Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqəsi
İdman6 dekabr 2020 12:21

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi-tədqiqat planına uyğun olaraq, bu günlərdə qurumun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəflinin "Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri” adlı kitabı çap olunub.
Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, qurumun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru, layihə rəhbəri və ön sözün müəllifi akademik Yaqub Mahmudovdur.
Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələri tarixşünaslığımızda ilk dəfə olaraq tədqiq olunub. Əsərdə XV əsrin sonlarında Hindistanın Dekan bölgəsində yaranan Adilşahlar, Nizamşahlar və Qütbşahlar dövlətləri barədə geniş məlumat verilib. Müəllif əsərində Səfəvi dövlətinin Dekanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələrini ilkin mənbələrdən və elmi ədəbiyyatdan istifadə edərək tədqiq edib. Nəşrdə Səfəvilərin bəhs olunan türk-müsəlman sultanlıqları ilə qarşılıqlı əlaqələr tarixinə dair zəngin faktik materiallar verilib.
Monoqrafiyada ilk dəfə olaraq Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə qarşılıqlı siyasi-iqtisadi əlaqələrinin yaranması və inkişafı nəzərdən keçirilib və bu əlaqələrin inkişafına təsir göstərən amillər təhlil edilib. Müəllif əsaslandırır ki, Səfəvilərin Dekanın türk-müsəlman sultanlıqları ilə siyasi və diplomatik əlaqələri ilə yanaşı, sıx iqtisadi münasibətləri də mövcud olub. Səfəvi dövlətinin Dekan sultanlıqları ilə iqtisadi əlaqələrində dəniz yolu əsas ticarət marşrutu idi.
Monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, Tofiq Nəcəflinin bundan əvvəl "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında”, "Qaraqoyunlular və Ağqoyunlular”, "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”, "Səfəvi-Osmanlı münasibətləri” və "Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı monoqrafiyaları çap olunub.
Loading...
Oxşar xəbərlər
- Xaricdə yaxşı işini atıb Azərbaycana qayıdan fizik: Kainat-Kvant
2 mart 2021 00:09
- İrəvanda 13 türk kəşfiyyatçısı?.. – Hərbi ekpert
1 mart 2021 13:41
- Bu türk dili yox olmaq təhlükəsi ilə üzləşib
21 fevral 2021 11:43
- Şeyxin qızı girov götürülüb
20 fevral 2021 09:35
- Gizlədilən qatil, işdən çıxan müstəntiq, susdurulan ailə
5 fevral 2021 16:42
- Gömrük Komitəsinin əməkdaşı Səfər Mehdiyevi nədə ittiham edir?
29 yanvar 2021 13:46
- Türk şirkətləri Qarabağda TEKSTİL fabrikləri açacaq
26 yanvar 2021 13:14
- Şahin Mustafayev erməni həmkarı ilə görüşəcək - Tarix açıqlandı
26 yanvar 2021 12:51
- “Onların arvadları bir-biriləri ilə erməni dilində danışırlar”
24 yanvar 2021 14:26
- Ordusu olmayan ölkələr: Onları kim qoruyur? (SİYAHI)
17 yanvar 2021 11:14
Xəbər lenti
- Qadınlar arasından peyğəmbər çıxmasa da... – ELMİ-LƏDUN
08 mart 00:35
- Lalə Məmmədova: “Atam məni xatırlamır” -alzheiymer xəstəliyi
08 mart 00:19
- Mehdiyev hansı xəstəlikdən ciddi əziyyət çəkir - VİDEO
07 mart 16:27
- Yüksək təzyiqin yaranmasının - 3 əsas mexanizmi
07 mart 15:45
- Bakı-Salyan yolunda külək KAMAZ-ı aşırdı - Video
07 mart 15:07
- Keçmiş baş prokuror 98 yaşında öldü
07 mart 14:32
- Mir (Şahin)in dövlətə 2,8 milyon manat vergi borcu var...ŞOK
07 mart 14:09
- "PƏZƏVƏNG" kafe, yoxsa ? Sahibini infarkt vurdu
07 mart 13:58
- Şərurlu İsfəndiyarın restoranında aşığı vurdular, müğənnini döydülər
07 mart 13:42
- Bakıda qadının başına tikintidən dəmir düşdü, hadisə yerində öldü - Video
07 mart 13:32
- DƏHŞƏTLİ VİDEO! Timsahın qarnından uşaq meyiti çıxdı
07 mart 13:18
- Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi
07 mart 10:49
- AZƏRBAYCANDA YENİ QOŞUN NÖVÜ ...
07 mart 02:02
- "Pəhləvanlar" kafesinin 18 otağında 49 əxlaqsız qadınla ...
07 mart 01:29
- Tibb Universitetinin 80 yaşlı keçmiş rektoru...
06 mart 21:46
- YAP-ın Veteranlar Şurasında kimlər var? (SİYAHI)
06 mart 18:52
- Hacıbala Abutalıbov Bakıdan kəndə köçüb -Toyuq saxlayır
06 mart 18:31
- Azərbaycanda 273 nəfər ömürlük məhkum var - Onlar da..
06 mart 18:22
- Azadlığa çıxan Mübariz Mənsimovdan - Açıqlama
06 mart 18:13
- “Partiyamız yeni siyasi dövrə qədəm qoyur”
06 mart 17:59
- Prezident bu qadınları təltif etdi - Siyahı
06 mart 17:41
- Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
06 mart 00:08
- Bu da YAP-ın yeni İdarə Heyəti - Siyahı
05 mart 23:50
- Mehriban Əliyeva YAP Sədrinin I müavini oldu
05 mart 16:45
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
05 mart 16:25
- Mübariz Mənsimov azadlığa çıxdı
05 mart 14:40
- Ramiz Mehdiyev YAP-ın İdarə Heyətindən çıxarıldı...
05 mart 13:25
- Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda daha bir tarixi abidə bərpa ediləcək
05 mart 12:14
- Dilbər Sultanovanın şəriki Fateh Mustafayev vəzifəsindən qovuldu
05 mart 11:44
- Dilavər Əzimlinin həyat yoldaşı: "Ölüm xəbərini mənə sürücü..."
05 mart 10:51
Video & Fotoqalereya
Video
Fotoqalereya