Forbes: Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur

Ermənistan Fransadan, yoxsa Hindistandan qırıcı alacaq?
ABŞ-ın dünyaca məşhur “Forbes” jurnalında “How Armenia Might Respond To Azerbaijan’s JF-17 Fighter Acquisition” (Ermənistan Azərbaycanın JF-17 qırıcısını almasına necə cavab verə bilər) adlı irihəcmli məqalə təqdim edib.
Müəllif Paul Iddon yazır ki, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqlədi ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində JF-17 qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. JF-17C Block III qırıcısının 4.5-ci nəsil olmasını qabardan yazar bildirir ki, bununlada Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoymuş oldu. Azərbaycanın xeyli köhnəlsə də keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə 40 ədəd JF-17C Block III qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir. Təbii ki, Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu alış-verişdən xeyli narahatdır. Ancaq varlı Azərbaycanla silahlanmada rəqabət aparmaq məhdud imkanlı Ermənistan üçün xeyli çətindir.
Tərəflər arasında müharibə ehtimalının aşağı olduğunu yazan müəllif bildirir ki, Zəngəzur dəhlizinə görə müəyyən münaqişələrin olması da istisna edilə bilməz.
Ermənistan vəziyyətdən çıxmaq məqsədi ilə Dassault Rafale qırıcıları üçün Fransaya müraciət edib-etməyəcəyi bəlli deyil. “Forbes” belə yazır: “Yerevan çox güman ki, bir neçə istiqamətdə səy göstərsə də, Fransanın “Rafales”lərindən daha sərfəli olduğunu nəzərə alsaq, Hindistanda istehsal olunan Su-30MKI-lərin alınmasına üstünlük verəcək...Hindistan və Pakistan arasında keçən ay baş verən qarşıdurma ilə bağlı hələ də çox şey aydın olmasa da, Hindistanın Rafale donanmasının o qədər də güclü performans göstərməməsi ilə bağlı ittihamlar Ermənistanın qırıcı alışı ilə bağlı hesablamalarına müəyyən təsir edə bilər”.
Məqalədə deyilir ki, Hindistan lisenziya əsasında Rusiya döyüş təyyarəsi olan Su-30MKI variantını hazırlayır. Hindistan tezliklə bu təyyarələrin bir hissəsini ixrac edə bilər və şübhəsiz ki, Ermənistanı potensial müştəri kimi görür. Yerevan artıq bu onilliyin əvvəlindən Hindistan istehsalı olan silahlar üçün rekord qıran müqavilələr bağlayıb. Bundan əlavə, Yeni Dehli Ermənistanın mövcud Su-30SM-lərini təkmilləşdirmək və onları Hindistan istehsalı olan müxtəlif sursat və silahlarla uyğunlaşdırmaq üçün ideal namizəddir.
Hindistan, çox güman ki, Azərbaycanın Hindistanın əzəli rəqibi olan Pakistandan qırıcılar almasını neytrallaşdırmaq üçün Ermənistanı öz qırıcıları ilə təchiz etməkdə maraqlı olacaq.
Azərbaycanla havada rəqabət aparmaq üçün yeni qırıcılar əldə etməklə yanaşı, Ermənistan çox güman ki, öz hava hücumundan müdafiə sistemlərini Hindistan, İran və ya digər ölkənin müvafiq sistemlərlə təkmilləşdirməyə çalışacaq.
Elbəyi Həsənli. Sürix
Oxşar xəbərlər
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
5 sentyabr 2025 17:21
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
4 sentyabr 2025 09:59
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
Xəbər lenti
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
Video & Fotoqalereya
Video
Fotoqalereya