Şirkət rəhbəri iki məmurun fırıldaqçılığına məruz qalıb?
İqtisadiyyat29 oktyabr 2018 13:31
Ölkə mətbuatı məmur özbaşınalığından çox yazıb və yazır. Bəzi məmurlar tərəfindən qanunların pozulması ictimaiyyətin böyük qınağa səbəb olur və həmin məmurların bir çoxu dövlət başçısı tərəfindən cəzalanırlar. Bu istiqamətdə jurnalistlərin də gördükləri işlər danılmazdır.
Bu yaxınlarda Legion.az saytına iki məmur barədə şok məlumatlar daxil olub. Şirkət rəhbəri Əliyev Azad Aşurəli oğlu iddia edir ki, 2014-cü ildə Keşlə Dəmiryol Stansiyasına onun rəhbərlik etdiyi şirkətin adına 8 vaqon dəmir armatur malları gəlib. Və malları gömrükdə rəsmiləşdirmək üçün A.Əliyev Mingəçevir şəhərinin icra hakimiyyəti başçısının keçmiş müavini olan Alıyev Dilqəm Ömər oğluna 46 min ABŞ dolları verib.
D.Alıyev A.Əliyevdən pulu alanda onu inandırıb ki, o Bakı Baş Gömrük İdarəsinin rəisi general Vüsal Novruzovun biznes partnyorudur. Son nəticədə D.Alıyev A.Əliyevin şirkətinin adına gələn malları gömrükdən keçirtməyib qaçıb gizlənir.
A.Əliyev D.Alıyevi tapa bilmədiyi üçün onun barəsində Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edir. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılır.
Hazırda Nərimanov RPİ-nin istintaq şöbəsində cinayət işi davam edir. İşi araşdıran müstəntiq şirkət rəhbəri A.Əliyevə bildirib ki, D.Alıyev hazırda Gəncə şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsində işlədiyi üçün, onun barəsində həbs qətimkan tədbiri seçilə bilməz.
Digər məlumat isə DGK-nin keçmiş əməkdaşı olan,hazırda FHN-də yüksək rütbəli məmur vəzifəsini daşıyan, general Vüsal Novruzovun sağ əli sayılan Mahmudov İlqar Məhəmmədnəbi oğlu barədədir. Şirkət rəhbəri A.Əliyev İ.Mahmudova da D.Alıyev kimi 2014-cü ildə şirkətinin adına gələn 4 vaqon dəmir armatur mallarını və 3 vaqon taxta mallarını gömrükdə rəsmiləşdirmək üçün 55 min ABŞ dolları verib.
İ.Mahmudov A.Əliyevə bildirib ki, malların gömrükdən keçməsi üçün pulu V.Novruzova verib. Ancaq sonda İ.Mahmudov da D.Alıyev kimi A.Əliyevdən qaçıb gizlənib. Çıxılmaz vəziyyətdə qalan A.Əliyev İ.Mahmudov barəsində də Baş prokuror Z.Qaralova və DİN-nin rəhbəri R.Usubova müraciət edib. A.Əliyev dəfələrlə etdiyi şikayətlərlə əlaqədar hüquq mühafizə orqanlarına dəvət olunsa da, ona bildirilib ki, İ.Mahmudov general V.Novruzovun sağ əli və FHN-də yüksək rütbəli məmur olduğu üçün o cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Bu haqsızlığa dözməyən iş adamı iki məmur tərəfindən dələduzluğa məruz qaldığını ictimailəşdirməyə məcbur olub.
Məsələni diqqətdə saxlayacağıq.
Maqana Biləcərili
Legion.az saytı üçün
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya