Ermənistanın qərarı siyasi təbliğat və şantaj cəhdidir
Ermənistan höküməti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlülk prosesinə başlanması” haqqında qanun layihəsini bəyənərək parlamentin müzakirəsinə təqdim etmək haqqında qərar qəbul edib.
Bu qərarın real üzvlük proseduru ilə heç bir əlaqəsi yoxdur. Ai-na üzv olan digər 27 ölkənin üzvlük proseduru göstərir ki, bu digər üzv dövlətlərin keçdiyi ənənəvi yol deyil. Bu bir siyasi təbliğat addımıdır və sadəcə mövcud Ermənistan hökümətinin arzusunu ifadə edir. Paşinyanın da qeyd etdiyi kimi, hətta parlamentin bu qərarı təsdiq etməsi də üzvlük prosesinin başlanması anlamıına gəlmir.
Parlamentin müvafiq qərarından sonra referendum keçirilməsi də nəzərdə tutulur. Bir anlığa təsəvvür edək ki, referendum da hökümətin bu avro-inteqrasiya arzusunu dəstəklədi. Bəs Avropa Birliyi Ermənistanı üzvlüyə qəbul etməyə hazırdırmı və Avropa Birliyi çərçivəsində keçilməli olan prosedurlar nə zaman başladıla bilər və ya ümumiyyətlə başladıla bilərmi? Göründüyü kimi bu o qədər də sadə və yalnız Ermənistan hökümətinin arzusu ilə baş tutan məsələ deyil.
Bəs onda bu şou kimə və niyə lazımdır?
Birincisi, Paşinyan çoxdan əlinin altında hazır saxladığı bu qərar layihəsini məhz indi – Prezident Əliyevin bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibədə Ermənistana qarşı səsləndirdiyi tələblərə cavab olaraq müzakirəyə çıxarır. Azərbaycan Prezidentinin tələblərindən təşvişə düşən Ermənistan baş naziri bölgədə gərginlik yaranacağı halda arxasında Avropa Birliyinin dayandığına və ya dayanacağına eyham edir.
İkincisi, belə bir qərarın Donald Trampın inauqurasiyası ərəfəsində rəsmi dövriyyəyə buraxılması Avropa Birliyinin Ermənistan vasitəsilə Rusiyaya təzyiqinin göstəricisidir. Uzun müddətdir ki, D.Trampın öz vəzifəsinin icrasına başladıqdan sonra atacağı ilk addımın Rusiya prezidenti ilə danışıqlar aparmaq yolu ilə Rusiya-Ukrayna müharibəsini dayandırmaq cəhdləri olacağı barədə danışılır. Ermənistan hökümətinin bu qərarı ehtimal olunan müzakirələrdə D. Trampın mövqeyini gücləndirmək üçün Avropa Birliyi tərəfindən Ermənistan üzərindən Rusiyaya təzyiq göstərmək və faktiki olaraq Rusiyaya qarşı şantaj vasitəsi kimi istifadə oluna bilər. Müzakirələr zamanı Tramp deyə bilər ki, biz Ermənistanı AB-ə üzv qəbul edə bilərik və Rusiya Ermənistandakı hərbi bazasından və Ermənistan vasitəsilə sanksiyalardan yan keçmək imkanından məhrum ola bilər. Hazırda Rusiyanın sanksiyalardan yan keçərək lazımi məhsulları ölkəyə idaxal etməsində ən böyük yardıım Ermənistan tərəfindən göstərilir və AB də ABŞ da bunu hamıdan yaxşı bilir. Amma niyə görəsə hələlik Ermənistanı durduran yoxdur. Deməli, Qərb bu nəfəslik yolunu Rusiyaya Ermənistan üzərindən verməklə onu istədiyi vaxt kəsə biləcəyini Rusiya qarşısında bir şərt kimi istifadə edə bilər.
Üçüncüsü, bu qərarın siyasi gündəmə gətirilməsi həm də Ermənistan tərəfindən AB-ə ünvanlanmış siyasi siqnaldır. Bu o deməkdir ki, Ermənistan növbəti dəfə ənənəvi müttəfiqinə xəyanət edərək AB-ə qoşulmağa və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında fəal rol oynamağa hazırdır. Amma əvəzində Qərbdən təhlükəsizlik zəmanəti istəyir.
Dördüncüsü, 2026-cı il Ermənistanda seçkilər ilidir. Keçən seçkilərdə Paşinyan xalqa Azərbaycanla sülhə nail olacağına söz vermişdi. Lakin sülh müqaviləsinin imzalanması üçün bir sıra şərtlərin yerinə yetirilməsi, o cümlədən Ermənistanın Konstitusiyasında dəyişiklik edilməklə vaxtilə qəbul olunmuş Müstəqillik aktından imtina edilməsi zərurəti var. Seçkiqabağı dövrdə belə bir təkliflə çıxış etmək Paşinyan hakimiyyəti üçün böyük riskdir. Müxalifət cəmiyyətin vətənpərvərlik hissi ilə oynayaraq bu təklifi seçki təbliğatında Paşinyanın əleyhinə istifadə edə bilər. Ona görə də Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi məsələsini Paşinyan məhz gələn seçkilərdən dərhal sonra gündəmə gətirəcək və xalqın dəstəyini qazanacaq. Bununla da sülh bağlanmasına əngəl yaradan amillərdən biri aradan qalxmış olacaq.
Seçkilər ərəfəsində AB-ə üzvlüklə bağlı aparılan bu şou-təbliğatın fonunda Paşinyan öz reytinqinin yüksələcəyini təxmin edir və reytinqinin ən yüksək məqamında növbədənkənar seçkilər elan edərək gələn seçkiləri də qazanmağı hədəfləyir. Əlbəttə, Paşinyanın növbəti seçkilərdə qələbəsini təmin etmək üçün bundan yaxşı və uğurlu siyasi gediş ola bilməzdi.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
