Şuşanın təhlükə gözlənilən kəndləri...Keçmiş polis rəisi ...
Müsahibə13 iyun 2021 02:12
“Şuşa və Laçın ərazisindəki hərbçi və polisimizlə yanaşı, xidməti vəzifərini yerinə yetirən mülki vətəndaşlarımız da, jurnalistlərimiz də daim ayıq-sayıq olmalıdırlar...”
“1989-cu il noyabrın 3-də Şuşa rayonu milis şöbəsinin şəxsi heyəti və sovet ordusu hərbçilərinin birgə iştirakıyla rayonun 5 kəndində(Qaladərəsi, Kirov, Yeğsaoğ(1991-ci ildən Salatınkənd-S.L.), Onverst və Daşaltı) pasport rejiminin yoxlanılması adı altında gizli əməliyyat-axtarış tədbirləri hazırladıq. Səhər tezdən ala toranlıqda gözlənilmədən həmin kəndləri mühasirəyə aldıq”.
Moderator.az xəbər verir ki, bunu 44 günlük müzəffər savaşımızdan sonra yalnız Şuşa şəhəri və Daşaltı kəndi rəsmən Azərbaycan dövlətinin nəzarətinə keçən Şuşa rayonunun əsasən XX əsrin əvvəllərindən bəri ermənilərin yaşamış olduğu hansı kəndlərinin hazırda da təhlükə mənbəyi ola bilməsindən danışan 1989-1991-ci illərdə Şuşa rayonu polis rəisi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov söyləyib.
Keçmiş polis rəisi erməni terrorçularına qarşı o dövrdə keçirilmiş əməliyyatlardan biri haqda bir az ətraflı danışıb:
“Yadımdadır ki, əsas gücü Böyük Qaladərəsi və Kirov(hazırda Kiçik Qaladərəsi) ətrafına toplamışdıq. Çünki erməni yaraqlıları əsasən orada cəmlənirdi. Onlar adətən vertolyotla Ermənistanın Qafan şəhərindən Qaladərəsinə uçub gəlir, silah-sursat, ərzaq gətirir, oradan isə digər kəndlərə sızırdılar. Əməliyyat nəticəsində Böyük Qaladərəsinin yanında yerə enən vertolyotu ələ keçirdik. Məlum oldu ki, vertolyotda 4 pilot və 24 yaraqlı var. Sonra həbs edilmiş erməni terrorçularının hamısını istintaq üçün Şuşa türməsinə yığdıq. Bundan xəbər tutan Dağlıq Qarabağ üzrə Xüsusi İdarənin rəisi Arkadi Volski və Dağlıq Qarabağ Daxili İşlər İdarəsinin rəisi Robert Tumanyants, hətta məni öncədən tanıyan SSRİ Daxili İşlər naziri Barannikov mənə zəng edib məhbusların Xankəndinə yollanılmasını tələb edirdilər. Onlara cavab verdim ki, tutulanlar cinayətkardır və Şuşa rayonu ərazisində cinayət törədiblər və öz layiqli cəzalarını almalıdırlar. Volski, Tumanyants məndən onların tabeliyində olan şəxs kimi Xankəndinə getməyimi tələb edirdilər. Onlara cavab verirdim ki, nə vaxt siz Bakıya gedib hesabat versəniz, onda mən də Xankəndinə gələrəm... Bir dəfə R.Tumanyantsın telefonda söyüşünə cavab olaraq söyməyə də məcbur oldum. O dövrdə Şuşada “raypo” (Rayon İstehlak Cəmiyyəti) müdiri olan indiki icra başçısı Bayram Səfərov da şahiddir, o da həmin vaxt yanımda idi. Yaxşı ki, Barannikovla münasibətlərim yaxşı idi, əks halda məni işdən çıxarararaq həbs etdirərdilər. Çox təzyiq etdilər, ermənilərin heç birini buraxmadım. Amma sonda fövqəladə vəziyyət zamanı bütün hökumət strukturlarının birbaşa tabe olduğu komendant Safonov əmr etdi ki, həmin 28 erməni yaraqlısı buraxılmalıdır. Məcbur olub onlradan 21-ini rus hərbçilərə təhvil verdim. Yalnız zor-güc 7 nəfəri bərdəlilərin xatırlatdığım qətli ilə bağlı saxlatdıra bildim Şuşa türməsində... Qalan 21 qulduru Xocalının Həsənabad kəndindəki komendaturaya apardılar. Onlara 30 sutka həbs verib sonradan buraxdılar. Bulirsiz, biz yerlərdə nə qədər çalışsaq da,ermənilərin dəstəklənməsinə müqavimət göstərsək də, hər şey Moskvadan diktə olunur və son sözü Moskva deyirdi... Məhz bunun nəticəsində 1989-1991-ci illlər ərzində Şuşa türməsinə toplanmış 500-dək erməni terrorçularının əksəriyyəti müxtəlif bəhanələrlə buraxdırıldı... Və bütün bu təzyiqlər sayəsində Azərbaycan polisi və könüllü dəstələrinin gecə-gündüz əziyyət çəkib keçirdiyi əməliyyatların çoxu nəticəsiz qalırdı”.
“Onu deyim ki, bəhs etdiyimiz 5 kənd 1988-1992-ci ilərdə Şuşa və Laçın rayonlarının qonşu və ətraf kəndlərini daim təhdid altında saxlamışlar... 1989-cu il oktyabrın 4-də Bərdə rayonunun 4 sakini taksidə Şuşa-Laçın yoluyla hərəkət edərkən Qaladərəsi kəndi yaxınlığında güllələnmişdi. 1991-ci ilin yanvarın 9-da təxminən eyni yerdə jurnalist, Milli Qəhrəman Salatın Əsgərova və 3 rus hərbçisi qətlə yetirilmişdi. Eyni zamanda Şuşa işğal edilən günədək Daşaltı kəndindən Şuşa-Laçın yolu daim atəş altında saxlanılırdı. Orada da dəfələrlə dinc azərbaycanlılar atəşə tutulmuş, qətlə yetirilmişdilər...
Düzdü, 1991-ci ilin may-iyun aylarında sovet qoşunblarının da dəstəyi ilə Şuşa və Laçın polisləri, eləcə də keçmiş “OMON”un keçirdikləri əməliyyatlar nəticəsində digər 4 kənd (Qaladərəsi, Kirov, Yeğsaoğ(1991-ci ildən Salatınkənd-S.L.) və Onverst) erməni terrorçularından təmizləndi. Nəticədə həmi kəndlərin bütün sakinləri könüllü şəkildə Ermənistana köçdülər...
Şükür ki, bu gün artıq Azərbaycan ordusunun 44 günlük müzəffər savaşı nəticəsində Şuşa şəhəri ilə bərabər Daşaltı kəndi də azad edilib. Hazırda rayonun digər 35 kəndi, o cümlədən sözügedən terrorçu yuvası olan 4 kənd Rusiya hərbçilərinin nəzarətindədir. Həmin 4 kənddə az sayda da olsa, ermənilərin yaşadığı məlumdur. Lakin xəbərlərdən və video-görüntülərdən bəlli olur ki, o kəndlərdə separatçı rejimin qanunsuz hərbçiləri də yerləşir. Odur ki, bəhs edilən kəndlər təhlükə mənbəyi olaraq qalır. Amma digər 31 kənddə ermənilərin yaşayıb-yaşamaması haqda dəqiq məlumat yoxdur...
Sonda belə nəticəyə gəlmək olar ki, hazırda Ermənistandakı gərgin vəziyyəti də nəzərə alsaq, Qarabağdakı separatçı rejimin tör-töküntülərindən də hər cür təxribat gözləmək olar. Odur ki, işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa və Laçın ərazisindəki hərbçi və polisimizlə yanaşı, xidməti vəzifərini yerinə yetirən mülki vətəndaşlarımız da, jurnalistlərimiz də daim ayıq-sayıq olmalıdırlar”- deyə keçmiş Dağlıq Qarabağın Daxili İşlər İdarəsinin sabiq rəis müavini əlavə edib.
Sultan Laçın
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya