Parlament seçkilərinə nöqtə qoyan “9-lar” - Onlar kimlərdi?
Günün sitatı6 mart 2020 09:46
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini dünən təsdiqlədi.
Qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.
Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Maraqlıdır, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyən və günlərdir mübahisələndirilən məsələyə nöqtə qoymuş Konstitusiya Məhkəməsinin tərkibinə daxil olan 9 nəfər kimlərdi?
Modern.az onlar haqda qısa bilgiləri təqdim edir.
9 nəfərdən ibarət Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis təsdiq edir. Daha sonra ölkə başçısı təyinatlarla bağlı fərmanlar imzalayır.
***
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur.
Ali Məhkəmənin hakimi, Apellyasiya Məhkəməsinin sədr müavini olub.
2003-cü ildən Konstitusiya Məhkəməsinin sədridir.
Ona "Əməkdar hüquqşunas” fəxri adı verilib, "Şöhrət” ordeni və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var
***
Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova 1956-ci ildə Ermənistanın Spitak rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
1983-1998-ci illərdə Ali Məhkəmənin hakimi olub.
1998-ci ildən Konstitusiya Məhkəməsinin hakimi, 2005-ci ildən sədr müavinidir.
Ona «Əməkdar hüquqşünas» adı verilib, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR Şərur rayonunda doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1995-1998-ci illərdə Azərbaycanın Ədliyyə naziri və 1998-ci ilin dekabr ayından Məhkəmə-Hüquq Şurasının sədri, 2000-ci ilin 18 aprelindən 2005-ci ilin 19 aprelinə kimi Ali Məhkəmənin sədri olub.
2005-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Ona "Əməkdar hüquqşünas" fəxri adı verilib, «Şöhrət» ordeni və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var
***
Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov 1956-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
004-cü ildən 2012-ci ilə qədər Bakının Nizami rayonunun prokuroru olub.
2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov 1971-ci ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi, dosentdir.
2006-2010-cu illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Ona " Əməkdar hüquqşunas” fəxri adı verilib, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev 1965-ci ildə Bakı şəhərində doğulub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini və Odessa Milli Hüquq Akademiyasının aspiranturasını bitirib. Hüquq elmləri doktorudur.
2008-2010-cu illərdə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini olub.
2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.
Ceyhun Qaracayev "Tərəqqi" medalı və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir. İki övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze 1948-ci ildə Gürcüstanın Laqodexi şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Ali Məhkəmənin hakimi, şöbə rəisi olub. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.
2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov 1952-ci ildə Naxçıvan MR Şərur rayonunun Oğlanqala kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləyib.
2002-ci ildən Konstitusiya Məhkəməsinin hakimidir.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
***
Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev 1966-cı ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1998-2000-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub, 2008-2010-cu illərdə Milli Məclis Aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
2010-cu ildən Konstitusiya Məhkəməsinin hakimidir.
"Tərəqqi" medalı və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya