Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.
“Yeni Müsavat”ın yazdığına görə, eyni zamanda məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.
Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər?
Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır: “Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər”.
R.Həsənov bildirir ki, elə insanlar var ki, böyük çətinliklə, hətta bir çox hallarda digər mənbələrdən borclanmaya gedərək kreditlərini ödəyirlər: “Bu, həmin vətəndaşların məsuliyyət hissinin daha yüksək olduğunu göstərir. Adamlar da var ki, çox rahat yaşayırlar, gəlirləri də yetərincədir, amma ödənişlərini etmirlər. Seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır. Yəni genişmiqyaslı araşdırma aparılmalıdır. Daha yaxşı olar ki, məsələyə bu kontekstdən yanaşılsın: birinci, 2015-ci ilin fevalından etibarən nə baş verib? Devalvasiyalar barədə qərarı kim verib? Bu qərardan zərər çəkən subyektlər hansılardır? Həmin subyektlər üzrə zərər müəyyənləşdirilməli və dövlət tərəfindən qarşılanmalıdır. Bu zaman güzəştlər kredit məbləğinə hesablanmış faizlər üzrə edilə bilər. Yaxud tutalım ki, 3 minə qədər olan kreditlər silinir, 3-20 min arası kreditlərdə faizlər dövlət tərəfindən kompensasiya olunur, 20 mindən yuxarı olan kreditlərdə isə məzənnə fərqinə kompensasiya tətbiq edilir. Bunun dəqiq mexanizmini fiskal siyasəti həyata keçirən qurumlar və Nazirlər Kabineti birgə müəyyənləşdirə bilər”.
Ekspert hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir:“İstehlak kreditləri əlavə dəyər yaratmayan vəsaitlərdir. Real sektora verilən biznes kreditləri isə əlavə dəyər yaratmağa yönəldilir. Düzdür, Azərbaycanda kreditlərin düzgün rəsmiləşdirilməsi kimi bir problem də mövcuddur. Kreditlərin böyük hissəsi istehlak krediti kimi rəsmiləşdirilir. Yaxud biznes adı ilə götürülən kreditlər tamam başqa istiqamətlərə yönəldilir. Buna görə də bu məsələlərdə çox diqqətli olmağa ehtiyac var. Valyutada kreditləri olan vətəndaşlar ikinci dərəcəli risk qrupu olaraq seçimə daxil edilə bilər. Biznes kreditləri üçüncü, istehlak kreditləri isə dördüncü dərəcəli risk qrupu kimi seçilə bilər”.
Onun fikrincə, Azərbaycanın hazırkı maliyyə imkanları problemli kreditlər məsələsini həll etmək üçün kifayət qədər yetərli səviyyədədir: “Bu imkan böyükdür. Nəzərə almaq lazımdır ki, problemli kreditlər ölkənin maliyyə-bank sektorunu iflic vəziyyətinə salıb. Bu gün ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir. Hansı ki, 6 faizdən yuxarı artıq SOS hesab olunur. Belə bir şəraitdə banklar işləyə bilmir, onlar kreditləşməyə meyl göstərmirlər. Gələcəkdə dövlətin bankların arxasında hansısa formada dayanacağına təminat yoxdur. Buna görə də kredit portfeli genişlənmir. Hökumət də deyir ki, real sektor inkişaf etsin. Əgər real maliyyə qaynaqlarına çıxış yoxdursa, bu sektor necə inkişaf etsin? Dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər”.
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 2025 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 2025 15:17
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 2025 13:26
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 2025 21:45
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 2025 02:00
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 12:13
- İlham Əliyev Rebuild Karabakh sərgisinin iştirakçılarına müraciət ünvanladı
14 oktyabr 11:50
- Bakıda beynəlxalq konfrans keçirilir
14 oktyabr 11:14
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 10:57
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 02:56
- Türkiyənin görməli olduğunuz ən gözəl yerləri
13 oktyabr 22:38
- Prezident bu şəxsləri təltif etdi
13 oktyabr 22:09
- Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı
13 oktyabr 22:04
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 11:15
- Ərdoğana çox hörmət edirlər - Tramp
13 oktyabr 09:53
- Çoxsaylı QƏTLLƏR TÖRƏTMİŞ cinayətkar Bakı aeroportunda tutuldu
13 oktyabr 09:47
- Əlisəmid Kür vəfat etdi
13 oktyabr 09:35
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 00:47
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 23:25
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 22:58
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 19:50
- Sabah leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12 oktyabr 19:31
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 18:45
- 92 yaşlı prezident yenidən NAMİZƏD OLDU
12 oktyabr 16:33
- Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
12 oktyabr 13:57
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 13:26
- Tufan Sadıqov büdcədən 30 MİLYARD mənimsəyib? - ŞOK
12 oktyabr 13:11
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 12:22