Xalq artisti, görkəmli sənətkar Rəşid Behbudov belə ÖL(DÜRÜL)MÜŞDÜ... ..
Cəmiyyət10 iyun 2025 14:07
Sumqayıtda təxribat məqsədi ilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ Xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu. Bu, Moskvada SSRİ Ali Sovetinin sessiyasında baş tutdu. Nə oldusa, elə həmin sessiyada oldu...
Bəstəkarın qızı Rəşidə Rəşid bu hadisələr barədə, ələlxüsus da atasının ölümü haqqında bir zamanlar mətbuata verdiyi müsahibəsində deyirdi: "...1988-ci il idi. Atam bir az soyuqlamışdı. Heç yerə gecikməyən atam bu görüşə təxminən 2-3 dəqiqə gecikmişdi. Zala girəndə görüb ki, bütün zal adamla doludur. Qorbaçov künc tərəfdə oturubmuş. Oturmaq üçün başqa boş yer qalmayıb. Qorbaçovdan bir qədər uzaqda kreslo qoyulmuşdu. Atam da orada oturub.
Bir neçə dəqiqədən sonra Qorbaçov atama “O, Rəşid” deyə müraciət edib. Onun atama “sən” deyə müraciət etməsi onu təəccübləndirib. Niyə axı o atama “sən” deyə müraciət edirdi?! Etiket qaydalarına əməl etmək lazım idi. Sanki dünən bir yerdə oturub çay içmişdilər. Qorbaçov: “Rəşid, bura gəl, yaxın otur”. Atam ayağa durub ona tərəf yaxınlaşıb, yaxınlığında oturub.
Qorbaçov atamdan Dövlət Mahnı Teatrı haqda soruşub: “Rəşid, necəsən? Teatrda işlər necə gedir?” Atam oradan qayıdandan sonra anamla mənə dedi ki, Qorbaçovun Dövlət Mahnı Teatrında baş verənlərdən, işlərin gedişatından xəbəri var. Yəni o tam məlumatlıdır.
Atam daha sonra Qorbaçova cavab verib: “Pis deyil. İşlər davam edir. Biz dünya ölkələrinə səfərlər edirik. Amma bir şeyi başa düşə bilmirəm. Mixail Sergeyeviç, hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Çünki mənim şəhərimdə tanklar dayanıb.
Qorbaçov cavab verib: “Axı bunlar bizim tanklardır” – deyib. Atam: “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür! Nə olub Mixayıl Sergeyeviç? Nə baş verir?
Orada atamla Qorbaçov arasında gərginlik yaşanıb. Bütün ölkə, hətta Azərbaycanın hüdudlarından kənarda da hər kəs bilir ki, Rəşid Behbudov vətənini sevən bir insan idi. Bu, bir həqiqətdir!
Atam həmin görüşdə deyib: “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər siz bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək. Qan töküləcək! Qan töküləcək! Qan töküləcək! Atam bu sözləri çox emosional formada deyib. Masaya nəsə atıb, üzünü çevirib. Qapını çırpıb gedib. Sakitlik çöküb...
Atamın qətlə yetirilməsinin başqa bir səbəbi də var idi. O bilirdi ki, Stepan Şaumyan basdırılmayıb. O vaxt atama inanmadılar. Həmin yerdə işlər görülən zaman hər şey üzə çıxdı. Bəziləri deyirdilər ki, biz Rəşidə inanmadıq, o, haqlı idi. Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədini orada (indiki Sahil bağında - red.) tapmadılar. Rəşid Behbudov bu məlumatı bilirdi (Şaumyanın qaçaraq, Hindistana sığındığı və uzun illər orada yaşadığı haqda məlumatlar var - red.).
Buna görə də həmin vaxt atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu palataya yerləşdirdilər. Anamı yanına buraxmırdılar. O vaxt mənim oğlum Rəşid də balaca, südəmər bir uşaq idi. Anamla növbələşirdik. Anamın çayına nəsə töküb yatırdılar. Atamın isə yanına heç kimi buraxmırdılar. Əslində bu bütün tibbi normalara, Avropadakı qaydalara zidd idi. Çünki insan xəstələnib reanimasiyada yatırsa, yaxud da xüsusi palataya köçürülübsə qohumlarının ora mütləq girişinə icazə verilməlidir. Başa düşürsünüz? Müəyyən əhval-ruhiyyənin mövcudluğu aşkar formada hiss olunurdu. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, olmaz, olmaz, olmaz!
Oğlumun canına, mayın 2-də məni tərk edən anamın xatirəsinə, bütün xalqımızın qarşısında and içə bilərəm ki, hər şey məhz mənim danışdığım kimi baş verib! Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur.
Atam iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edib. Anama isə bunu günorta saat 12-də dedilər. Anam onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Deyiblər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”. Mən hər şeyi olduğu kimi danışdım. Gizli kaset barədə də məlumatım var. Guya onu kiməsə verib. Amma kimə verdiyi bilinmir. Həmin gizli kasetdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Bu həqiqətdir. Gizlətməyin nə mənası var?!
O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Anam təkid edirdi ki, atamı Mahnı Teatrından son mənzilə yola salsınlar. Teatr atamın zəhməti nəticəsində yaranmışdı. Dövlət teatrı idi. Atam onu xalq üçün qoyub getdi. Özümüzlə o biri dünyaya heç nə aparmırıq. O dövrdə həmin teatr bizim xalq musiqilərimizi bütün dünyada təbliğ edirdi. Atam SSRİ-nin xalq artisi kimi inanılmaz işlər görmüşdü.
Polad Bülbüloğlu anama cavab vermişdi: “Xeyr. Bilirsiniz, bizim ölkədə elə vəziyyət yaranıb ki, Rəşid Behbudovun vəfatı ilə əlaqədar olaraq mitinqlər baş qaldıra bilər. Və onun cənazəsini Mahnı Teatrından son mənzilə yola salmağımız mümkün deyil”. Əlbəttə ki, bu yalan idi! Təbii ki, kəskin siyasi vəziyyət ərəfəsində Rəşid Behbudovun Moskvada vəfat etməsi xalq arasında böyük səs-küy yaratdı. Amma bu doğru deyildi.
Anam dedi ki, əgər vəziyyət belədirsə, “mən Rəşidin cənazəsini Gürcüstana aparacağam və doğulduğu yerdə dəfn edəcəyəm”. O dövrdə babam Şuşadan Tiflisə köçmüşdü. Uşaqları da orada dünyaya gəlmişdi. Amma babam Qarabağda doğulub. Məşhur xanəndə Məcid Behbudovun büstü Muğam Mərkəzində ucaldılıb.
Anam dedi ki, “Rəşidin cənazəsini doğulduğu yerə, Tiflisə aparacağam”. Anamın bu sözlərindən sonra o, razılıq verdi. Və biz atamı Mahnı Teatrından son mənzilə yola saldıq. Ayın 12-də isə onu Filarmoniyadan yola saldılar.
Ekspertiza məsələsinə gəldikdə isə Moskvadan dedilər… “sizin dinə görə meyti yarmaq olmaz”. Anam dedi ki, düzdür, olmaz. “Onda zəhmət olmasa bu sənədi imzalayın”. Anam da imzaladı. Onun cənazəsini bura, Tibbi Ekspertiza İnstitutuna gətirəndə… Meyitin yarılmasını Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, 9-cu şöbənin işçiləri həyata keçirdi.
Sənədləri götürmüşdülər. Və hazırda da arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur. Bunu keçmiş direktor özü mənə deyib. Rəsmi olaraq!"
Məcid Rəşadətoğlu

Oxşar xəbərlər
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
Xəbər lenti
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
Video & Fotoqalereya
Video
Fotoqalereya

