19 yanvar – Bakı qırğınının başlanğıc günü
Aradan 35 il keçib. 1990-cı ildə doğulanlar bu il sırayla 35 yaşlarını tamam edəcəklər. Bu yarı yaş, ömrün ortası deməkdir. O şəxslər 20 Yanvar faciəsinin nə demək olduğunu yalnız dərs kitablarından, 20 Yanvara həsr olunmuş tədbirlərdən deyilənlərdən bilirlər.
Bir də var, həmin günlərdə 10, 15, 20, 25, 30, 35 yaşı olanların 20 Yanvar faciəsi yaşantıları.
Bu faciə millətin duyarlı, vətənpərvər, şüurlu kəsiminin sinəsində çalın-çarpaz dağ kimi, qövr edən yara kimi hələ də qalır və sona qədər qalacaq. Ağır gümlər idi. Xatırlayanda belə adam üşənir.
Əslində isə bu faciə tam olaraq 1990-cı ilin yanvar ayının 20-də olmamışdı, qətliam, gülləboran yanvarın 19-dan başlanmışdı. Sovet-rus tankları yanvarın 19-da hərəkətə gəlmişdi, dövlət televiziyasının enerji bloku yanvarın 19-da partladılmışdı (əhalini informasiyasız qoymaq üçün), xalq kütlələrinin şəhərin giriş-çıxışlarında qurduğu barrikadalar yanvarın 19-da yarılmışdı.
![]()
Sadəcə olaraq, biz yanvarın 20-də milli faciəmizin acı mənzərəsi ilə üz-üzə qalmışdıq. Bakının işğalı yanvarın 19-da başlanmış, 20-də başa çatmışdı. Ancaq işğalçılar situasiyaya hakim deyildilər. Onların şəhərin strateji obyektlərini nəzarətə götürmüş, qırğın törətmiş, küçə və meydanları isə etirazçı xalqa buraxmışdılar. Sovet-rus hərbçiləri komandaturalarda, qarnizonda oturub gözləyirdilər.
![]()
O zaman xalq şəhidlərinə sahib çıxdı, işğalçıların tələb və tövsiyələrinə məhəl qoymadı. Azsaylı və karyerist kompartiya fəalları istisna olmaqla bütün xalq milli müqavimətdə iştirak etdi, şəhidlər şəhərin ən yüksək nöqtəsində, görünməmiş bir mütəşəkkilik və ehtiramla dəfn edildilər. Respublika rəhbərliyinə yeni təyin olunmuş şəxslər situasiyanı nəzarətə almağa çalışsalar da, çox çətinlik çəkirdilər. Sanki onları da şəhidlərin qanı tutmuşdu.
İndi hamımız haqlı olaraq o zamankı dövlət rəhbəri Qorbaçovu lənətləyirik, vaxtilə ona verilmiş Nobel sülh mükafatının geri alınmasını tələb edirik. Ancaq bir incə məqamı unuduruq. 20 Yanvar faciəsinə görə bütün məsuliyyəti Qorbaçovun çiyninə yükləyəndə o biri Kreml canavarları yaddan çıxır.
![]()
Məsələnin məğzi isə belədir. 1990-cı ilin yanvar ayının ortalarında Siyasi Büroda Bakıya qoşun yeririlməsi məsələsi müzakirə olunanda qərar kollegial şəkildə qəbul olunub. Qorbaçov heç də yumruğunu masaya çırparaq, “Bakıya ordu yeritməliyik” deyə təkbaşına qərar verməyib. Bakıda vəziyyətin nəzarət altına alınmasının qatı tərəfdarları sovet dövlətinin digər rəhbərləri olub. Onlara baxanda Qorbaçov daha mülayim biri idi.
Bakıya qoşun yeridilməsi təşəbbüsünün əsas tərəfdarları SSRİ-nin güc strukturlarının rəhbərləri, partiyada sərt xəttin tərəfdarları olan şəxslər olublar. Onlar adbaad məlumdur: Yazov, Kryuçkov, Bakatin, Rıjkov, Liqaçov, Primakov və başqaları...
Bu şəxslər hesab edirdilər ki, yumşaq tərpənsələr, Stalinin, Xruşovun vaxtında olduğu kimi üsyana qalxmış kütlələrə amansız divan tutmasalar, sovet rejimi sarsıla bilər. Onlar kompartiyanın hakimiyyətinin, sovet hərbi-polis rejiminin qorunub saxlanması üçün əliyalın xalqı qırıb-çatmağa hazır idilər. Bir ildən sonra onlar Bakıda törətdikləri qırğının 10 dəfə kiçik miqyaslısını Litvanın paytaxtı Vilnüsdə etdilər. Bizdən bir il qabaq Tiflisdə, ondan da əvvəl Almatıda etmişdilər.
Bu şəxslər 1991-ci ilin avqustunda Qorbaçovu devirərək SSRİ-də hakimiyyəti götürməyə də çalışdılar. “QKÇP” adlanan qiyamın formal rəhbəri vitse-prezident Gennadi Yanayev olsa da, baş rolda Bakı qırğınının təşkilaçıları idi: Kryuçkov və Yazov. Sadəcə, bu dəfə onlar əliyalın Moskva xalqına silah qaldırmadılar. Eyni müqavimət digər 14 müttəfiq respublikanının birində olsaydı, yəqin ki, çoxunda tərəddüd etmədən xalqı qırardılar.
![]()
Maraqlıdır ki, Bakı qətliamında iştirak edən, həmin günlərdə Nəsimi rayonunun hərbi komendantı olan və Bakıdakı “rəşadət”inə görə general-mayor rütbəsi alan Aleksandr Lebed 1 il 8 aydan sonra Moskvada müdafiə nazirinin əmrinə itaət etməyərək, xalqa güllə atmadığına görə yenidən “qəhrəman” oldu.
Bu necə ola bilərdi? Bakıda xalqı qırırsan, “qəhrəman” olursan, Moskvada xalqı qırmırsan, yenə “qəhrəman” olursan.
Bu, Kremlin Azərbaycana və digər müstəmləkələrə qarşı yeritdiyi ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Sovet hakimiyyətinə müqavimətə, mərkəzin qərarlarının sabotajına, Kremlə qarşı qaldırılan şüarlara qalsa, bunu birinci və sürəkli olaraq edən Ermənistan idi. Məhz ermənilər kompartiyanın orqanı olan “Pravda” qəzetini tabutlara doldurub basdırmışdılar, mərkəzi televiziyanın “Zaman” proqramının translyasiyasını Ermənistan ərazisində dayandırmışdılar, İrəvan və Xankəndidə təşkil etdikləri mitinqdə SSRİ-dən ayrılmaq tələbi səsləndirmişdilər, ancaq Kreml onlara qarşı heç bir cəza tədbiri görmürdü. Bax, bu məsələdə Qorbaçovun və həyat yoldaşı Raisa Qorbaçovanın, eləcə də sovet dövlətinin başçısının baş köməkçisi və məsləhətçisi Georgi Şaxnazarovun böyük rolu vardı.
![]()
Bizim günahımız isə Qarabağı, ölkəmizin ərazi bütövlüyünü müdafiə etməyimiz, bunu necə edəcəyimizi doğru-dürüst bilməməyimiz idi. Təklənmiş durumdaydıq. Nə İrandan haray vardı, nə də həmin illərdə ABŞ-nin yedəyində gedən Türkiyədən. ABŞ isə birmənalı olaraq Qorbaçovun tərəfindəydi, onu islahatçı adlandırır, SSRİ-nin demontajını apardığı üçün həvəsləndirirdi. Başqa vaxt hansısa ölkədə adi bir mitinqin su şırnağı ilə dağıdılmasını “insan haqlarının tapdanması, demokratiyanın boğulması” adlandıran Qərb dövlətləri Bakıda 150-yə yaxın mülki insanın qətlə yetirilməsini “SSRİ-nin daxili işi” adlandırmışdı.
Biz bu günə o günlərdən keçib gəlmişik. İndinin özündə bəzən Rusiya rəhbərliyi tərəfindən ölkəmizə qarşı xoşagəlməz addımlar atılanda və milli vətənpərvər qüvvələr ona sərt reaksiya verəndə bəziləri deyirlər: “Nədən Moskvaya qarşı belə aqressivsiniz?”
Dərhal bilirsən ki, bu adamlar ya 20 yanvar 1990-cı ildə körpə olublar, ya da onlarda mili təəssübkeşlik hissi sıfırın altında-üstündədir.
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezidentdən Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım
25 fevral 23:27
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 21:07
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 18:45
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 12:02
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 11:17
- Horovluya növbəti köç karvanı yola salındı
25 fevral 10:59
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 10:50
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 01:40
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 18:56
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 17:23
- Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Prezident Sərəncam imzaladı
24 fevral 17:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 14:57
- İlham Əliyevdən estoniyalı həmkarına - Təbrik
24 fevral 13:21
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 13:10
- Parlamentdə 1 dəqiqəlik sükut
24 fevral 13:01
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 11:03
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 10:31
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 00:02
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 19:30
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 17:48
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 17:24
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 17:17
- Kim Çen In yenidən seçildi
23 fevral 10:09
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 10:00
