Şuşada DTX-nin yeni inzibati binasının açılışı oldu - Video
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub.
"Qafqazinfo" DTX-nin saytına istinadən xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak edib.
Əvvəlcə binanın qarşısında 1992-ci ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Dövlət bayrağını qaldırıb. Dövlət himni səsləndirilib.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olub.
DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.
Dövlətimizin başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir. Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.
General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşüb, onlara DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa ediblər.
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06