Raufun başını kəsib təpikləmək lazımdır

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Yenisabah.az saytına müsahibəsi:
- Rauf bəy, rüşvətxor və korrupsioner məmurların həbsi konteksində ölkədəki siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Ölkədəki siyasi vəziyyət köklü islahat gedən dövlətdəki prosesə uyğundur, yəni mürəkkəbdir. Çünki bu cür köklü islahat, onun tərkib hissəsi olan həbslər, vəzifələrdən azad etmələr çoxsaylı və zəngin məmurların maraq və mənafelərinə toxunub. Onlar gizli də olsa, müqavimət cəhdləri edirlər, prosesi sabotaj etməyə çalışırlar, digər düşərgə komponentlərini hərəkətə gətirməyə cəhdlər də sezilir; bu da istər-istəməz ölkədə müəyyən gərginlik vəziyyəti yaradır. Nəzərə alaq ki, Azərbaycan həm də dünya çapında cövlan edən bir virusun cəngindədir və buna görə də ictimai gərginlik də var. İnsanlar aylardır ki, evdən kənara çıxmaqda problem yaşayırlar, iş yerləri bağlıdır, çox adam maddi problemlərlə üz-üzədir. Ümimiləşdirsək, Azərbaycanda vəziyyət dünyanın bəzi ölkələrindən yaxşı, bəzilərinkindən isə pisdir, deyə bilərik.
- Məmurların həbsini vəd olunan islahatların tərkib hissəsi saymaq olarmı? Sizcə, son vaxtlar baş verən hadisələrdən sonra Azərbaycanda nə dəyişəcək?
- Azərbaycanda hakimiyyət dəyişir. Demontaj olunur. Buna inqilabi islahatlar da demək mümkündür. Həbslər, xüsusilə də pandemiya dövrünə düşən həbslər isə onu göstərdi ki, bu islahatları aparan ali iradə qətiyyətlidir və prosesin başa çatmasını istəyir. Həbslər sabotaj edənlərə, onların arxasında duran daha yüksək vəzifəli məmurlara, hakimiyyətdə kök salmış mafiyalara bir mesajdır ki, müqavimət olacaqsa, onlarla amansız davranılacaq. Hər şey əllərindən çıxacaq - o cümlədən də azadlıqları. İslahatlar Azərbaycanda hakimiyyətin əsaslı şəkildə yenidən qurulmasını hədəfləyir. Qanunverici, icra və məhkəmə hakimiyyətinin tamamilə islah olunması nəzərdə tutulub. Əslində, bunlardan artıq ikisi islah prosesinə məruz qalıb. Nazirlər Kabineti Baş nazir daxil olmaqla, əsaslı şəkildə, o cümlədən güc nazirləri də daxil olmaqla, dəyişdirilib. Eyni zamanda, parallel icra strukturu kimi qiymətləndirilə bilən Prezident Administrasiyası da ciddi dəyişikliyə uğrayıb. Tarixi bir prosesin şahidiyik. Elə fiqurlar gedib ki, onların bu iqtidardan düşürülməsi mümkünsüz görünürdü. Prezident İlham Əliyev kadr islahatlarının ciddi bir mərhələsini qan-qadasız, itkisiz halda həyata keçirdə bildi. 20 ildən çox öz postunda kök atmış, yuvalanmış yüksək rütbəli məmyrlar, nazirlər vəzifələrdən düşürüldü. Bundan sonra növbədənkənar parlament seçkiləri baş verdi və qanunverici hakimiyyət yeniləndi. Düşünürəm ki, yenilənmədə hədəf parlamentarilər deyildi, daha çox parlamentin başında duranlar idi. Məlumdur ki, parlament əvvəlki Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qurduğu koalisiyanın kontrolunda idi. Həmin xain koalisiyanın son yuvası ölkə parlamenttinin binası sayıla bilərdi. İndi ora sözün yaxşı mənasında darmadağın edildi. Artıq parlamentin rəhbərliyinə mafiyalara deyil, dövlətə bağlı ziyalılar, hətta müxalifət təmsilçiləri gətirilib. Parlamentdə-qanunverici hakimiyətdə həm parlamentarilərin, həm də parlamentin rəhbərliyinin və onun siyasətini müəyyən edən 34 şəxsin timsalında böyük dəyişikliyi müşahidə edirik. Deputatların bəzilərini, hətta bir çoxunu sevməyə bilərik, ''saxta yolla seçilənlər var'', deyə, iddialarda buluna bilərik. Amma əsas budur - Milli Məclisin rəhbərliyi, komitə sədrləri, onların müavinləri, vitse-spikerlər dəyişib, onlara kontrol kənar güclərin, hətta kənar dövlətlərin əllərində deyil... İndi növbə məhkəmə hakimiyyətindədir. Pandemiya bir az prosesə mane oldu, amma məlumatım var ki, orada da əsaslı dəyişikliklərə start veriləcək. Bu arada, islahata daha çox ehtiyacı olan sahələrdən biri də informasiya və mətbuat sahəsidir. Buna bəzən "dördüncü hakimiyyət" deyirlər.
- İslahatlar dövründə mətbuatın yeri və rolu nədən ibarət olacaq? Mətbuatda kim, yaxud nə dəyişməlidir?
- Mətbuatda çox şey dəyişməlidir, konseptual olaraq mətbuata baxış dəyişməlidir. Mənimki, səninki, onlarınkı, bizimki, ''azsektor', ''russektor'' …bölgüləri olmamalıdır. Mətbuatın düşərgələşməsinə tamamilə son qoyulmalıdır və yalnız mətbuat yox, ümumiyyətlə, informasiya seqmentində əhəmiyyətli dəyişikliklər baş verməlidir, dövlətdən maliyyələşmə prosesində də konseptual dəyişikliklərə ehtiyac var. Prezident və dövlət fədakarlıq edir, Azərbaycan mətbuatına milyonlarla pul xərcləyir, biz isə 145 illik yubileyimiz ərəfəsində baxıb görürük ki, Azərbaycan qəzetləri irəli yox, geri gedir. Bu gün bir dənə də olsun Azərbaycanda rəngli çap olunan müstəqil qəzet tapmaq mümkün deyil. Çünki Azərbaycanda çap texnologiyası hər kəsə çatımlı deyil. Efirimiz mətbuatımızdan fərqli deyil - orada da durum fənadır. Ənənəvi mediaya, rəsmi, qeyri-rəsmi televiziyalara inam çox aşağıdır. Azərbaycanda informasiya məkanını vətən anlayışı ilə dəyərləndirsək, deyə bilərik ki, vətənimiz işğal altındadır. Bir az mühacir mediasının, bir az Türkiyə televiziyalarının, bir az da rus mediasının, daha çox da sosial medianın işğalı altındayıq. Bu işğaldan vətənimizi, yəni informasiya sahəsini, milli auditoriyamızı qorumaq, xilas etmək lazımdır. Durum belədir və hesab edirəm ki, digər sahələr qədər Azərbaycanda mətbuat-informasiya sahəsinin islah olunması mühümdür. Doğrudur, son islahat prosesində ölkəmizin ənənəvi mediası, informasiya komponentləri Prezidenti, onun kursunu dəstəklədi. Lakin həm məmur həbslərində, həm də koronavirusa qarşı dövlət tərəfindən mübarizənin təşkilində göründü ki, bu dəstək ölkə və lazım olan kənar auditoriyanı əhatə edə bilmədi, ənənəvi media ictimai rəydə mötəbər mənbəyə çevrilməyi bacarmadı…
- Əli Həsənovun və Vüqar Səfərlinin vəzifədən azad olunmasından sonra bu sektor üçün xarakterik olan çoxsaylı problemlər üzə çıxdı. Təcrübəli biri olduğunuz halda, uzun illər ərzində bu problemlər gözünüzdən necə qaçıb?
- Bu problemlər gözümüzdən qaçmayıb. Gözümüzü çıxartmaqla təhdid edən problemləri görməmək mümkün deyil axı. Bu barədə Əli Həsənovla şəxsən söhbət eləyərkən də dəfələrlə demişəm, təkliflər irəli sürmüşəm. Əli Həsənovun vəzifədə olduğu dönəmdə ard-arda müsahibələr vermişəm, bu sahədə böyük problemin olduğunu dəfələrlə yazmışam. Onun xoşuna gəlməyib, iradlar edib. Amma belə bir fikir də deyirdi: "Mövcud informasiya siyasətini mən hazırlamamışam, sadəcə mənə hazır verilmiş bir siyasəti idarə edirəm"… Təbii ki, onun dediyi kimi deyildi, Əli Həsənov ölkədə medianın çərçivələrinin, azadlıqlarının daha da daralması üçün özünün ciddi töhfələrini vermis bir məmurdur. Hesab edirəm ki, ümumilikdə mediaya, onun mövzularına, tənqid imkanlarına çərçivə qoyulmamalıdır. Özünüsenzura mühiti aradan qaldırılmalıdır. Tənqid "importnı mal" olmamalıdır, Azərbaycana xaricdən, ''mühacir mediasından'' xitab etməməlidir. Medianın istər maddi, istərsə də digər asılılıqları var. Reklam haqqında qanun dəyişdirilməlidir. Reklam və elanların bölgüsündə ədalət prinsipi həyata keçirilməlidir. Mətbuat Şurasının statusu müəyyənləşdirilməlidir, hətta dəyişməlidir… Bir sözlə, hakimiyyətdə baş verən inqilabi dəyişiklik mətbuat-media sektorunda da baş verməlidir.
- Sabiq Səhiyyə naziri Əli İnsanovun timsalında "köhnə qvardiya"nın revanşa hazırlaşdığına dair iddialar mövcuddur. Ömrünün səkkizinci, hətta doqquzuncu onilliyini xırdalayan bu adamların siyasi proseslərə təsir etmək imkanı hara qədərdir?
- Əli İnsanov və onun başındakı sabiqlər qvardiyası hələ də hakimiyətdə qalan və yaxud yenicə hakimiyyətdən düşürülmüş həmfikirləri ilə, onların da vasitəsi ilə siyasi müxalifətlə birləşəcəksə, əlbəttə ki, ölkədə vəziyyət qarışacaq. Hazırda hakimiyyətə və Prezidentin apardığı islahat kursuna əsas müqavimət ənənəvi müxalifətdən deyil, Azərbaycan xalqından da deyil, məhz bəzi hallarda görünən və bəzi hallarda da görünməyən, gizlində qalan o "köhnə qvardiya"dandır. Əli İnsanovun ətrafında həmin oluşumun ciddi bir kəsimi toplanıb. Məndə mediadan üzə çıxan bilgilər və adlardan əlavə də məlumatlar var və bunlar narahatlığa əsas verir. Onlar çevrələrini genişləndirməyə davam edərlərsə və koalisiya modelini alarlarsa, vurulan mafiyaların birləşmə nöqtəsinə çevrilərlərsə, Azərbaycan üçün ciddi təhlükə olacaqlar. Ona görə də mən istərdim ki, Azərbaycanın ənənəvi müxalifəti onlara qoşulmasın. Lakin Azərbaycan mediasının onlara platforma verməməsini deyə bilmərəm. Çünki bu, mətbuatın, söz azadlığının əlifbasına zidd bir çağırış olar. Amma hər kəs bunu bilsin ki, Əli İnsanov və onun yeni təşkilatı ölkə üçün zərərlidir. Mən sadəcə bir detalı yada salıb, bu insanın nə dərəcədə təhlükəli olduğunu göstərmək istərdim. Zamanında Əli İnsanov onun haqqında tənqid yazdığımıza görə parlamentin tribunasından açıq şəkildə çıxış dedi ki, Rauf Arifoğlunun başını kəsib, futbol topu kimi küçələrdə təpikləmək lazımdır. Bunu YAP-ın rəhbərliyində olarkən Milli Məclisdə söyləmişdi. Bu kimi feodal təfəkkürlü insanlar, tənqidə görə redaktoru öldürmək istəyənlər indi Azərbaycanda yenidən iqtidar olmaq cəhdi göstərirlər…
- Rauf bəy, son vaxtlar sosial şəbəkələrdə hədəfə götürülən tanınmış simaların sırasında siz də varsınız? Sizcə, bu hücumların arxasında nə dayanır?
- Seçkiyə getmək və orada iştirak etmək təbii ki, tərəfdar toplusu ilə yanaşı, həm də əleyhdarlar toplusu yaradır. Nədənsə, mənə qarşı bu dəfə əleyhdarların koalisiyası yaranmışdı. Əli Kərimlinin bütün virtual var-yoxu, sosial şəbəkə fenomeni hesab olunan Aslan İsmayılov, İqbal Ağazadə və onun tərəfdarları, hətta mənim vaxtilə rəhbərliyində olduğum Müsavat Partiyasının bəzi funksionerləri, iqtidardan vurulmuş məmurların, mafiyaların təsir dairəsi mənə qarşı ciddi şəkildə kompaniya aparırdı. Bu, tənqid deyildi. Tənqid yaxşı şeydir, bu, bir qaralama, gözdənsalma aksiyası idi. Gücümüz çatan qədər çalışdıq ki, bu prosesin seçicilərin rəyinə - konkret bir auditoriyaya təsiri olmasın. Əslində, buna nail də olduq, ciddi uğur qazandıq, seçildik. Amma Azərbaycan təkcə 35 saylı Xətai üçüncü seçki dairəsindən ibarət deyil. Başqalarına, təbii ki, təsir edirdi. Bir adama qarşı müxtəlif, hətta aralarında münasibət olmayan təşkilatlar, mafiyalar, güclər niyə birləşsin? Seçkinin nəticələri ləğv olundu və bunlar susdular. İndi bir - birini yeyirlər, sosial mediada. Mənə qarşı savaşanlar hazırda öz aralarında qırğındadırlar. Onları qısa müddətdə birləşdirən məndən yana keçirtdikləri narahatlıq idi. Hərəsinin də öz motivi var və güclənməmi istəmədilər. Təəssüf ki, MSK rəhbərliyi bu qəribə, ''mehriban düşmənlərin'' şəxsimə qarşı apardığı kampaniyanın təsiri altında qaldı və Azərbaycandakı ən nümunəvi seçki dairəsinin nəticələrini ləğv etdi. Elə bir atmosfer yaratmışdılar ki, Məzahir Pənahov Facebookda yatıb - qalxırdı… İndi o da qəribə şəkildə yoxa çıxıb. Sanki bütün ''ayı''ların bir oyunu vardı, o da mənim mandatımın başında idi…
- Dövlət televiziyasında və hakimiyyətə yaxınlığı ilə tanınan digər telekanallarda tez-tez görünürsüz. Hakimiyyətə dəstək xarakterli çıxışlarınız bundan sonra da davam edəcəkmi?
- Mən hakimiyyəti dəstəkləmirəm. Ona müxalifətdəyəm. Mən ancaq prezident İlham Əliyevi dəstəkləyirəm. Onun addımlarını, uzun illər müxalifətdə olduğum bir iqtidarı ağıl və sistemlə demontaj etməsini dəstəkləyirəm. Görünən budur ki, Prezident özü də bu iqtidara qarşı illərlə müxalifətdə olub. Düşünüb, plan qurub, hazırlaşıb, məqam gözləyib. Və mən bilən ən azı, 3 dəfə bu iqtidarı islah etmək təşəbbüsləri göstərib. Həm də ilk dəfə 2005-ci ilin parlament seçkiləri zamanı... Əli İnsanov da daxil, nazirlərin həbsləri, Rəsul Quliyevin qəfildən Bakıya uçmaq cəhdləri yadınızdadırmı... 2013-cü ildə Moskvada modelləşdirilən Milli Şura oyunları, Rüstəm İbrahimbəyovun timsalında Kremlin ölkəni qarışdırmaq təşəbbüslərini də xatırlamaq lazım... Qəribə budur ki, hər dəfə də iqtidarda islah hədəfində olan vəzifəli məmurlarla müxalifətin bir qismi birləşərək, ona maneçilik törətməyə çalışıblar. 2005-də, 2013-də və son dəfə də indi! İlham Əliyev demək, bu anda, bu zaman kəsiyində, Azərbaycan deməkdir. Başqa heç bir siyasi lider hazırda Azərbaycan demək deyil. Heç onun bir küçəsi də demək deyil. Bu baxımdan, mən Azərbaycanı dəstəkləyirəm. Bu model dəyişəcəksə, Prezident Azərbaycanı normallaşdırıb, islahatları tamamlayıb, dövləti mafiyalardan, siyasəti natəmizlərdən, işğaldakı torpaqları ermənilərdən təmizləyəcəksə , mən fərqli seçimləri düşünəcəm. Amma indiki halda, Azərbaycanı seçirəm...
- Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
8 iyun 2025 23:26
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
8 iyun 2025 20:35
- Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
8 iyun 2025 19:09
- Paşinyan oğlu Aşotu erməni əsirlərin əvəzindən Azərbaycana vermək istəyib...
7 iyun 2025 23:18
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Sənədsiz evlərlə bağlı proses başlayır
6 iyun 2025 13:17
- Azərbaycanlı deputat ÖLKƏDƏN QAÇDI
3 iyun 2025 13:44
- Məmmədyarov: Minsk qrupunun ləğvi çətin məsələdir, çünki...
2 iyun 2025 23:54
- Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL - MÖCÜZƏDİR
2 iyun 2025 12:20
- Orban: Ukrayna NATO və Aİ-yə üzv olmaq iqtidarında deyil
09 iyun 02:55
- Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
09 iyun 02:47
- Hansı daha sağlamdır – Sürətli, yoxsa yavaş yerimək?- Travmatoloq cavab verdi
09 iyun 02:33
- Depressiyaya qarşı .... –Bu meyvələri YEYİN
09 iyun 02:21
- Qütb ayıları niyə DONMUR ?
09 iyun 02:10
- Yerdə oksigen səviyyəsi milyon dəfə azala bilər - FƏLAKƏT senarisi
09 iyun 01:59
- Ermənistan XİN başçısı Fransaya səfər edəcək
09 iyun 01:51
- Müharibədə ölən dağıstanlıların sayı açıqlandı
09 iyun 01:14
- İspaniyada on minlərlə insan hökumətə etiraz etdi
09 iyun 01:10
- Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
09 iyun 00:59
- Forbes: Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur
09 iyun 00:45
- Pensiyaların artım faizi AÇIQLANDI
09 iyun 00:37
- Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə
08 iyun 23:35
- Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
08 iyun 23:26
- Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi
08 iyun 23:11
- Paşinyan Laçınla qonşu şəhərə gəldi...-FOTO
08 iyun 22:56
- Millimizin oyununda biabırçılıq - Əlbəyaxa dava düşdü VİDEO
08 iyun 22:34
- Azərbaycan millisi yarımfinala yüksəldi
08 iyun 22:15
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
08 iyun 21:28
- Şəmkirdə 15 yaşlı yeniyetmə yandı
08 iyun 21:24
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
08 iyun 20:35
- Leyla Şıxlinskaya illər sonra (VİDEO)
08 iyun 20:18
- Azərbaycan Suriyada 320 ailəyə QURBAN PAYI göndərib
08 iyun 19:35
- Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
08 iyun 19:09
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
08 iyun 18:49
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
08 iyun 18:33
- Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
08 iyun 18:20
- Allahşükür Paşazadənin yaxın qohumu, biznesmen Tamilla İbrahimova vəfat etdi
08 iyun 17:37
- 60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət
08 iyun 16:33
- Toy yasa DÖNDÜ: ölən və yaralananlar var
08 iyun 16:19