Talıbovların “saxladığı” qadın müğənnilər- HƏRƏMXANA
Qarşıdakı günlərdə tükürpədici faktlar açıqlanacaq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun və övladlarının gələcək taleyinin necə olacağı ilə bağlı ortaya çıxmış suallar hələlik konkret cavablarını tapmayıb. Lakin mətbuata ayaq açan məlumatlar Talıbovların qara günlərinin hələ qarşıda olduğunu ehtimal etməyə əsas yaradır.
Naxçıvandan gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı sərvətin miqdarı milyardlarla ölçülür. “Seymur Talıbov ölkədən çıxışına imkan verilmədi”, “Talıbovların İsveçrə bankında hesabları aşkarlandı”, “Vasif Talıbovun övladlarının müğənnilərə bağışladığı malikanələrin fotosu yayıldı”, “Naxçıvanda taksi sürücülərinə 17 minlik avtomobillər 35 min manata satılıb”, “Talıbovlara məxsus şirkətlər vasitəsi ilə külli miqdarda qara pullar “yuyulub”, “Vasif Talıbovun şirkətlərində maliyyə yoxlamaları aparılır” və sairə kimi başlıqlı xəbərlər hər halda Ali Məclisin sabiq sədrinin təkcə istefa ilə canını qurtara bilməyəcəyindən xəbər verir.
Məlumatlı şəxslərin iddiasına görə, hələ ictimaiyyətə açıqlanmayan tükürpədici faktlar var ki, onlar da tədricən gün üzünə çıxarılacaq və nəticədə Talıbovların dövlətə vurduğu zərərin miqdarı barədə daha aydın təsəvvürlər yaranacaq. Eyni zamanda, Naxçıvan əhalisinin Dövlətdən narazı salınmasına xidmət edən davranışlar, eləcə də ağlasığmaz qadağalar barədə daha dəqiq və ətraflı məlumatların da çeşidlənəcəyi gözlənilir.
Hazırda dolaşan məlumatlardan bir də Talıbovlara məxsus daşınan və daşınmaz əmlakın, şirkət və obyektlərin, eləcə də avtomobillərin dəqiq siyahısının müəyyənləşdiririlməsi ilə bağlıdır. Bu isə Talıbovların qanunsuz yolla formalaşdırılımış varidatının Dövlətin nəfinə veriləcəyini göstərir.
Məlumatlara görə, Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə mükafatlandırılıblar.
Məlumatlarda qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər araşdırılır. Çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək, “Nə qədər alımsız, harada və hansı şəkildə” kimi suallara cavab verməli olacaqlar.
Missiya.Az
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Millimiz Gürcüstana 0:6 uduzdu
6 fevral 2026 18:34
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
