Sevindik Hətəmovun lampalara 47872 manat xərcləməsi

Salyan Rayon İcra Hakimiyyətinin büdcə vəsaitini xərcləməsində müşahidə olunan qanunazidd faktlarla bağlı mediada yazılıb və yazılmaqdadır... "İlkin-N” MMC və"Sabirbad İnşaat” MMC Salyan Rayon İcra Hakimiyyətinin “sevimli tərəfdşları” kimi tanınır. Bu haqda bir müddət əvvəl mediada geniş yazılmışdır.( Bu linkdə: https://yenisabah.az/sevindik-ki-sevindik-gelir)
İndi isə Salyan Rayon İcra Hakimiyyəti ilə bağlı yenixeber.org-a fərqli məlumatlar daxil olub. Fərqli dedikdə... söhbət büdcə vəsaitinin bəlli qanunların tələblərindən fərqli xərclənməsindən gedir. “Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən...
Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi "AZƏRİELEKTROMAŞ" MMC ilə küçələrin işıqlanması üçün lampaların və digər materialların alınması ilə bağlı 08.12.2020-ci il tarixdə 47872 manatlıq müqavilə imzalayıb.
Bu malların alınması barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi həm də alınan malların sayı və miqdarını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət strukturunun da vəzifə borclarından biridir...
Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin iradları və tövsiyələri də unudulası deyil... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur, Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyi nədən bu qanunu “unudub”? Salyan şəhərində küçə işıqları üçün lampaların alınması nə dərəcədə təcili və əhəmiyyətlidir ki, kotirovka sorğusu elan olunmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?
Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyidə hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, var. Yəni bu kimi istismar olunan invertar və avadanlıqların sıradan çıxması gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Başqa sözlə Salyan Rayon İcra Hakimiyyətinin başçısının Salyan Şəhəri Üzrə Nümayəndəliyinin "AZƏRİELEKTROMAŞ" MMC ilə işıqlanma üçün lampaların və digər materialların alınması ilə bağlı “qaçaraq” müqavilə bağlanmasına bir zərurət görünmür...
Biz belə bir görünməz zərurətin hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova bu ayın 9-da online sorğu ünvanladıq. Təəssüf ki, sorğumuz hələ də cavabsız qalmaqdadır(?) Digər tərəf-"AZƏRİELEKTROMAŞ" MMC ilə isə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər dövlət vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümid edək ki, qarşıdakı günlərdə hər iki tərəf Salyan küçələrini qaranlıqdan işıqlığa çıxarmalarının detallarına aydınlıq gətirəcəklər.(yenixeber.org)
- “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
22 fevral 2021 11:32
- "Qocaların çoxu pensiya ala bilməyəcək" - İqtisadçı alim
21 fevral 2021 12:40
- Heydərovun xas adamı Cəbrayıl Xanlarov
21 fevral 2021 12:19
- Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı - İstintaqda
20 fevral 2021 13:28
- Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu
19 fevral 2021 18:36
- “Amputasiya olunan ayağımı qardaşıma verəndə ürəyi dözmədi, öldü...”
19 fevral 2021 11:29
- Baş Prokurorluq həbs olunan Yeganə Nağıyeva haqda məlumat yaydı
18 fevral 2021 16:06
- Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
18 fevral 2021 13:10
- Zakir Qaralov həbs olunur ....
18 fevral 2021 11:04
- Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır
17 fevral 2021 23:33
- Frankonun son heykəli də götürüldü - Foto
24 fevral 21:42
- Əməkdar artist: "Ərim pul üstündə məni HEYVAN kimi döyürdü ki..."
24 fevral 20:17
- Hadruta ilk daxil olan mayor Kazımov EV DUSTAQlığna buraxıldı
24 fevral 14:07
- Yutubda təhqiramiz video yayanları kim maliyyələşdirib? - Zülfüqarov
24 fevral 13:28
- İranda xalq yoxsulluğa görə üsyana başladı-atışma VİDEO
24 fevral 13:09
- Qırğızıstanın narkobaron qrupu haqda məlumat ver, ABŞ-dan 1 milyon al
24 fevral 12:59
- Bakıda qarlı yollarda vəziyyət belədir - Fotolar
24 fevral 12:36
- Ukrayna MDB-dən çəkildi
24 fevral 11:39
- Yardımlıda qazi intihar etdi
24 fevral 11:30
- ABŞ Ərdoğanı devirib “Dişi qurd”u gətirmək istəyir
24 fevral 00:09
- Paşinyan Rusiyanı biabır etdi: ““İsgəndər” raketləri partlamadı”
23 fevral 23:35
- Komitə sədrinə yeni 4-cü MÜAVİN təyin olundu (FOTO)
23 fevral 19:23
- Bakıda 4 tələbə dəm qazından boğulub öldü
23 fevral 17:39
- Bakıda bir evdə 5 nəfərin meyiti tapıldı
23 fevral 15:53
- Xalq artisti Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn olunmadı ?
23 fevral 15:36
- Sağlamlığı artıran super qidanın adı açıqılandı:
23 fevral 14:11
- Azərbaycanda nazir müavini vəfat edib
23 fevral 12:48
- “Məkan” MTK qazilərin məvacibini vermir...
23 fevral 11:50
- Ramiz Mehdiyev 500-dən çox alimin bağ sahəsini əlindən aldı
23 fevral 10:56
- Daşkəsəndə qazi intihar etdi
23 fevral 10:47
- General Rüstəm Muradov çeçenlərə qarşı vuruşub - Maraqlı
22 fevral 23:26
- Sabah Novruzun ilk çərşənbəsidir
22 fevral 23:04
- Yalçın Rzazadə dünyasını dəyişdi
22 fevral 21:36
- “Rasim Balayevi ömür boyu bağışlamayacam”
22 fevral 19:31
- Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır
22 fevral 18:27
- İranda yaşayan azərbaycanlıların sayı açıqlandı
22 fevral 17:06
- Bakıda 2 nəfər özünü asdı
22 fevral 16:35
- Prezident Xalid Əhədovu Müşahidə Şurasına sədr təyin etdi
22 fevral 15:31
- Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi
22 fevral 14:16
- “Əmioğlu” ləqəbli qanqsterin əməlləri: adam oğuluğu, qətl, narkotik alveri...
22 fevral 11:32