakin məhkəməyə təqdim olunan Axundovlarla bağlı sənədlər və səs yazılarına hüquqi qiymət verilməyib.
Elnur İbrahimov cəzaçəkmə müəssisəsində olduğu müddətdə yeganə mülki iddia üzrə 1 manat belə ödəniş etməyib. Bunun əvəzində iş üzrə mülki iddiaçı olmayan keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat pul ödəyib.
6 saylı Cəzaçəkmə Müəssisəsində olduğu günlərdə Sabunçu İcra Şöbəsi Elnur İbrahimovun vurduğu ziyanın ödənilməsini təmin etməyib, o isə Fərman Məmmədova vurduğu zərəri ödəməkdən yayınmaqda davam edib və edir. Buna baxmayaraq, 6 saylı müəssisə onun islah olunduğunu sübut etmək üçün formal mülahizə hazırlayıb. Həmin mülahizədə Elnur İbrahimovun “yatağını səliqəli saxlaması”, “şəxsi gigiyena qaydalarına riayət etməsi” və “iki dəfə təşəkkür alması” qeyd olunub.
Amma maraqlıdır, bu təşəkkürlərin səbəbi nədir?
Birinci təşəkkür 26 may 2018-ci ildə verilib – o zaman Elnur İbrahimov hələ 6 saylı müəssisədə deyildi, təqsirləndirilən şəxs statusunda idi. İkinci təşəkkür 15 aprel 2024-cü ildə verilib.
Bu tarixlərin absurdluğu açıq-aşkardır: təşəkkür və təqdirin heç bir hüquqi əhəmiyyəti yoxdur, amma Nizami Rayon Məhkəməsinin hakimi bunu islah sübutu kimi qəbul edib.
Böyük biabırçılığa vaxtilə Ali Məhkəmə sədri olan Ramiz Rzayevin işçisi olmuş, sonradan Nizami Rayon Məhkəməsinə təyinat almış hakim Nigar Qədirli imza atıb. Nəticədə formal sənədlər və rəqəmlərlə Elnur İbrahimov cəzasının 1 il 2 ay 16 gününü məntəqə tipli müəssisədə keçirməklə faktiki olaraq cəzadan azad olunub.
Nizami Rayon Məhkəməsində Elnur İbrahimovu cəzadan azad edən qərar qəbul edilərkən bu barədə nə zərərçəkmişlərə, nə də mülki iddiaçıya xəbər verilib.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Cinayət-Prosessual Məcəllənin müvafiq müddəaları açıq şəkildə göstərir ki, məhkumun cəzasının yüngülləşdirilməsi və ya müəssisə növünün dəyişdirilməsi zamanı zərərçəkmişlərin mövqeyi nəzərə alınmalıdır. Amma bu, edilməyib. Məhkəmə qərarı açıq qanun pozuntuları ilə qəbul olunub.
Bəs bu qanunsuz qərarın arxasında kimlər dayanır?
6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyev, onun tərbiyə işləri şöbəsinin böyük inspektoru Ziyadxan Eminov və rəis müavini Elçin İlyasov - məhkum Elnur İbrahimovun “dişlərini yumasına valeh olan” məmurlardır. Onlar yalnız formal mülahizəyə istinad edərək Elnur İbrahimovun “islahını” təsdiqləyiblər.
Baş Prokurorluğun prokuroru etiraz etsə də, qərardan protest verməyib. Nizami Rayon Məhkəməsi videokonfrans vasitəsilə qərarı qəbul edib, amma bunun qanuni əsası göstərilməyib. Heç o da nəzərə alınmayıb ki, Elnur İbrahimov 3 iyul 2014-cü ildə ölkədən qaçıb, yalnız zərərçəkmişlərin ardıcıl şikayətlərindən sonra, 2016-cı ilin noyabrında Moskvada tutulub və Azərbaycana ekstradisiya olunaraq cəzasına çatdırılıb. Üstəlik, 20 iyun 2022-ci ildə onun əfv üçün müraciəti rədd edilib.
Bütün bu mənfi faktlara baxmayaraq, 6 saylı müəssisənin formal “mülahizəsi” əsas götürülüb və nəticədə o, faktiki olaraq 1 il 3 ay azadlıqdan yayınıb.
Elnur İbrahimovun “islahı” yalnız yatağını səliqəli saxlaması, şəxsi gigiyena qaydalarına riayət etməsi və formal təşəkkürlərlə “sübut” edilir. 350 min manatlıq külli miqdarda ziyanın ödənilməsi isə hələ də təmin olunmayıb.
Bu hadisə Azərbaycanda hüquq sistemində korrupsiya, formalizm və zərərçəkmişlərin hüquqlarının görməzdən gəlinməsinin növbəti nümunəsidir.
Elnur İbrahimovun azad edilməsinə yol açan məhkəmə qərarı qanunvericiliyə zidd olaraq qəbul olunub, zərərçəkmişlərin mövqeyi nəzərə alınmayıb, qərarın əsaslandırılması isə yalnız formal sənədlərə söykənib.
Zərərçəkənlər məhkəmədən xahiş ediblər ki, Nizami Rayon Məhkəməsinin 06.06.2024-cü il tarixli, 7(007)-543/2024 saylı qanunsuz qərarı ləğv olunsun. 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Fariz Əliyevin, həmin müəssisənin tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru, ədliyyə baş leytenantı Ziyadxan Eminovun və tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Elçin İlyasovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru Hüseyn Rüstəmlinin hərəkətlərində korrupsiya cinayətinin tərkib əlamətlərinin araşdırılması üçün xüsusi qərar qəbul edilsin və müvafiq olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Baş Prokurorluğa göndərilməsini xahiş ediblər.
Elşən MƏMMƏDƏLİYEV,
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
