“Otkat”ı Əbülfəs Qarayev alıb, 15-20 faizini müavininə qaytarıb
Mədəniyyət nazirinin keçmiş müavini, korrupsiyada və rüşvət almaqda təqsirli bilinərək, bu günlərdə barəsində səkkiz il həbs cəzası verilən Rafiq Bayramov pulları tək yeməyib, istintaq materiallarında deyildiyi kimi, “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulları nazir Əbülfəs Qarayevə verib. Əbülfəs Qarayev isə bu pullardan 15-20 faizini öz müavininə geri qaytarıb.
” Virtualaz.org xəbər verir ki, bu məqamlar Rafiq Bayramovun işi üzrə istintaq materiallarında yer alır.
R.Bayramov məhkəmədə son söz deyərkən günahsız olduğunu, heç kimdən rüşvət almadığını bildirib. Amma öz nazirini də ələ verməyib, yəni onun adını çəkməyib. Lakin istintaq materiallarına əsasən, R.Bayramov Mədəniyyət Nazirliyinin yerli idarələrindən, musiqi məktəblərindən yığılan aylıq haqqın və təmir-bərpa işləri üçün şirkətlərə ödənilən pullardan gələn “otkat”ın hamısının Ə.Qarayevə çatdırdığını etiraf edib və bildirib ki, bu pullardan ona çatan 15-20 faiz olub.
Beləliklə, istintaq materiallarında deyilir ki, R.Bayramov 2018-ci ildə mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılmasını və yaranan fərqin nağdlaşdırılaraq, pul şəkilində ona çatdırılmasını təşkil etməyi tapşırıb. Bu sxem işə düşəndən sonra pullar ya R.Bayramovun özünə, ya da nazirliyin şöbə müdiri Pərvin İsgəndərliyə çatdırılıb.
Yerli idarələrin müdirlərinin çatdırdığı aylıq haqq isə bu və ya digər rayonda yerləşən musiqi məktəblərinin, orada işləyən müəllimlərin sayından asılı olub. Məsələn, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi ayda 10-12 min(rəqəmlər təxminidir), Xaçmaz regional idarəsinin rəisi ayda 4 min, İsmayıllı regional idarəsinin rəisi ayda 15 min, Kürdəmir regional idarəsinin rəisi ayda 7-9.5 min , Ağstafa regional idarəsinin rəisi ayda 2 min, Şəmkir regional idarəsinin rəisi ayda 10-13 min, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12 min, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2 min, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1-2 min, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat veriblər.
Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8 min, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5 min manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2 min göndərib. Beləliklə, regional idarələrin rəislərindən yığılan aylıq haqq təxminən 60-65 min manat təşkil edib (iyul-avqust tətil ayları istisna olmaqla).
R.Bayramov 2019-cu ildə bu sxemlə cəmi 550-600 min manat toplayıb və həmin pulları il ərzində hissə-hissə olmaqla Əbülfəs Qarayevə verib. Əbülfəs Qarayev isə bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarıb. R.Bayramov deyib ki, həmin pulun bir qismini hər ay “mükafat şəklində” öz işçilərinə paylayıb.
2020-ci ildə isə göstərilən sxem üzrə regional idarələrin rəislərindən aylıq haqqı ancaq fevral ayı üçün (63 min manat) ala bilib. Bu pulun alındığını nazir müavininin çantasından çıxan qeydlər də təsdiqləyib.
Amma necə olubsa, R.Bayramov 2020-ci ilin fevralından etibarən regional idarələrin rəislərindən aylıq haqq yığılmasını dayandırıb, onlara “bu neqativ halı dayandırmağı” tapşırıb.
Həmin il mayın 8-də (DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilən gün,-red.) Şəmkir regional mədəniyyət idarəsinin rəisi Höccət Əsədullayev Rafiq Bayramovun kabinetinə gəlib. İstintaq materiallarında deyildiyi kimi, söhbət əsnasında ona pul şəkilində “hörmət” vermək istəyib.
R.Bayramov məbləğin nə qədər olduğunu bilməyib və pulu götürməkdən imtina edib. Höccət isə onunla höccətləşib, pulu “heç olmasa sürücüyə çatdırmağa icazə verməyi” istəyib. R.Bayramov buna etiraz etməyib, Höccət otaqdan çıxan kimi DTX əməkdaşları onun kabinetinə daxil olublar və axtarış keçiriblər.
R.Bayramov Mədəniyyət Nazirliyində qurulan başqa “otkat” sxemini də izah edib. Bu sxemə əsasən regional idarələrin rəisləri cari təmir işlərinin aparılması üçün ayrılan pulların 10 faizini özləri “otkat” şəklində alırdılar. Daha 10 faiz isə şəxsən onun özünə ya regional idarələrin rəisləri, ya da tenderlərdə qalib gəlmiş “tanış şirkətlərin” rəhbərləri tərəfindən çatdırılırdı.
Bu sxemlə 2019-cu ildə R.Bayramova cari təmirə ayrılan 1.5 milyon manatın 10 faizi, yəni 150 min manat çatdırılıb. Həmin vəsaiti də hissə-hissə, il ərzində Əbülfəs Qarayevə verib. Nazir isə pulun 15-20 faizini ona qaytarıb.
2020-ci ildə cari təmir işləri üçün 2.3 milyon manat nəzərdə tutulsa da pandemiya bu korrupsiya sxeminin işini pozub-tenderlər keçirilməyib, pulları ayrılmayıb, nəticədə “otkat” da gəlməyib.
R.Bayramov habelə nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün 2019-cu ildə xərclənən 290 min manatdan 30 min manat “otkat” alıb.
2020-ci ildə bu işlərə yenidən 400 min manat ayrılıb, həmin işlərin görülməsi üçün tenderlər elan edilib. Tenderdə qalib gələn MMC-yə ilkin olaraq 50 min manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat “otkat” şəkilində şirkət rəhbəri tərəfindən mayın 6-da şəxsən xidməti otağında Rafiq Bayramova verilib.
Həmin pullar iki gün sonra DTX əməkdaşları tərəfindən nazir müavininin seyfində tapılıb.
R.Bayramov 2015-2017-ci illərdə nazirlikdə aparat rəhbəri işləyəndə də bu kimi işlərdən “otkat”lar (31 min və 14 min manat) alıb, amma bu pulları nazirlə bölüşdürməyib. Nazirlə pulların bölüşdürülməsi 2018-ci ildən başlayıb.
Bütün bunlar istintaq materiallarında Rafiq Bayramovun dindirilməsi nəticəsində toplanıb, amma maraqlıdır ki, keçmiş nazirə qarşı ittiham irəli sürülməyib. O cümlədən məhkəmədə onun dindirilməsi, ifadəsinin alınması baş verməyib...
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20