- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu iş üzrə məhkəmə prosesi keçirilib və əlavə qətnamə qəbul edilib.
Musavat.com xəbər verir ki, əlavə qətnamə Ali Məhkəmə Plenumunun alimentin indeksləşdirilməsi ilə bağlı hüquqi mövqeyinə münasibət bildirilməsi məqsədilə çıxarılıb.
Hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə Orxan İsmayılzadədən tutulan alimentin yaşayış minimumuna uyğun indeksləşdirilməsi məsələsinə hüquqi qiymət verilib və nəticədə alimentin 1,05 faiz yaşayış minimumu həddində tutulmasına qərar verilib.
![]()
Məhkəmə iclasında Orxan İsmayılzadənin 6 vəkilindən ikisi – Elcan Həsənli və Kəmalə Əmirxanlı təmsil ediblər. Onlar alimentin 0,68 faiz yaşayış minimumu həddində - 260 manat müəyyən edilməsini tələb ediblər. Orxan İsmayılzadənin vəkilləri onun alimenti ödəmək imkanının olmadığını dilə gətiriblər.
Maraqlı məqam isə bundan ibarət idi ki, cavabdeh tərəf bir tərəfdən atalığı qəbul etmədiyini bildirib, digər tərəfdən isə aliment məbləğinin azaldılmasına çalışıb. Bu ziddiyyətli mövqe məhkəmə zalında diqqət çəkən əsas məqamlardan biri olub. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin əlavə qətnaməsində iddiaçı Fidan Abbasovanın xeyrinə alimentin tutulması məsələsi bir daha təsdiqlənib.
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən edilən aliment məbləğindən narazıdır.
Bakı Apellyasiya Məhkəməsinin ötən həftə çıxardığı qətnamədə aliment məbləği indeksləşdirilərək 500 manatdan 580 manata qaldırılmışdı. Lakin Orxan İsmayılzadə 80 manatlıq artıma etiraz edirdi. İddiaçı tərəf isə alimentin 2 min manata qaldırılmasını məhkəmədən xahiş edirdi. Bundan başqa, elan olunmuş qərarın qısa müddət sonra yenidən müzakirəyə çıxarılmasını hüquqi baxımdan suallar doğuran addım kimi qiymətləndirirdi. Çünki hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsipi müasir məhkəmə sisteminin əsas dayaqlarından hesab olunur. Fidan Abbasova uzun illərdir davam edən məhkəmə prosesində bildirirdi ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətində olublar və 2015-ci ildə dünyaya gələn Nil adlı uşağın atası məhz odur. İş materiallarında tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və münasibətlərini təsdiqləyən müxtəlif sübutlar yer alıb. Bununla belə, proses boyu ən diqqətçəkən məqam Orxan İsmayılzadənin müxtəlif məhkəmələrin təyin etdiyi 7 ekspertizada iştirakdan yayınması olub. Təyin edilən DNK ekspertizalarının baş tutmaması da məhz bununla əlaqələndirilir. Azərbaycan qanunvericiliyinə görə tərəfin ekspertizadan yayınması həmin halın qarşı tərəfin xeyrinə qiymətləndirilməsinə əsas verir. Nəticədə məhkəmə iddia tələbini təmin edib. 2026-cı il aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə çıxarılan qərarla Sabunçu Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Qərara əsasən, uşağın sənədlərində “ata” qrafasında Orxan adı, soyad hissəsində isə İsmayılzadə soyadı qeyd edilməlidir.
![]()
Xatırladaq ki, Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti də intizamlı şəkildə ödəmir. Hətta buna görə 2024-cü ildə onun əmlakları üzərinə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs də qoyulub. Məhkəmə materiallarında göstərilirdi ki, Orxan İsmayılzadənin adına müxtəlif daşınmaz əmlaklar və bahalı avtomobillər mövcuddur. Bunların sırasında qeyri-yaşayış binaları, mənzillər, fərdi yaşayış evi, həmçinin “Hummer H3 Alfa” və “Porsche Panamera Turbo” markalı avtomobillər də vardı. Məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdu. Maraqlıdır ki, məhz bundan sonra aylarla ödənilməyən aliment borcu hesablanaraq köçürülmüşdü. Əmlakların və nəqliyyat vasitələrin real bazar dəyəri ümumilkdə 1 milyon manatı aşırdı. İndi isə 6 vəkili olan oliqarx oğlu qızını saxlanması üçün müəyyən olunan 580 manatlıq alimentə etiraz edib və məhkəməni uduzub.
E.Məmmədəliyev
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 2026 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 2026 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 2026 22:56
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 2026 13:13
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 2026 23:09
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
