2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə də yadda qaldı. Belə ki, bu il bir çox tanınmış simalar həyatını itiriblər. Onların sırasında siyasətçilər, alim və ölkənin məşhur mədəniyyət xadimləri də var.
Bizim.Media 2024-cü ildə vəfat etmiş Azərbaycanın tanınmış şəxslərinin siyahısını təqdim edir:
Aygün Bəylər
Yanvarın 6-da müğənni Aygün Aydın qızı Hümmətova (Aygün Bəylər) uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, 1975-ci ilin 22 avqustunda anadan olub. Müğənni, 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.
Çingiz Hüseynov
Yanvarın 8-də Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Həsən oğlu Hüseynov vəfat edib. O, 1929-cu ilin aprelin 20-də anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Ç. Hüseynov filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) olub.
Rəfiqə Axundova
Fevralın 6-da balet ustası Rəfiqə Hacı qızı Axundova dünyasını dəyişib. O, 1931-ci ilin avqustun 7-də anadan olub. Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970) idi.
Namiq Abbasov
Martın 27-də Namiq Abbasov vəfat edib. 1940-cı ildə anadan olan N. Abbasov 1995-2004-cü illərdə Azərbaycanın Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistandakı fövqəadə və səlahiyyətli səfiri olub.
İsgəndər Quliyev
17 apreldə vaxtilə Milli Məclisin deputat olan İsgəndər Həsən oğlu Quliyev vəfat edib. 1938-ci ildə anadan olan İ. Quliyev 2001-ci il 53 saylı Astara seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
Hadi Rəcəbli
Aprelin 17-də Hadi Musa oğlu Rəcəbli dünyasını dəyişib. 1947-ci ildə anadan olan H. Rəcəbli Milli Məclisin I–V çağırış deputatı (1995–2020), parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Elmira Süleymanova
Aprelin 25-də Elmira Teymur qızı Süleymanova vəfat edib. 1937-ci ildə anadan olan E. Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsində çalışıb. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən) olub.
Dadaş Rzayev
Mayın 27-də Dadaş Qərib oğlu Rzayev dünyasını dəyişib. O, 20 fevral 1993-17 iyun 1993-cü ilə qədər Azərbaycanın müdafiə naziri olub. D. Rzayev 22 dekabr 1935 anadan olub. Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi.
Vaqif Hüseynov
İyunun 3-də Vaqif Əliövsət oğlu Hüseynov vəfat edib. O, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989–1991), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1980–1983) vəzifələrində çalışıb.
Səfa Mirzəyev
22 iyul tarixində Səfa Abbas oğlu Mirzəyev vəfat edib. 1952-ci ildə anadan olan S. Mirzəyev uzun illər Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri vəzifəsində işləyib. 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006) olub.
Ədil Arifoğlu
İyulun 28-də Ədil Arifoğlu dünyasını dəyişib. 1968-ci il təvəllüdlü Ə. Arifoğlu "AzTV”nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru idi. O, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
Nəsiman Yaqublu
Avqustun 25-də Nəsiman Qara oğlu Yaqublu avtomobil qəzası nəticəsində vəfat edib. 1962-ci il təvəllüdlü N. Yaqublu Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. O, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlar aparıb.
Tağı Əhmədov
18 oktyabrda Tağı Məhəmməd oğlu Əhmədov vəfat edib. 1948-ci il təvəllüdlü T. Əhmədov uzun illər Bakı Metropoliteninin rəisi işləyib (1998–2014). Azərbaycan Dama Federasiyasının vitse-prezidenti (2008–2022), Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri (2015–2022) olub.
Səmayə Piriyeva
Noyabrın 23-də Səmayə Piriyeva vəfat edib. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub. Bir müddət Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb (1999–2000).
Rafiq Nəsirov
Noyabrın 29-da Rafiq Əliş oğlu Nəsirov vəfat edib. 1947-ci il təvəllüdlü R. Nəsirov Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub (2017).
Oxşar xəbərlər
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
