“Murovu 4 saata azad etdik” - FOTOLAR
Hadisə28 noyabr 2020 19:17

Tərtərin İlıxçılar kəndində düşmən gülləsi, topu, mərmisi altında böyümüşük. Hər zaman düşmənə nifrət bəsləmişik. Qisas gününü gözləyirdik.
Bunu Azvision.az -ın əməkdaşı ilə söhbətində Vətən Müharibəsinin qəhrəman döyüşçülərindən biri olan 24 yaşlı müddətdən artıq hərbi qulluqçu Sadiq Abbaslı deyib.

Kəşfiyyatçı bildirib ki, Suqovuşan, Talış kəndi, Mübariz postu daxil olmaqla 25 kəndin azad olunmasında iştirak edib.

“Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım. Xaçmaz rayonunda Hərbi Hava Qüvvələrində xidmət etmişəm. Qayıdandan sonra Tərtərdə kəşfiyyat bölümünə yazıldım, kurs keçdim və xidmətə başladım. Artıq 3 ilə yaxındır ki, xidmət edirəm.
Atam müharibə veteranıdır, II qrup əlildir. Bizə həmişə işğal olunan torpaqların, Vətənin gözəlliyindən, döyüşlərdən danışırdı. Biz top, güllə səsi ilə böyüdüyümüz üçün hər zaman düşməni məhv etmək arzum olub. Bu yolda şəhid olub ali zirvəyə ucalmaq və qazi olmaq da var idi. Şəhidlik ən ali zirvədir, qismət olmadı, qazi kimi geri qayıtdıq", - Sadiq Abbaslı deyib.
Qazinin sözlərinə görə, döyüşlər zamanı 2 dəfə yaralansa da, düşmənə qarşı vuruşmağa davam edib və yüksəkliklərə doğru addımlayıb.
“Tək mən deyil, bütün yoldaşlarımız belə idi. Yaralansaq belə dayanmırdıq, yenə də vuruşurduq. Lakin noyabrın 4-də Tonaşen istiqamətində 3-cü dəfə ağır yaralandım, düşmən mühasirəsində idik, yoldaşlarım məni oradan çıxarıb, 5 kilometrlik yolu çiyinlərində aparıblar".

Sentyabrın 27-dən əks hücum əməliyyatlarında iştirak edən hərbçi bildirib ki, düşmən onlardan qorxub qaçırdı: “Erməni hərbçiləri bizi görəndə silah-sursatını qoyub qaçırdı. Onlar bizim kəşfiyyatçılardan çox qorxurdular, bizimlə qarşılaşmaqdan qaçırdılar. Onlar ancaq artilleriya ilə atəş açırdı. Düşmənin çoxlu sayda şəxsi heyətini, texnikasını məhv edirdik. Şəhid yoldaşlarımızın qanı yerdə qalmadı.

Hər kəndi, hər rayonu işğaldan azad etdikdə insan qürurlanırdı, sevinirdi. Gücümüzə güc gəlirdi və daha da irəliləmək, daha çox torpaqları azad etmək istəyirdik. Yaralı vəziyyətdə irəliləyirdik, dağa dırmaşırdıq. Komandirlərimiz öndə gedirdi, verdiyi tapşırıqları yerinə yetirirdik".

Qəhrəman hərbçimiz döyüşə yollanarkən oğluna öz paltarını verdiyini və gələcəkdə Polad kimi şərəfli general olmağı vəsiyyət etdiyini deyib.
“Milli qəhrəman Polad Həşimovun 3 mərasimində övladım dünyaya gəldiyi üçün ona generalımızın adını verdim. Əks hücum əməliyyatları başlamışdan öncə öz formamı oğluma hədiyyə edib çıxdım. Dedim ki, “sağ-salamat qayıdanda səndən alacam”.
Ailəmə isə vəsiyyət etdim ki, əgər şəhid olarsam, oğlumu Vətən sevgisi ilə böyüdün, 14 yaşında Akademiyaya aparın və Polad kimi oxusun, general olsun.

Murov dağı düşməndən 4 saata azad etdik. Bizə istirahət verilmişdi. O zaman komandirim övladımı bir saatlıq görməyə razı oldu. Övladımla görüşdüm. Qayıdanda anama dedim ki, “biz bu gün torpaqları azad etməsək, qisas övladıma qalacaq”. Bunu deyib evdən çıxıb. Vətənin qisasını övladlarımıza saxlamadıq, biz azad etdik”.

S.Abbaslının 21 yaşlı qardaşı da evdə heç kimə demədən könüllü ordu sıralarına qoşulub: “Mən döyüşə gedəndən sonra hərbi hissələrin birinə gəlib, döyüşlərə qatılmışdı. Bir-birimizdən xəbərsiz eyni istiqamətdə döyüşmüşük. Onun döyüşlərdə olduğunu Suqovuşanda küçə döyüşləri zamanı bildim. Dedim ki, “sən evə qayıt, birimiz qalaq”. Dedi ki, “yox, mən də bu Vətənin bir oğluyam. Sənin kimi Vətən uğrunda döyüşəcəyəm". Qardaşım hazırda Laçında hərbi xidmətdədir".
Müsahibimiz evə qayıtmadan əvvəl Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun büstünü ziyarət etməyi özünə borc bilib.
"Onda dedim ki, Komandir qisasınızı aldıq, biz düşməni məhv etdik, torpaqlarımız azaddır. Sağ ayağımda sinir zədələnməsi olduğu üçün yenidən hospitala qaytarıldım. Tezliklə sağalacağımı gözləyirəm. Sağaldıqdan sonra yenidən xidmətə qayıdacağam", - deyə Müzəffər Ordumuzun qalib hərbçisi vurğulayıb.

Oxşar xəbərlər
- Bakıda qəzada dili tutulan 27 yaşlı qız necə danışdı?
17 yanvar 2021 13:02
- Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli VİDEO
17 yanvar 2021 12:38
- Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
17 yanvar 2021 11:14
- Mehriban Əliyeva Şuşadan bu dəfə foto paylaşdı
15 yanvar 2021 17:16
- Prezidentlə ailəsinin səfərdən - Fotoları
15 yanvar 2021 16:57
- “Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar”
15 yanvar 2021 15:26
- Georgi Vanyan: "Paşinyan 7 rayonu müharibəsiz versəydi.."
14 yanvar 2021 14:18
- “Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi”
13 yanvar 2021 16:56
- Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları görüşdü
12 yanvar 2021 20:49
- KIVDF-nin adı Medianın İnkişafı Agentliyi oldu
12 yanvar 2021 20:40
Xəbər lenti
- Sabahdan Bakıda VAKSİNasiya aparılacaq - SİYAHI
17 yanvar 19:28
- Keçmiş deputat həbs olunur
17 yanvar 19:09
- Mübariz Qurbanlı 20 manatlıq şirkətlə 1249620 AZN müqavilə bağladı
17 yanvar 18:56
- Sabahdan Ukraynada rusca danışmaq qadağan olur
17 yanvar 18:42
- İcra başçısının 3 milyon dəyərində şəxsi baxçası və ...– SİYAHI
17 yanvar 17:06
- Peyvənd vurdurarkən cinsi əlaqə və içki qadağan ediləcək
17 yanvar 16:53
- 5 ildir qəfəsdə saxlanılan QADIN – DƏHŞƏT… + VİDEO
17 yanvar 16:42
- Xruşşov İmam Mustafayevə zəng edərək rus qızını zorlayan...
17 yanvar 16:18
- Şahlar Əsgərov KAMİLLİK əmsalını tapıb = ?
17 yanvar 15:08
- Türkiyə və Azərbaycan hərbi təlimlərə başlayır
17 yanvar 14:12
- Ermənistan parlametinin sədri SUKA olub - FAKT
17 yanvar 13:32
- Paşinyanın arvadı azərbaycanlı qadınla gizli görüşdü
17 yanvar 13:15
- Bakıda qəzada dili tutulan 27 yaşlı qız necə danışdı?
17 yanvar 12:56
- Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli VİDEO
17 yanvar 12:38
- Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
17 yanvar 12:17
- Əfqanıstanda silahlılar 2 hakim qadını güllələdi
17 yanvar 11:33
- Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
17 yanvar 11:14
- "Mərkəzi Bank üçün 450 milyon manata bina tikilməyəcək"
17 yanvar 11:02
- Fransada etiraz aksiyası, 12 polis yaralandı
17 yanvar 10:45
- İran Şahının həyat yoldaşı Fərəh Pəhləvi
16 yanvar 22:21
- Nizami Gəncəvi harada anadan olub?
16 yanvar 21:50
- Rotşild infarktdan öldü - 175 mlrd.dollar onu...
16 yanvar 20:49
- Qadın baş redaktor evində qətlə yetirildi
16 yanvar 20:26
- Paşinyanın oğlu Moskvaya qaçdı (VİDEO)
16 yanvar 18:00
- Holcim-in maliyyə direktoru Dilbər Sultanovanın qanunsuz əməlləri
16 yanvar 17:35
- “Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir
16 yanvar 16:33
- Şuşanın icra başçısı onu tənqid edənlərə "kor" dedi
16 yanvar 16:26
- Əli Həsənov obyektini 3 milyona satışa çıxardı
16 yanvar 14:11
- Bakıya qar yağacaq, yolları buz bağlayacaq - Xəbərdarlıq
16 yanvar 13:51
- Kafe-restoranlar açılır
16 yanvar 12:27
Video & Fotoqalereya
Video
Fotoqalereya