Nəsir Muxtarlı APA-nı günahlandırır? - ...dezinformasiyadır...
Masallı rayonunun üç kəndində onlarla evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35-i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.
Dünən APA-nın verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.
Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək. Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.
Bu gün isə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı bildirib ki, bələdiyyə sədri guya belə bir söz deməyib.
Birinci müavi Nəsir Muxtarlının dediklərinə diqqət edin...
"Yayılanlar dezinformasiya xarakterli məlumatdır. Bu hadisə tamam fərqli bir aspektdədir... Dünən bir bələdiyyə sədri onu özü üçün şişirdib, indi də yanımdadır. Deyir mən elə bir məlumat verməmişəm. Mənim adımdan yazaraq ajiotaj yaratmaq istəyiblər.
Orada heç bir təhlükəli vəziyyət yoxdur və həmin evlərdə hazırda yaşayış var. Məsələ ilə bağlı daha da ətraflı araşdırma aparılacaq, əgər problem həqiqətən də ciddi olsa, bununla bağlı tədbirlər görüləcək".
Açığı birinci müavinin belə açıqlama verməsi adamın ağlına gəlmir. Tamamilə bir birini təkzib edən fikirlər, məntiqsiz mövqe və açıq şəkildə qabardılan müdafiə mövqeyi.
Başçının müavini kəndin bələdiyyə sədri Siruz Səfərovun yanında olduğunu və belə bir söz demədiyini açıqlayıb. Hə, bax işin əsas tərəfi də budur.
Necə olur ki, dünən bələdiyyə sədri hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır deyir, bir gün sonra isə başqa söz. Daha bir məqam isə niyə bələdiyyə sədri özü açıqlama vermir? Nədən çıxıb demir ki, mən belə bir söz deməmişəm. Yəqin ki, bələdiyyə sədri danışa bilir və özünü müdafiə də edə bilər.
Həmçinin, məlumat ölkənin ən etibarli xəbər agentliklərindən biri olan APA-da yayılıb. Başçının müavini deyir ki, bu dezinformasiyadır. APA dezinformasiya yayır? yoxsa, nə baş verir? Bəs şəkillərə nə deyək? Bu şəkillər də dezinformasiyadır?
Yəqin ki, dünən açıqlama verən bələdiyyə sədri icra hakimiyyətinə çağrılaraq bərk danlanıb. Daha sonra isə bu problemin həll edilməsi Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlıya həvalə olunub. Muxtarlı da qaş qayırdığı yerdə vurub göz çıxardı.
İcra başçısının müavini deyib ki, "Orada heç bir təhlükəli vəziyyət yoxdur və həmin evlərdə hazırda yaşayış var"... Əcəba uçma təhlükəsi olan evdə yaşamaq olarmı? Məsir Muxtarlı özü ülə bir evdə yaşayarmı?
Əgər kəndlərdə evlərin çökmə və ya uçma təhlükəsi varsa bunu nədən gizlətmək istəyirlər? Yaxud yoxdursa, bu informasiya, şəkillər hardan peyda oldu? Bu suallara sözügedən kənddən hazırlanan reportajda aydınlıq gətiriləcək.
Bizimxeber.az
- Ölkənin baş notariusu işdən çıxarıldı (FOTO)
19 mart 2024 16:24
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Tokayev prezidentliyə namizəd olmayacağını açıqladı
3 yanvar 2024 15:45
- 8-ci sinif şagirdi niyə özünü məktəb binasından atıb?
9 dekabr 2021 21:54
- DTX əməliyyat keçirdi
8 sentyabr 2021 15:22
- Qənirə Paşayeva bir qrup aşpazla görüşüb
13 iyun 2021 22:57
- Ermənistan Prezidenti Bakıda olub - ŞOK
9 mart 2021 15:52
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 2021 15:30
- Keçmiş icra başçısı vəfat etdi
27 dekabr 2020 16:09
- Ermənilər Rusiyanı günahlandırır - Video
13 noyabr 2020 21:35
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31