Sizə minnətdarıq, cənab ƏRDOĞAN
Azərbaycanın 1918-ci ildəki cümhuriyyət quruculuğu, eləcə də 2020-ci ildə ərazi bütövlüyünün təmini, 2023-cü ildə antiterror əməliyyatı birbaşa Türkiyənin siyasi, iqtisadi, mənəvi və əməli dəstəyi ilə mümkün olub.
1918-ci ildə Bakının erməni-rus işğalından azad edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün türk əsgəri piyada 3000 km yol qət edib, Bakının azad edilməsi uğrunda şəhidlər verib.
2020-ci ildə Türkiyə Azərbaycana görə Minsk qrupu həmsədrləri ABS, Rusiya və Fransanı Qarabağ problemindən öz maraqları naminə istifadə etdiyi, problemin həll olunmamasında ittiham etdi. Türkiyə rəhbərləri 44 günlük müharibədə Bakıda olub, hər cürə, əvəzolunmmaz dəstək verib.
2023-cü ildə bir günlük antiterror əməliyyatı günü Rəcəb Təyyub Ərdoğan BMT tribunasından Azərbaycanı müdafiə etdi və Azərbaycana qarşı olan ölkələrin qarşısında Türkiyəni görəcəyinin bəyan etdi.
Azərbaycanın bütün uğurları Türkiyənin birbaşa iştirakı ilə mümkün olub.
44 günlük müharibədən keçən 4 illik müddət ərzində bir sıra ciddi dəyişikliklər baş verib. Azərbaycanla Avropa münasibətləri kəskin xarakter alıb, Azərbaycan öz gələcəyini Avropa ilə bir yerdə görmədiyini bildirib. Fransa Azərbaycan münasibətləri açıq düşmənçilik səviyyəsindədir. Rusiya ilə Ermənistan münasibətləri tam pozulmaq həddindədir. ABŞ Ermənistandan Rusiyanın çıxarılması üçün Ermənistana hər sahədə açıq dəstək verir. Reğiona yeni qüvvələr daxıl olub. Ermənistanın silahlanmasında Fransa, ABŞ, Hindistan kimi ölkələr iştirak edir. 44 günlük müharibənin yaraları sağaldıqca, vaxt keçdikcə Ermənistanda revanşist qüvvələrin daha da güclənəcəyi heç kimə sirr deyil. ABŞ-ın Ermənistanda yerləşməsi də Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Erməni lobbisinin ABŞ-dakı gücünü, Avropa Azərbaycan münasibətlərini nəzərə alsaq bu regionda yeni rəxribatların olacağı qacılmazdır.
Rusiya- Ukrayna müharibəsində faktiki olaraq digər dövlətlərin aşkar şəkildə iştirakı, Rusiyanın mövqeyinin hər an zəiflədiyini nəzərə alsaq, bu məğlubiyyətdən Rusiyanın “müttəfiqi” Azərbaycanın da zərbə alacağı şübhəsizdir.
Belə bir kritik vəziyyətdə Azərbaycan hakimiyyətinin Türkiyə ilə münasibətlərində gözlə görükən gərginlik tezliklə ortadan götürülməlidir.Ermənistanla danışıqlarda Azərbaycan və Türkiyənin ayrı-ayrılıqda və fərqli mövqe nümayiş etdirməsi Azərbaycanın mövqelərini zəiflədir. İndiki dövrdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin pozulması Azərbaycan üçün faciələrə səbəb ola bilər. Azərbayçanın yeganə yolu Şuşa bəyannaməsindən irəli gələn addımları atmaq və Türkiyə ilə daha dərin əlaqələr yaratmaq, konfederativ əsaslarla vahid dövlətçiliyə doğru yürüməkdir. Türkiyənin maraqları, Ərdoğanın Türkiyəni super dövlətə çevirmək siyasəti də bunu tələb edir. Bu siyasət yalnız Türkiyənin maraqlarına xidmət etmir, Türk dövlətlərinin hər birinin, xüsusilə Azərbaycanın maraqlarına uyğundur. Türk dövlətləri dünyada söz sahibinə, indiki statusdan tamam fərqli bir statusa malik olur.
Sonuncu Şuşa sammitində türkün iki böyük dövlətinin Türkiyə və Qazaxıstanın liderlərinin iştirak etməməsinə səbəb olan səhvlər düzəldilməlidir.
Bu günkü türk-islam intibahının lideri şəksiz-şübhəsiz Ərdoğandır. Biz Azərbaycan olaraq bu intibahın ən ön dəstələrindən biriyik və belə də davam etməliyik. Batmaqda olan Rusiya gəmisindən xilas olmağın əsl vaxtıdır.
Azadlıq Partiyasının sədri ƏHMƏD ORUC
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 2026 13:21
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
