Nazirlikdən şikayət: vətəndaşa qotur inəklər verildi
Günün sitatı12 fevral 2019 14:47
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı”nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara
Bu dəfə unikal-a Ucar rayon Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı "özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanların xəstə olduğunu deyib.
O əlavə edib ki, 2018-ci ilin may ayından müraciəti əsasında "özünüməşğulluq proqramı”nın icrası çərçivəsində kurslara cəlb edilib: "2018-ci ilin iyun ayında "özünüməşğulluq proqramı”ı çərçivəsində öz biznes planımı müdafiə etdim və 40 bal topladım. Biznes planımda 3 baş yanıbalalı heyvan (hər birinin dəyəri 1500 manat olmaqla) göstərmişdim. 2018-ci ilin noyabr ayının 5-də gecə saat 22:00 radələrində bir yanıbalalı və bir də boğaz heyvan qapımıza gətirdilər. Mən heyvanlara baxdım və qoca olduğu üçün istəmədim. Bildirdim ki, öz biznes planımda 3 baş yanı balalı heyvan göstərmişəm, siz isə həm sayı az və həmdə qoca inəkləri mənə gətirmisiniz sualını ünvanladım. Bir neçə saat danışıqlardan sonra, onlar məni Tərtərdə heyvan bazasına dəvət etdilər. Yoldaşımla Tərtərə Qərvənd heyvan fermasına getdim. Sən demə, bura ferma yox, heyvan xəstəxanası imiş! Ora getdim və əliboş geri qayıtdıq. Mənə bildirdilər ki, sizə bir neçə günə heyvan göndərəcəyik. Amma yenədə bu baş tutmadı.”
Sevinc Həsənova heyvanlar ona verilmədiyi üçün 2018-ci ilin noyabr ayının 22-də nazir Sahil Babayevə şikayət etmək üçün Bakıya gəlib. Nazirlə görüşə bilməyən S.Həsənova şikayətini ƏSMN-nin əməkdaşlarına edib. Onlar problemin tez bir zamanda həll ediləcəyini deyiblər. S.Həsənova 2018-ci ilin dekabr ayının 6-sında anası səhhətində problem olduğu üçün Ucar xəstəxanasında olub. Daha ağır günləri isə bundan sonra başlayıb.
Şikayətçi xanım "Həmin gün evdə olmadığım üçün Məşğulluq Mərkəzinin və heyvanları verən şirkətin əməkdaşlarının iştirakı ilə gecə saatlarında inəkləri yaşadığım evə gətiriblər. Evdə olmadığımdan, icazəm alınmadan həyat yoldaşıma qol çəkdirib, aldadıb, heyvanları həyətə bağlayıblar. Halbuki həyat yoldaşım sənəddə yazılanlarla tanış olmayıb. Digər tərəfdən sənədə mən qol çəkməli idim. Mən isə heyvanları görəndə çox təccübləndim, qotur içində idilər. Dekabr ayının 8-də baytarı çağırıb heyvanların xəstə olması barədə akt aldım. Hər iki heyvan xəstədir. Birinə xeyli pul xərcləyib sağaltmışam. Heyvanların dəyişdirilməsi ilə bağlı Ucar Məşğulluq Mərkəzinin direktoru Qasım Kəmilova və tenderdə qalib gəlib, heyvanları bizə verən şirkət əməkdaşlarına müraciət etdim. Həll olunmadığı üçün, eyni mənim aqibətimi yaşayan 8 nəfər vətəndaşla dekabr ayının 25-də yenidən Bakıya nazirliyə şikayətə gəldik. Orada mənə 5 min manat pulun adını çəkməmək tövsiyyə olundu. Amma heyvanlarla bağlı şikayətimə yenidən baxılacağı deyildi. Bir neçə gün bundan əvvəl Məşğulluq Mərkəzinin əməkdaşları gəlib heyvanlara baxdılar. Onlara da şikayətimi etdim. Dedim ki, bir heyvanı sağaltmaq üçün özü qədər xərc çəkmişəm. Onlar isə dedilər ki, sizə kim icazə verib? Qoy heyvanlar yıxılıb ölərdilərdə!” deyib.
Sevinc Həsənova məsələ ilə bağlı ölkə başçısına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdiyini də deyib: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Sizin vasitənizlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edirəm. Xahiş edirəm mənə köməklik göstərsinlər”.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya