Ekspert bank sədrinə qarşı: «Elman kimov? O deyibsə...»
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov APA-ya açıqlamasında ərzaq məhsullarının kəskin bahalaşmasının gözlənilmədiyini bildirib.
Onun sözlərinə görə inflyasiya sıçrayışı olmayacaq: "İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən yəni, yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya "sıçrayışı" olmayacaq".
Bank sədrindən fərqli olaraq, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov kəskin bahalaşmanın olacağını bildirib. Ekspert "Qaynarinfo"ya açıqlamasında deyib ki, artıq pomidorun qiyməti 50 faizdən artıq bahalaşıb:
"Elman kimov? Bu sualı elə-belə vermədim. Belə də yazın. Yazın ki, Vahid Məhərrəmli sual verdi ki, nədə qiymət artımı olmayacaq və Elman kimov? Elman Rüstəmov əgər belə deyibsə, mütləq qiymət artımı olacaq. O, həmişə öz sahəsi üzrə proqnozlar verəndə, əksi baş verir. Elman Rüstəmov deyəndə ki, manat ucuzlaşmayacaq, ucuzlaşır. Onun kənd təsərrüfatından xəbəri yoxdur. Azərbaycanda məhsul istehsalı ciddi şəkildə azalıb, taxıl istehsalı 400 min ton aşağı düşüb. Bu, çox böyük bir rəqəmdir və o deməkdir ki, ət, süd istehsalı azalacaq və azala-azala da gedir. Otun qiyməti 3 dəfə artıb. Bu, o deməkdir ki, ətin, südün qiyməti qalxacaq.
Taxılın azalması həm də quşçuluq məhsullarının qiymətini artıracaq, yumurtanın qiyməti qalxacaq. Ümumiyyətlə heyvandarlıq və quşçuluq məhsullarının qiymətində ciddi artım müşahidə olacaq. Bu, istehsalın azalması və istehsal vasitələrinin ciddi bahalaşması ilə əlaqədardır ki, bazara da öz təsirini ciddi şəkildə göstərəcək və qiymət artımı baş verəcək. Elman Rüstəmov deyəsən bazara çıxmır. Artıq, bu gündən pomidorun qiyməti 50 faizdən çox qalxıb. Əvvəl 90 qəpiyə alınan pomidor hazırda 1 manat 50 qəpik və ondan da baha qiymətə satılır. Azərbaycan kifayət qədər məhsul istehsal edərək, ehtiyat yığa bilməyib, anbarlar boşdur. Yəni, söhbət təkcə pomidordan getmir. Bu, özünü digər meyvə-tərəvəzin də qiymətində göstərir və artım davam edəcək. Elman Rüstəmovun proqnozu ondan xəbər verir ki, yaxın zamanda ciddi qiymət artımı gözlənilir".
NUH.az
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 2024 16:10
- Sənədsiz evi olanlara şad xəbər
9 may 2024 23:29
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
7 may 2024 01:46
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
3 may 2024 18:30
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
3 may 2024 13:17
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27
- Prezident Zakir Fərəcovla Gündüz Əliyevin işini nəzarətə götürsə... - Sahibkarlar xahiş etdi
10 may 12:20
- Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
10 may 12:00
- Sənədsiz evi olanlara şad xəbər
09 may 23:29
- Rusiya sərhədçiləri Ermənistanın hansı bölgəsində qalacaq?
09 may 23:20
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
09 may 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
09 may 12:11
- Bu ölkədə ilk dəfə qadın prezident seçildi
09 may 12:06
- Azərbaycanda Qələbə Günü qeyd olunur
09 may 11:57
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41