Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar
Azərbaycanda sürücü AAYDA-nı məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sürücü, radio aparıcısı Elgün Xıdırov sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, magistral yoldakı yararsız vəziyyətlə əlaqədar onun avtomobilinin təkəri partlayıb. Sürücü bununla bağlı məhkəməyə müraciət edərək, məhkəməni udub və təzminat alıb.
Hadisə M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində baş verib.
Hadisənin təffərrüatları ilə bağlı o sosial şəbəkə hesabında bunları yazıb:
“Bu yazıda sizinlə maraqlı və prinsipial bir məhkəmə təcrübəsini bölüşürəm. Düşünürəm ki, belə məhkəmə işləri Azərbaycanda çox az rast gəlinir. Çünki sürücülər oxşar hallarda ya nə etmək lazım olduğunu bilmir və yaxud prosesin ümidsiz olacağından çəkinib dəymiş zərəri özləri qarşılamalı olur.
Beləliklə, təxminən 1 il əvvəl Xaçmaza gedərkən avtomobilimin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum. Bu səhnəni Viktor Hüqo sayağı saatlarla təsvir etmək olar. Telefonun işığı ilə bolt açmaq, palçıqlı əllə sonra yenidən bir təhər işıq tutmaq. Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orada dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb. Maşınlardan biri hələ də domkratı olmadığı üçün orada qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik.
Sabahı gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub yolun vəziyyəti barədə məlumat verdim və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çox sayda sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır. Qəzalardan sonra belə yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq illər əvvəl H.Z.Tağıyev qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib. Ümumiyyətlə, yollarda belə hissələr çoxdur.
Nə isə, qayıdaq mətləbə. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mənsə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun (“ступица”) diyircəkli yastığı (“подшипник”) sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə 0 reaksiya gördüm.
Beləliklə qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərər görən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir. Sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etdik.
Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azlatsa da, bu ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı.
Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzlə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı”.
Qeyd edək ki, məhkəmə AAYDA-nın sürücüyə 933 manat ödəməsi ilə bağlı qərar qəbul edib.










- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
6 aprel 2026 20:23
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
6 aprel 2026 15:28
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
6 aprel 2026 11:46
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
