Xaricdə işləmək istəyənlərin nəzərinə

Son illərdə xaricdə işləmək istəyən vətəndaşların sayı artdıqca onları müxtəlif ölkələrdə işlə təmin etdiyini iddia edən şirkətlərin fəaliyyəti də genişlənib. Bu şirkətlər adətən vətəndaşlara yaxşı maaşlı iş və yaşayış şəraiti vəd edirlər. Belə ki, bir çox halda vətəndaşlardan əvvəlcədən ödəniş tələb olunur və sonradan vədlərin yerinə yetirilmədiyi hallarla qarşılaşmaq mümkündür. Bu da xaricdə iş axtaran şəxslərin aldadılmaq ehtimalını artırır.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, bəzi dövlətlərdə miqrasiya mübadiləsi intensiv xarakter alır və miqrantların müəyyən bir qismi ora əmək fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə səfər edirlər. Belə olduğu təqdirdə, təbii ki, çoxsaylı vasitəçilər meydana çıxır:
“Bu vasitəçilər hər hansı bir firma, sosial şəbəkə üzərində fəaliyyət göstərən qrup və ya virtual aləmdən kənarda əyani şəkildə fəaliyyət göstərən konsaltinq qurumları ola bilər. Həmçinin fərdi şəxslər də ola bilər ki, insanların xaricdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyindən maksimum yararlanmağa çalışırlar. Onlar vasitəçilik xidməti göstərərək insanları xaricdə işə düzəltmək vədi verirlər və bu prosesdə zəngin təcrübəyə malik tərəf kimi özlərini təqdim edirlər. Bu yolla da xaricə səfər etmək istəyən şəxslərin müəyyən bir qismini öz tərəflərinə çəkir və xidmətlərinə görə müəyyən məbləğdə ödəniş tələb edirlər. Yalnız bundan sonra prosesə başlayırlar”.
A.Allahverənovun sözlərinə görə, proses ümumilikdə müəyyən prosedurlardan ibarət olsa da, bu prosesin vasitəçi şirkətlər və ya şəxslər vasitəsilə həyata keçirilməsi zəruri deyil:
“Lakin bəzi vətəndaşlarımız məlumatsız olduqları və xarici ölkələrlə əlaqələri olmadığı üçün bu tip vasitəçi qurumların xidmətlərindən istifadə etməyə meylli olurlar. Bütün hallarda insanlar aldadılır demək doğru olmaz. Çünki bəzi şirkətlər və fərdi şəxslər vətəndaşlarımızın xaricdə, qısa müddətli də olsa, işlə təmin olunmasına nail olurlar. Amma bütün müraciətlər də müsbət nəticələnmir, bəzən müraciət cavabsız qalır və ya müsbət həllini tapmır. Buna baxmayaraq, vasitəçi qurumlar çox vaxt xırda ödənişlərin əldə olunmasında maraqlı olurlar. Bu ödənişlər xidmət haqqı kimi təqdim olunur və daha böyük məbləğlər müqabilində cüzi görünə bilər. Şirkətlər və ya fərdi vasitəçilər əsasən buna fokuslanırlar”.
Millət vəkili bu tip şirkətlərin etibarlılığından danışarkən vurğulayıb ki, hər bir vətəndaş xarici ölkəyə səfər etməzdən əvvəl müvafiq qaydada dəyərləndirmə aparmalı, getmək istədikləri ölkədəki əmək bazarı və oradakı miqrantların əmək fəaliyyəti ilə bağlı geniş məlumat toplamalıdır:
“Bu gün sosial media və platformalarda istənilən ölkə haqqında, orada yaşayan və işləyən miqrantların iş imkanları barədə geniş informasiya mövcuddur. Bu məlumatlar vətəndaşların qərar verməsinə ciddi təsir göstərə bilər. Məsələn, dil bilikləri bir çox ölkədə mütləq şərtdir. Lakin bəzən dil bilgisi olmayan şəxslər belə bu vasitəçilərə üz tutur və onların vasitəsilə iş əldə etməyə çalışırlar. Bu zaman da əldə edilən işlər adətən aşağı ixtisaslı fəhlə və ya xidmət sahəsinin aşağı səviyyəli vəzifələr olur. Həmin işlərdən əldə edilən gəlir də çox yüksək olmur. Üstəlik, həmin vasitəçilər müqaviləyə görə, iş tapıldığı halda əmək haqqının müəyyən bir hissəsini mənimsəyirlər ki, bu da həmin şəxsləri çətin vəziyyətə salır. İnsanlar çox vaxt düşünürlər ki, hansısa xarici ölkədə beş-altı aylıq bir iş tapsam, sonra yerli bazarı öyrənib başqa işlərdə çalışaram. Ona görə də ölkə daxilində lokal şəkildə fəaliyyət göstərən firmalara müraciət edirlər. Lakin əgər firma əvvəlcədən böyük məbləğdə vəsait tələb edirsə, bunu viza və digər prosedurlarla əsaslandırmağa çalışırsa, düşünürəm ki, bu kimi hallarda ehtiyatlı davranmaq lazımdır”.
Allahverənov bildirib ki, bu cür şirkətlər bəzən çox qısa müddət – iki-üç gün, yaxud bir-iki həftə ərzində fəaliyyət göstərərək 50, 150, hətta 200 nəfəri aldadıb onların vəsaitlərini ələ keçirə bilirlər:
“Onlara söz verilir ki, sənədlər bir aya, üç aya düzələcək. Amma sonra məlum olur ki, həmin firma artıq fəaliyyət göstərmir və ortada yoxdur. Bu zaman kiminsə 100-200 dollar məbləğində vəsaiti itmiş olur və çox vaxt həmin şəxslər bu vəsaitin dalınca da getmirlər. Amma bu qısa müddətli firmalar sosial şəbəkələrdə elanlar paylaşaraq bir neçə yüz insanı təsirləri altına sala və onları aldada bilirlər. Bu da açıq şəkildə mənimsəmə halıdır. Belə hallarda insanlar mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər, hətta məbləğ az olsa belə. Çünki söhbət çoxsaylı vətəndaşın aldadılmasından gedə bilər. İnsanlar hüquqlarının təmin olunmasına çalışmalıdırlar və əgər hər hansı bir formada zərər görüblərsə, bu zərərin hüquqi müstəvidə ödənilməsinə çalışmalıdırlar”.
Deputat tövsiyə edib ki, vətəndaşlar sonrakı mərhələdə qanunsuz miqranta çevrilməməli üçün maksimum ehtiyatlı olmalıdırlar:
“Qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olduqları təqdirdə isə çox ciddi problemlərlə üzləşə bilərlər. Belə hallar zamanı bəzi şəxslər hətta mütəşəkkil cinayətkar qruplaşmaların təsiri altına düşə, hüquq-mühafizə orqanları ilə ciddi problemlər yaşaya bilərlər. Bütün bunların baş verməməsi üçün vətəndaşlar hər hansı bir vasitəçiyə və ya şirkətə müraciət edərkən son dərəcə diqqətli olmalı, getmək istədikləri ölkə, həmçinin müraciət edəcəkləri vasitəçi qurumun fəaliyyəti ilə bağlı rəsmi orqanlardan ətraflı məlumat toplamalıdırlar. Həmin vasitəçi qurumların bu günə qədər əldə etdiyi uğurlar varsa, onlar da obyektiv şəkildə dəyərləndirilməlidir”.
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 2025 15:32
- SAXTA DİPLOMLAR - TKTA sədri ilə EKSKLÜSİV müsahibə
9 avqust 2025 11:23
- Britaniya siyasətində azərbaycanlı səs: Pərvinə Hüseynovanın uğur hekayəsi - MÜSAHİBƏ
8 avqust 2025 09:39
- Qarabağ Qazisi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - İşləmək istəyirəm, çarəsiz qalmışam...
6 avqust 2025 15:07
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- Elçin Əfəndiyev VƏFAT ETDİ
3 avqust 2025 14:49
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
2 avqust 2025 02:28
- Əziz Sancar Şimali Kipr Türk Respublikası vətəndaşı oldu
2 avqust 2025 00:25
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 2025 01:31
- Maral tam Ayı 10 iyul 2025: Nə etməli?
10 iyul 2025 11:41
- Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı məlum olub
23 avqust 01:01
- Prezidentə verilən nadir hədiyyə - VİDEO
22 avqust 23:04
- Füzuli və Arxadağ şəhərləri qardaşlaşdı
22 avqust 22:48
- Güləşçimiz ERMƏNİ rəqibinə qalib gələrək DÜNYA çempionu oldu
22 avqust 22:02
- Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə sənədlər imzalandı - FOTO
22 avqust 17:29
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
22 avqust 17:24
- Elçibəyin vəfatından 25 il ötdü
22 avqust 10:32
- Dünyanın ən yaşlı insanının 116 yaşı tamam oldu
22 avqust 09:54
- Fəlakət : Asteroid Rusiyada 80 MİLYON ağacı necə məhv etdi?
22 avqust 09:33
- Prezident Türkmənistanda işgüzar səfərə getdi
22 avqust 09:20
- Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı (FOTO)
22 avqust 09:13
- SOCAR Türkiyəyə 7 milyard dollar sərmayə yatıracaq
22 avqust 01:14
- Hər gün bal yeyirəm, qonaqlara göndərirəm - İlham Əliyev+Video
21 avqust 23:12
- Dağıstanda 36 yaşlı azərbaycanlı saxlanılıb – guya Ukraynaya məxfi sənəd aparırmış
21 avqust 16:43
- Hökumənin ailəsi də Kəlbəcərə köçdü (FOTO)
21 avqust 16:21
- Şanslı kazak – 7 qat olimpiya çempionu müharibə zamanı 17 həbs düşərgəsindən sağ çıxıb
21 avqust 13:56
- Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır - XƏBƏRDARLIQ
21 avqust 13:46
- İlin ilk altı ayında 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb
21 avqust 12:44
- 29 dəqiqə SU altında qaldı, yeni dünya REKORDU
21 avqust 10:25
- Prezident və birinci xanım Murovdağ tunelinin texniki açılışını etdi
21 avqust 09:45
- Xalq artistinin qızından təbrik - Sizlərin övladı olmaq fəxrdir
21 avqust 09:16
- Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
21 avqust 01:05
- Fransanın Bakıya göndərdiyi səfir barədə YENİ detallar
21 avqust 00:38
- Güləşçimiz dünya çempionatında finala yüksəldi
21 avqust 00:25
- Adəm Məmmədovun vəkilliyinə XİTAM verildi - Yenilənib
20 avqust 22:11
- Prezident və birinci xanım Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu FOTOLAR
20 avqust 21:39
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15