Əli Kərimlinin 30 min dolları mənimsəməsi AXCP və MŞ-da aranı qatdı
Bir müddət öncə AXCP sədri Əli Kərimliyə yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənildiyi kimi, bu araşdırmalar dolayısı ilə Əli Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır.
Və ən maraqlısı və ipucu verən məqam da bu pulların AXCP sədrinə məhz Rusiyadan axıdılmasıdır...
“Yeni Müsavat” qəzeti yazır ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan Milli Şura projesinin Moskvadan idarə edilməsi şübhə doğurmurdu. MŞ layihəsi, ümumiyyətlə, Rusiya paytaxtında hazırlanmış, daha sonra Bakıya ixrac edilmiş, onun da başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirilmişdi. Daha sonra ictimai rəy, hüquqi baryerlər və iqtidarın kəskin müqaviməti bu layihənin başındakı adamın - İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədi. Rüstəm müəllim özü də həbsdən qorxdu, Azərbaycandan dönməmək üzrə qaçdı və Bakıdakı layihəsini Moskvadan yönətməyə üstünlük verdi. Zamanla bu layihə AXCP sədri Əli Kərimlinin nəzarətinə keçdi. Dönük bir professoru Milli Şuraya sədr qoyan Kərimli qısa zamanda bu təşkilatı tam istifadəsinə aldı, AXCP-nin bir şöbəsinə çevirdi və ondan bərk yapışdı. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. 2013-cü ildən sonra later vəziyyətdə davam edən bu gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəməli idi...
Rusiyadan Azərbaycan siyasətinə axıdılan pullarla bağlı aparılan əməliyyat və rəsmi açıqlamalar səhnəni tam olaraq aydınlaşdırır. Kərimlinin nəzarətindəki Milli Şuranın ‘beşiyini’ hələ də Moskva yırğalayırmış...
Yayılan rəsmi məlutada nələr vurğulanrıdı, bir yada salaq. Rəsmi dil bir az ağırdı, lakin hər abzası diqqətlə oxuyanda məsələni başa düşmək olur. Məsələn, giriş sitatı olaraq bu parçanı seçək; ‘Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb...
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda daha sonra bildirilir ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb.
Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.
Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiqlənib, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsait lərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.
Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin edilib.
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Diqqətçəkən odur ki, bu faktlar açıqlanmazdan 1 gün əvvəl Əli Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə haray salmışdılar. Bu fakt təsdiqini tapmadı və ardınca gələn rəsmi məlumatlar Əli Kərimlinin narahatlığının nədən ibarət olduğunu ortaya çıxardı.
Amma Əli Kərimlini narahat edən təkcə bu faktların deşifrə edilməsi deyil. Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır.
Bununla bağlı maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!
Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. Ana müxalifət adına bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox - 412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib.
Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.
İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəkir.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
11 aprel 2024 11:06
- Bakıda məsciddən oğurluq - Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi
4 aprel 2024 21:35
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Qızılın qiyməti rekord həddə qalxdı
21 mart 2024 20:58
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31