Məhərrəmlik bitdi, toylar başladı - qiymətlərdəki fərq...

Şadlıq evləri hələ də sifariş almadıqlarını deyir
Avqustun 23-də Hicri-Qəməri tarixi ilə Səfər ayı bitdi. Bununla da Məhərrəmlik əyyamı başa çatdı. Bu isə toylara davam deməkdir. Bəs ötən iki ayda menyu qiymətlərində ciddi dəyişikliklər varmı? Varsa, hansı məhsullardadır?
Qeyd edək ki, əvvəlki illərdə bu dövrdə şadlıq evləri yenidən fəaliyyətə başlayır, sifarişlər artır, menyular yenilənir. Lakin hazırkı vəziyyət bir qədər fərqlidir. Toy mövsümünün açılmasına baxmayaraq, şadlıq evləri hələlik əvvəlki illərdəki canlanmanı müşahidə etmədiklərini deyirlər. Bu iki ay ərzində menyu qiymətlərində nəzərəçarpacaq dəyişiklik baş verməsə də, sifarişlərin sayında ciddi azalma var.
“Ay işığı” şadlıq sarayının direktor müavini Daşqın Həsənov “Yeni Müsavat”a verdiyi açıqlamasında deyib ki, son iki ayda menyu qiymətləri sabit qalıb: “Hazırda sarayda orta hesabla bir nəfərlik menyu 70 manata başa gəlir. Məhərrəm ayında demək olar ki, bütün fəaliyyət dayanıb və zərərə işləmişik. Kompleksin gündəlik saxlanması üçün xərclər davam edir. İşçilərin maaşı ödənilir, kommunal xidmətlər yerinə yetirilir. Amma tədbir keçirilmədiyi üçün gəlir yoxdur”.
Həsənov bildirib ki, ət məhsullarının qiymətində artım var, bu da ümumi maya dəyərinə təsir edir. Lakin menyuda qiymət artımına getmək istəmirlər, çünki bu halda sifarişlər daha da azalacaq. Hazırda mövcud vəziyyətdə şadlıq evi fəaliyyətini dayandırmadan, minimum gəlirlə işləməyə üstünlük verir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə sifarişlərdə 60 faizə yaxın azalma müşahidə olunur. Məhərrəm ayı başa çatsa da, bu vaxta qədər hələ bir dənə də olsun toy sifarişi daxil olmayıb.
“Xəmsə” şadlıq sarayında da vəziyyət oxşardır. Administrator Telman İsmayılov bizimlə söhbətdə bildirib ki, menyuda qiymətlər dəyişməyib, orta hesabla bir nəfərlik yemək 50 manat təşkil edir. Bəzi məhsullarda, xüsusilə ət və yağ kimi əsas ərzaqlarda qiymət artımı olsa da, menyu qiymətlərində dəyişiklik edilməyib: “Toy sifarişləri isə demək olar ki, yoxdur. Əvvəlki illərlə müqayisədə ciddi fərq var”. Onun fikrincə, hazırda insanlar iqtisadi çətinliklərlə üzləşirlər, ona görə də toy etmək fikrindən yayınırlar: “Gənclər evlənmək istəmir, daha doğrusu, evlənmək üçün maddi imkan tapmırlar”.
Hazırda şadlıq sektorunda maraqlı bir vəziyyət yaşanır. Bir tərəfdən qiymət artımı ilə bağlı təzyiqlər var, digər tərəfdən isə bu artımı tətbiq etmək mümkün deyil, çünki alıcılıq qabiliyyəti aşağıdır və sifarişlər onsuz da azdır. Belə şəraitdə şadlıq evləri qiymətləri sabit saxlamaqla müştərini itirməməyə çalışırlar. Amma bu strategiyanın nə qədər davam edə biləcəyi bəlli deyil.
Maraqlıdır ki, hər il Məhərrəmlikdən sonra toy sifarişlərində artım müşahidə olunurdu, bu il isə bu artım nəzərə çarpmır. Ekspertlər bunu bir neçə faktorla izah edirlər. Onların fikrincə, gənclərin ailə qurmaq istəyi əvvəlki illərlə müqayisədə xeyli azalıb. Evlilik yaşı yüksəlib, ailə qurmaq üçün tələb olunan minimum vəsait isə getdikcə artır. Orta statistik toyun keçirilməsi üçün lazım olan büdcə 10-15 min manat arasında dəyişir. Bu məbləğ bir çox gənc ailənin maddi imkanlarını aşır. İqtisadçılar vurğulayırlar ki, ərzaq məhsullarının, xüsusilə ətin bahalaşması şadlıq evlərini çətin vəziyyətə salıb. Qida məhsullarında inflyasiya davam edir və bu prosesdən ən çox zərər görən sahələrdən biri məhz kütləvi tədbirlərlə məşğul olan sektordur.
Qeyd edilir ki, bu gedişlə şadlıq evləri fəaliyyətlərini qismən dondura və ya xidmət sahələrini daralda bilər. Bəziləri isə çıxış yolu kimi daha sadə və minimal menyulara keçid etməyi təklif edirlər. Toyların sadələşdirilməsi, daha az sayda qonaqla keçirilməsi və yeməkdən çox məkan və atmosferə üstünlük verilməsi gələcəkdə bu sahədəki vəziyyəti sabitləşdirə bilər.
Nəticə etibarilə, şadlıq evləri üçün ağır bir dövr yaşanır. Məhərrəm ayının bitməsi ilə toy mövsümünün başlayacağı gözlənilsə də, bu, özünü doğrultmur. Qiymətlərin sabit qalmasına baxmayaraq, sifarişlərin olmaması bu sahədə durğunluğun hələ bir müddət də davam edəcəyindən xəbər verir. Sahibkarlar çıxış yolu axtarır, amma real dəyişiklik üçün həm iqtisadi sabitlik, həm də əhalinin alıcılıq qabiliyyətində artım vacibdir.
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- ABŞ-də Ərdoğan-Tramp görüşü başladı
25 sentyabr 2025 22:27
- Tramp Putini sındırdı: Rusiya KAĞIZ PƏLƏNGDİR , Ukrayna torpaqlarını geri alacaq, irəli gedəcək
24 sentyabr 2025 11:42
- Adnan Əhmədzadənin vaxtı bitdi - Həbs qərarı qüvvədə qaldı
24 sentyabr 2025 11:14
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22
- İlham Əliyev İspaniya Kralını təbrik edib
12 oktyabr 12:04
- Pakistan Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
12 oktyabr 11:14
- Bəşər Əsəd bütün gün İQRA oynayır...
12 oktyabr 11:07
- Geyim markasını REKLAM etmək üçün 32 MİLYON QONORAR alacaq
12 oktyabr 10:46
- Əfqanıstan-Pakistan sərhədində döyüşlər gedir
12 oktyabr 01:06
- Pişik saxlayanlar daha uzun ömür sürür - ARAŞDIRMA
12 oktyabr 00:35
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 22:19
- Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
11 oktyabr 22:05
- Gədəbəydə ŞOK: müəllim siqaretə görə HƏBS OLUNDU
11 oktyabr 20:31
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38