Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
İş adamlarının icra başçısı Zakir Fərəcovla 8 ildən çoxdur davam edən səs-küylü borc qalmaqalına görə, Sumqayıt ölkə mətbuatının gündəmindən düşmür və belə gedişlə heç düşən də deyil. Bu səbəbdən ki, şəhər rəhbərinin göz qabağındakı bağışlanmaz günahları borc qalmaqalı ətrafında baş verənlərin insanlıq əleyhinə yönələn hərəkətlər kimi xarakterizə olunmasına rəvac verir. Bu ciddi məsələ əməkdaşlarının daim diqqətində olduğuna görə, barəsindəki çoxsaylı yazılar araz.az-da da geniş yer alır. Bu mövzuda növbəti bu yazımızı, başçının və yaxın ətrafının başlarına oyun açdıqları bu sahibkarlar tərəfindən bir daha ölkə başçısına ünvanlanan və yuxarıda qeyd etdiyimiz məqamı özündə ehtiva edən şikayət xarakterli Müraciət əsasında hazırlamışıq.
“Möhtərəm Prezident! Köməyinizə ehtiyacımız böyükdür. Sumqayıtın icra başçısı Zakir Fərəcovla bacarmırıq. O, bizi işlədib, çoxdandır ki, pulumuzu vermir. Bu barədə neçənci dəfədir ki, Sizə də yazıb, kömək istəmişik. Lakin başçı öz üsullarıyla yazdıqlarımızın qarşısını alıb, Sizə çatmasına imkan verməyib. Belə olmasaydı, yoxsa Siz bizim çoxdan dərdimizə əlac edərdiniz.
Bir daha demək istəyirik ki, şəhərin hər yerində zövq oxşayan müasir standartlara uyğun abadlaşdırma və təmir-tikinti işlərini yüksək məsuliyyət hissi ilə həyata keçirməkdən ötrü, əlimizdən gələni etmişik. Özünüz Sumqayıta gələrkən, həyata keçirilən bu işlərlə tanış olduqda da, gördüyümüz bütün işlərin alqışalayiq yüksək qiymətini vermisiniz. Buna baxmayaraq, Zakir Fərəcov gördüyümüz bu yüksək səviyyəli işlərə görə, ondan ala bilmədiyimiz halal pullarımızı vermək əvəzinə, başımıza oyun açdırır. Getdikcə şiddətləndirdiyi hədə-qorxu, təhdid və böhtanları ilə, rahatlığımızı belə əlimizdən alıb. Haqqını qanun çərçivəsində tələb edəni “dəmir barmaqlıqlar” arxasına atdırmaqdan belə çəkinmir”, — sahibkarların dövlət başçısına və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə sonuncu şikayət məktubları belə başlayır. Qeyd edirlər ki, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşasını yüksək səviyyədə həyata keçirsələr də, illərdir, başçıdan onlara çatacaq pullarını ala bilmirlər: “Borcun bu günə qədər ödənilməməsi, üstəlik, əvəzində bizim təhdid və təqib olunmağımız barədə ölkə mediasında geniş məlumatlar verilib. Buna baxmayaraq, rəsmi qurumlar da, hələ məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Amma 450 nəfərə yaxın sahibkarın və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, birbaşa, bu pulların mənimsənildiyindən xəbər verir. Axı, dövlətin büdcəsindən ayrılan bu qədər vəsaitin iş görənlərə verilməməsinin başqa adı da yoxdur.
Dəfələrlə icra başçısının və onun müavinlərinin yanında olmuşuq. Hər dəfə isə, Zakir Fərəcov bir bəhanə ilə məsələdən boyun qaçırıb. Müavinləri isə, öncə belə deyirlər ki, biz yuxarılara çox yazsaq da, şikayətlərimizin əsas ünvanına çatmasına Zakir Fərəcov imkan verməyəcək. Bizsə deyirik ki, biz başçıdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edirlər.
Bir icra başçısının dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik. Ancaq onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də, onun kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəməz, vaxtında milyonlarımızı qaytarar, bu qədər borc yaratmazdı”.
İş adamları daha sonra öz şikayətlərində qeyd edirlər ki, onlar bütün imkanlarından yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün, bütün barışıq təkliflərindən istifadə edirlər. Ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini istədiklərini deyirlər. Lakin icra başçısı və onun əlaltıları bunu qəbul etmirlər: “Cənab Prezident! Biz, dəfələrlə Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə, öz halal pulumuzu istədiyimizə görə, bizi təhdid edib. Hədələyərək, deyib ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son vaxtlar isə, bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı gedə bilirik, hətta yaxınlarımızı ziyarət etməyə belə cürət etmirik. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü bu qədər qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı və işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. Şükür Allaha ki, Sizin sayənizdə güclü və hüquqi bir dövlətdə yaşayırıq. Məhz, Sizin gözəl rəhbərliyiniz nəticəsində ölkədə qanunçuluq, asayiş, əmin-amanlıqdır və tam əminik ki, bundan sonra da, belə davam edəcək. Zakir Fərəcovun özünü harada hiss etməsi isə, bizə çox maraqlıdır və aydın deyil. Ona görə ki, qanunları saya salmadan, onlara məhəl qoymadan, qorxusuz və hürküsüz dövlətin və sahibkarların pulunu mənimsəməsi üçün, bir icra başçısı ya özünə çox arxayın olmalı, ya bir kimsədən qorxmamalı, ya da, hansısa bir qüvvənin təsiri altında, toxunulmaz şəkildə istədiyini etməlidir”.
Sahibkarlar daha sonra müraciətlərində vurğulayırlar ki, hal-hazırda həyata keçirilən islahatlar nəticəsində, ölkədə bir çox yeniliklərə imza atılıb, xeyli işlər görülüb. Onların sözlərinə görə, indiyə qədər cəzasız qalan məmurlar da, bu islahatlardan öz paylarını alacaqlar: “Möhtərəm Prezident! Siz hər dəfə məmurları qəbul edərəkən, bu ölkənin, habelə iqtidarımızın adına ləkə gətirən vəzifə sahiblərinə çox yerində və gözəl bir şəkildə öz tələbələrinizi çatdırırsınız. Xüsusi olaraq qeyd edirsiniz ki, qanunsuzluqla, özbaşınalıqla, əmək adamlarının haqqını yeməklə məşğul olan sabiq icra başçıları layiqli cəzalarını alıblar və bundan sonra da, alacaqlar. Biz, bunlara görə, Sizi alqışlayır, dəstəkləyirik. Həqiqətən də, ölkəmizdə Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək, özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən icra başçıları, məmurlar var. Onlar elə zənn edirlər ki, xan, bəy və ya ağadırlar. Hamıya yuxarıdan aşağı baxırlar, xərac toplayırlar, dövlətin pullarını şəxsi vəsaitləri kimi mənimsəyirlər. Belə harın vəzifə sahibləri o qədər öz hədlərini aşıblar ki, Sizin yürütdüyünüz siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edirlər. Belə icra başçılarından biri də, Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. O, Sizin bəyənib: “Qısa müddətdə bu işləri görmək möcüzədir!” — dediyiniz və həmin möcüzəni reallığa çevirən biz sahibkarların pullarımızı vermir. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da, haqqını mənimsəyib. Hətta onların arasında xarici iş adamları da var”.
İş adamları bu şikayət ərizələrində xüsusi olaraq onu qeyd ediblər ki, indiyə qədər ölkə rəhbərinə etdikləri müraciətlərin təsirinin olmaması, bunun, hələ də problemlərinin həllinə gətirib çıxarmaması onları olduqca təəccübləndirərək, narahat edir; “Bu barədə, bu günədək Sizə dəfələrlə müraciət etsək də, müsbət yanaşım yoxdur. Problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, sözlərimiz Sizə çatdıqdan sonra, müraciətimizə baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki, Siz, hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusunuz, onlara dəstək vermisiniz və onları hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu gözəl ənənə, bundan sonra da, davam edəcək. Ona görə, Sizdən bir daha xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasına, yəni, illərdir halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim Sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. Və inanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz!. Köməyinizə ehtiyacımız var, artıq son həddə çatmışıq, möhtərəm Prezident!”.
Bu yerdə qeyd etmək istəyirik ki, sahibkarların şikayət məktubunda icra başçısı Zakir Fərəcovla sahibkarlar arasında uzun müddətdir davam edən bu borc qalmaqalında başçının “sağ əli” kimi özlərini tanıdan Gündüz Əliyevin və Adil Xudadatovun da, min oyunlardan çıxmaları xüsusi vurğulanıb: “Məhz buna görədir ki, ölkə mediası onlarla bağlı çox xoşagəlməzliklər üzə çıxarıb. Bütün bunlara görə, onların nə utanmaqları var, nə də qızarmaqları. Elə, belə xoşagəlməzliklər müqabilində də, “zəmanət məktubu” ilə bağlı prosesdə icra başçısı bizə verdiyi kişi sözünə indiyədək əməl etmək istəmir. Bir də, yaltaqlığın və ikiüzlülüyün nəticəsidir ki, iş adamlarına birbaşa Zakir Fərəcovun özü borclu olduğu halda, “zəmanət məktubu” bizim tərəfimizdən Sumqayıt İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə şöbəsinin rəhbəri Gündüz Əliyevin adına verilib. Nədən, məhz Gündüz Əliyevin adına?! Sualın cavabı çox sadədir: “Ona görə ki, bütün bu işlərin hamısı, məhz, ikiüzlü, yaltaq, saxtakar… şöbə müdirinin əli, onun yalan və şirin vədləri ilə həyata keçirilib. Zakir Fərəcov bununla, kimsəyə borcu olmadığı görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki, bu istiqamətli pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi, Gündüz Əliyevin səlahiyyətində deyil. Elə, Gündüz Əliyevin yalan və şirin vədlərinə görədir ki, bu ciddi məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanıb. Bunu görərək, notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv etdirmişik. Üstəlik, bütün dövlət qurumılarına da müraciətlər edərək, durumun dəhşətli olduğunu çatdırmışıq.
Törətdiyi belə qatı cinayət əməllərinə görədir ki, Zakir Fərəcovun maxinator və talançı ortağı olan yüksək vəzifə sahibi Gündüz Əliyevin vəziyyəti olduqca çətinləşib. Bütün bunlar ona bir işarədir ki, Zakir Fərəcov və onun bu yaxın cinayət ortağı, qanunsuzluq “donu geydirtdikləri” bütün əməllərini, ölkə üçün olduqca həssas keçən bu dönəmdə belə şiddətləndirməkdən heç vaxt çəkinməyiblər. Gündüz Əliyev həyata keçirdiyi bütün korrupsiya əməllərinə görə, artıq mühakimə olunur.
O da maraqlıdır ki, çoxlarının dediyi və mətbuatın da yazdığına görə, son vaxtlar Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Memarlıq və Tikinti şöbəsinin müdiri — Baş memar Adil Xudadatov
arasında çəkişmə başlayıb. Bu qalmaqalın səbəbləri də artıq məlum olub. Əsas səbəb odur ki, müxtəlif iddia və ittihamlarla məsuliyyətə cəlb olunandan əvvəl Gündüz Əliyev Zakir Fərəcovun baş trolu kimi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, şirkət və firmalardan başçıya çatacaq “aylıq paketləri” toplayıb. Bir sözlə, başçının “qara işlərini” görməkdə adı daha çox keçib. Onun barəsində cinayət işi və məhkəmə istintaqı başlanandan sonra isə, hər şey əlindən çıxıb. İndi isə, “sükan Adil Xudadatovun əlindədir”…
…Özünüzün deyin, bütün deyilənlər Zakir Fərəcov kimi bir vəzifə sahibinin olan-qalan imicinə daha bir ağır zərbə deyilmi?!”.
Əli HÜSEYN,
Anar MUSTAFA,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 2024 14:52
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 2024 14:42
- Marketlərdə KİLOSU 70 MANATA satılan PÜSTƏ ...
20 sentyabr 2024 13:01
- Üç kollecə direktor təyin olundu (SİYAHI)
20 sentyabr 2024 12:38
- Yediyimiz ətdən qurd çıxır, bizi hər gün döyürlər – Bakıda 13 yaşlı oğlan uşaq evindən qaçdı və EFİRƏ ÇIXDI
19 sentyabr 2024 22:58
- İvanovun həbs müddəti yenə uzadıldı
19 sentyabr 2024 21:11
- İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
19 sentyabr 2024 20:22
- Prezident Ağdamda daha bir zavodun açılışını etdi
19 sentyabr 2024 13:43
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 2024 12:02
- Prezidentə müraciət – Mikayıl İsmayılov barəsində cinayət işi açılsın
19 sentyabr 2024 10:57
- Qarabağ Universitetindən FOTOLAR
20 sentyabr 15:52
- Nazirlik 1 ƏDƏD ŞAGİRD PARTASI-nın TƏMİRİNƏ 106 MANAT xərcləyəcək
20 sentyabr 15:09
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 14:52
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 14:42
- Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
20 sentyabr 14:26
- Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
20 sentyabr 13:13
- Marketlərdə KİLOSU 70 MANATA satılan PÜSTƏ ...
20 sentyabr 13:01
- Üç kollecə direktor təyin olundu (SİYAHI)
20 sentyabr 12:38
- Prezident Qarabağ Universitetinin açılışını etdi - Foto
20 sentyabr 12:24
- Bakıda 350 elektrik avtobusu işləyəcək
20 sentyabr 11:36
- Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 sentyabr 11:25
- Şuşada Bayraq Meydanının açılışı olub - YENİLƏNİB
20 sentyabr 00:19
- Gözünüzün zəifləməməsi üçün telefondan belə istifadə edin
19 sentyabr 23:37
- Bakıda 30 yaşlı kişinin cinsi əlaqə zamanı penisi qırıldı – Həkimdən ŞOK – VİDEO
19 sentyabr 23:13
- Yediyimiz ətdən qurd çıxır, bizi hər gün döyürlər – Bakıda 13 yaşlı oğlan uşaq evindən qaçdı və EFİRƏ ÇIXDI
19 sentyabr 22:58
- İki ildə Qazaxıstandan qanunsuz çıxarılan 2,3 milyard dollarlıq aktivlər geri qaytarılıb
19 sentyabr 21:32
- İvanovun həbs müddəti yenə uzadıldı
19 sentyabr 21:11
- İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
19 sentyabr 20:22
- İlham Əliyev Şuşaya getdi
19 sentyabr 19:22
- Azərbaycanda ABORTLA bağlı dəhşətli statistika - 1 İLDƏ 73816
19 sentyabr 18:57
- Çeçenistanda DARVİN NƏZƏRİYYƏSİ məktəb dərsliklərindən ÇIXARILIR
19 sentyabr 18:42
- Prezident Ağdamda daha bir zavodun açılışını etdi
19 sentyabr 13:43
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 12:42
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 12:02
- Prezidentdən MÜHÜM SƏRƏNCAM - Dövlət Suverenliyi Günü təsis olundu
19 sentyabr 11:06
- Prezidentə müraciət – Mikayıl İsmayılov barəsində cinayət işi açılsın
19 sentyabr 10:57
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
19 sentyabr 10:21
- Azərbaycan itirdiyi əraziləri azad edə bilib –Britaniyanın XİN başçısı
18 sentyabr 21:48
- 14 yaşlı Ruslanın anası: İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam
18 sentyabr 19:48
- Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
18 sentyabr 19:30